Ağcabədi Pedaqoji Kollecinin, Ağdam Dövlət
Sosial-İqtisadi Kollecinin,
Ağdam Musiqi Kollecinin, Ağdaş
Dövlət Humanitar Kollecinin,
Astara Pedaqoji Kollecinin, Bərdə Dövlət İdarəetmə
və Texnologiya Kollecinin,
Göyçay Dövlət İdarəetmə
və Texnologiya Kollecinin,
İsmayıllı Dövlət Humanitar və
Texnologiya Kollecinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Quba Dövlət Sosial-İqtisadi
Kollecinin, Masallı Dövlət Regional Kollecinin, Sabirabad Dövlət Sosial-İqtisadi
Kollecinin, Şamaxı Dövlət Regional Kollecinin, Şirvan Dövlət İqtisadiyyat
və Humanitar Kollecinin,
Şuşa Humanitar Kollecinin, Tovuz Dövlət
Sosial-İqtisadi Kollecinin
və Zaqatala Dövlət İdarəetmə
və Texnologiya Kollecinin
yenidən təşkili haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 297 Bakı şəhəri, 7
oktyabr 2021-ci il
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Ağcabədi Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Ağcabədi Pedaqoji Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Ağdam Dövlət Sosial-İqtisadi Kolleci publik hüquqi şəxs statusuna malik olan Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
3. Ağdam Musiqi Kolleci publik hüquqi şəxs statusuna malik olan Ağdam Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
4. Ağdaş Dövlət Humanitar Kolleci publik hüquqi şəxs statusuna malik olan Ağdaş Dövlət Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
5. Astara Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Astara Pedaqoji Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
6. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci publik hüquqi şəxs statusuna malik olan Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
7. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci publik hüquqi şəxs statusuna malik olan Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
8. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci publik hüquqi şəxs statusuna malik olan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
9. Qazax Dövlət Sosial-İqtisadi Kolleci publik hüquqi şəxs statusuna malik olan Qazax Dövlət Sosial-İqtisadi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
10. Quba Dövlət Sosial-İqtisadi Kolleci publik hüquqi şəxs statusuna malik olan Quba Dövlət Sosial-İqtisadi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
11. Masallı Dövlət Regional Kolleci publik hüquqi şəxs statusuna malik olan Masallı Dövlət Regional Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
12. Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci publik hüquqi şəxs statusuna malik olan Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
13. Şamaxı Dövlət Regional Kolleci publik hüquqi şəxs statusuna malik olan Şamaxı Dövlət Regional Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
14. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci publik hüquqi şəxs statusuna malik olan Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
15. Şuşa Humanitar Kolleci publik hüquqi şəxs statusuna malik olan Şuşa Humanitar Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
16. Tovuz Dövlət Sosial-İqtisadi Kolleci publik hüquqi şəxs statusuna malik olan Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
17. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci publik hüquqi şəxs statusuna malik olan Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.
18. Bu Qərarın 1-17-ci hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
18.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
18.1.1. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;
18.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:
18.2.1. bu Qərarın 18.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respub-likası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
19. Bu Qərarın 1-17-ci hissələrində nəzərdə tutulmuş publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Ağdam Musiqi Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, Astara Pedaqoji Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, Masallı Dövlət Regional Kolleci, Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci öz fəaliyyətlərini davam etdirsinlər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti 2021.- 9 oktyabr.- S.6.