Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

№ 298     Bakı şəhəri, 7 oktyabr 2021-ci il

 

 

 

Yeni növ koronavirus (COVID-19) infek­siyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin güclən-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373, № 6, maddə 792, № 8, maddə 1118, № 11, maddə 1386; 2021, № 4, maddə 398; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 yanvar tarixli 2 nömrəli, 9 iyul tarixli 198 nömrəli və 23 avqust tarixli 238 nömrəli qərarları) 2-ci hissəsində “sentyabrın 1-dək” sözləri “noyabrın 1-dək” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2021.- 9 oktyabr.- S.6.