Azərbaycanın qürur mənbəyi

 

 

 Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən əsgərləri geri çəkilərək döyüş mövqelərini qoyub qaçırdılar. İşğalçı uduzduğunu anladığına görə təxribatlara əl atır, mülki vətəndaşlarımızı atəşə tutmaqla, infrastrukturumuzu da­ğıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də hörmət etmədiyini bir daha təsdiqləyirdi. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən qəsbkar mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törədirdi. Lakin Ermənistan Azərbaycan Ordusunun tezliklə dünya hərb tarixinə yeni şanlı səhifələr yazaraq, onun layiqli cavabını verəcəyini və hər cinayətinə, vəhşiliyinə görə cəzalandıracağını, “güclü, məğlubedilməz” ordu mifini dağıdacağını anlamırdı.

 

İşğalçı dərk etməli idi ki, uzun illər ərzində ordu yaratmaq əvəzinə işğal altın­da saxladığı Qarabağı və ətraf ərazilərimizi xarabalığa çevirib, təbii sərvətlərimizi talayıb, Ermənistanda tüğyan edən korrupsiya və rüşvətxorluğu “çiçəkləndirib”. Azərbaycan isə, əksinə, hərbi quruculuğu prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlayıb. Ölkəmizin iqtisadi potensialını silahlı qüvvələrimizin ən yüksək standartlara cavab verməsinə yönəldilib.

 

Yeri gəlmişkən, Azərbaycan Ordusunun gücləndirilməsi onunla nəticələndu ki, 2016-cı ilin aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Silahlı qüvvələrimiz dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

 

Ermənistan ordusu həmin döyüşlərdə böyük itkilər verdi. İşğalçının 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Suqovuşan yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

 

Azərbaycan Ordusu daha bir uğuru 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı: Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər hərbçilərimizin nəzarətinə keçdi.

 

Ermənistan bütün bu acı məğlubiyyətlərdən nəticə çıxarmadı. Ötən il Vətən müharibəsindən əvvəl– iyul ayının 12-16-da Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təcavüzkar təxribat törədərək, ölkəmizin yeni ərazilərini zəbt etmək istədi. Bununla da düşmən işğalçı siyasətini həyata keçirmək iddiasından əl çəkmədiyini nəzərə çarpdırdı. Ermənistan həyasızlığını o həddə çatdırdı ki, hətta Azərbaycana qarşı müharibə aparmaq üçün on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələr yaratdığını da elan etdi.

 

Ermənistan ordusunun ötən il sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi ilə başlanan İkinci Qarabağ müharibəsinin gedişi isə düşmənin öz silahlı birləşmələrinin güc-qüdrəti haqqında yaydığı məlumatların tamamilə həqiqətdən uzaq olduğunu göstərdi. Ordumuz döyüş meydanında işğalçının uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə sədlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemlərini və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi. Belə şəraitdə, şübhəsiz ki, Ermənistan ordusunda fərariliyin miqyası təssəvvür edilməyən bir şəkildə genişləndi.

 

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətətində də bu barədə dedi: “Qırx dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusun­da 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dün­yaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

 

Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm zəfəri Prezident İlham Əliyevin uzun illər ərzində apardığı uğurlu xaricidaxili siyasətlə bərabər, ordu quruculuğu sahəsində fədakar fəaliyyətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısı bu barədə çıxışlarında bildirib ki, bu gün bir çox ölkələrdə Azərbaycanın hərbi təcrübəsi öyrənilir. Hazırda bu məsələ ilə məşğul olan bir sıra ekspertlər tərəfindən ölkəmizin XXI əsrin müharibəsini apardığı qeyd edilir. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasdabu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlərin qazanıldığı xatırladılır.

 

Burada bir məqamı da vurğula­maq yerinə düşər. Belə ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Vətən müharibəsində təkcə silahlarla müharibəni qazanmaq mümkün deyildi: “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazan­mışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlar­dan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik.

 

Ümumiyyətlə, Prezident, Ali Baş Ko­mandan İlham Əliyevin müdrik siyasəti, dönməz iradəsi, müasir silahsur­satla təmin edilən ordumuzun rəşadəti, nəhayət, xalqımızın dövlət başçısının və silahlı qüvvələrimizin ətrafında yumruq kimi birləşməsi İkinci Qarabağ savaşın­da xalqımıza belə bir möhtəşəm tarixi qələbə sevincini bəxş edən əsas amil oldu.

 

Ordumuzun Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər amil isə savaşa qədər uzun illər ərzində hərbçilərimizin döyüş hazırlığının gücləndirilməsi ilə bağlı tədbirlərin gerçəkləşdirilməsinin daim diqqət mərkəzində saxlanılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandı­rılması, artilleriya və aviasiyanın, eləcə də, digər sahələrin inkişaf etdirilməsi oldu.

 

Bəli, Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı və texniki üstünlükləri işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini dar­madağın etməyə imkan verdi. Eyni zamanda, orduda şəxsi heyətin ruh yüksəkliyi, əsgər və zabitlərimizdəki torpaq, Vətən sevgisi, onların qələbə naminə canından, qanından keçərək misilsiz şücaətlər göstərmələri parlaq zəfərimizi şərtləndirdi. Dövlətimizin başçısının sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətətində bildirdi: “Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi”.

 

Azərbaycan Prezidentinin həmin müraciətində vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi milli iradənin, milli ruhun, milli ləyaqətin təntənəsi idi. Ordumuz qələbəni döyüş meydanında qazandı, 300-dən çox şəhər və kənd savaşda işğaldan azad edildi: “Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksünkapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalama­ğa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

 

V.BAYRAMOV

 

Xalq qəzeti  2021.- 9 oktyabr.- S.1.