“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (CO­VID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 299    Bakı şəhəri, 7 oktyabr 2021-ci il

 

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

 

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 7, maddə 992, ¹ 11, maddə 1404; 2021, ¹ 1, maddə 102, ¹ 4, maddə 412; Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2021-ci il 23 iyul tarixli 221 nömrəli və 23 avqust tarixli 237 nömrəli qərarları) 2-ci hissəsində “sentyabrın 1-dək” sözləri “noyab­rın 1-dək” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2021.- 9 oktyabr.- S.6.