Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin və Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin yenidən təşkili haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 296 Bakı şəhəri, 7 oktyabr 2021-ci il

 

Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli

759 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

4. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

5. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

6. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

7. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

8. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

9. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

10. Bu Qərarın 1-9-cu hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

10.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

10.1.1. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

10.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:

10.2.1. bu Qərarın 10.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respub-likası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

11. Bu Qərarın 1-9-cu hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci və Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci öz fəaliyyətlərini davam etdirsinlər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının

Baş naziri

 

Xalq qəzeti  2021.- 9 oktyabr.- S.6.