Energetika Nazirliyində kollegiya iclası

 

 

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların iştirakı ilə videokonfrans formatında növbəti kollegiya iclası keçirilib. İclasda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.

 

Nazirlikdən verilən məlumatda bildirilir ki, iclası açan kollegiya sədri Pərviz Şahba­zov energetika sektorunun inkişafı, bərpa olunan enerjienerji səmərəliliyi sahəsində Azərbaycan Respublikasının Preziden­ti cənab İlham Əliyev tərəfindən mühüm vəzifələrin irəli sürüldüyünü bildirib, bu istiqamətdə müəyyən olunmuş vəzifələrin ic­rasına diqqət çəkib. İclasın gündəliyinə bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində qəbul edilmiş iki yeni qanunverici­lik aktının tətbiqi barədə Azərbaycan Respub­likası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası üzrə görülmüş işlərin müzakirəsinin daxil edildiyi bildirilib. Qeyd olunub ki, Energetika Nazirliyinin müvafiq əmrləri ilə verilmiş bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə iki tədbirlər planı təsdiq edilib və ümumilikdə 21 işçi qrupu yaradılıb.

 

Sonra Elektroenergetikaener­ji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun və digər həmməruzəçilərin "Ener­ji resurslarından səmərəli istifadə və enerji ef­fektivliyi haqqında" Azərbaycan Respublikası­nın Qanunundan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində görül­müş tədbirlərə dair məruzələri dinlənilib. Bildi­rilib ki, bu istiqamətdə 16 işçi qrupu yaradılıb və 13 qaydanın hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən Enerji effektivliyi fondunun yaradıl­ması üzrə işlər davam etdirilir. Eyni zamanda, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.

 

İclasdaElektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qa­nunundan irəli gələn ikinci dərəcəli qanunve­ricilik aktlarının hazırlanmasının cari vəziyyəti haqqında məlumat verən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bu istiqamətdə tədbirlər planının icrası məqsədilə 5 işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələri ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi və aktiv istehlakçı­ların dəstəklənməsi mexanizminin tətbiqinə dair qaydaların layihələrinin beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlandı­ğı bildirilib. Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin əsasnaməsinin və bərpa olunan enerji mənbələri hesabına istehsal edilmiş elektrik enerjisinə mənbə sertifikatının verilməsi qaydasının hazırlan­maqda olduğu diqqətə çatdırılıb.

 

Kollegiya iclasında, həmçinin Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının, Azərbaycan Respublikası Nazirlər Kabineti­ninEnergetika Nazirliyinin normativ hüqu­qi aktlarının yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılmasına dair təkliflərin hazırlan­ması istiqamətində atılmış addımlar haqqında məlumat verilib.

 

İclasın sonunda kollegiyanın sədri Pərviz Şahbazov görüləcək işlər və qarşıda duran vəzifələrin icrası, sənədlərin icra vəziyyətinin və müddətinin nəzarətdə saxlanılması, icra intizamına riayət edilməsi ilə bağlı nazirliyin struktur bölmələrinə və tabeli qurumlara mü­vafiq tapşırıqlar verib.

 

Samirə ƏLIYEVA

 

Xalq qəzeti.-2021.-2 oktyabr.-S.9.