İlham Əliyev Cəbrayıldan bir çox ünvanlara ismarıc göndərdi
Biz xoş niyyət göstəririk. Amma bu, o
demək deyil ki, biz özümüzə qarşı əsassız
ittihamları qəbul edəcəyik. Mən bunu
burada – Cəbrayılda, bax,
burada Araz
çayının kənarında deyirəm, Azərbaycan
xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq.
Biz bu ittihamları rədd
edirik, qəbul etmirik
və sübutlar tələb edirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçımızın işğaldan azad edilmiş istənilən rayon, şəhər və kəndimizə səfərləri, sözün həqiqi mənasında, mühüm tarixi və siyasi hadisəyə çevrilir. Çünki cənab Prezident həmin səfərlər zamanı təkcə vəziyyətlə maraqlanmır, yeniliklərlə tanış olmur. Həm də mühüm siyasi əhəmiyyət kəsb edən nitqlərlə, çıxışlarla dostlarımızın da, bədxahlarımızın da diqqətini çəkir.
Ali Baş Komandanın oktyabrın 4-də Cəbrayılda – bu rayonun ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdəki nitqi də bir neçə cəhətdən əlamətdar idi. Təbii ki, həmin nitqin siyasi, iqtisadi, hərbi, mənəvi və psixoloji tərəfləri barədə çox yazılacaq, uzun müddət danışılacaq. Biz isə bu yazıda dövlət başçımızın həmin nitqindəki siyasi fikirlərin iki istiqaməti – Ermənistanın mövcud reallıqları qəbul etməsinin zəririliyi barədə deyilənlər və kənardakı bəzi qüvvələrin 44 günlük müharibənin nəticələrini tanımamaqdan ötrü uydurduqları bəhanələr barədə olan arqumentlərdən söz açmaq istəyirik.
Xatırladaq ki, cənab Prezident son illərdə, xüsusilə, 44 günlük müharibə zamanı beynəlxalq mətbuata verdiyi müsahibələrdə dəfələrlə demişdir ki, bizim daim sülh tərəfdarı olmağımız ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qalxacağımız azadlıq mücadiləsinin qarşısını almayacaqdır. Belə də oldu. Ötən ilin payızında biz həm beynəlxalq hüququ, həm tarixi ədaləti, həm insani ədaləti bərpa etdik. Cənab Prezident viranəyə çevrilmiş Cəbrayıl ərazilərini göstərərək dedi ki, bu dağıntıları törədən insan deyil, buna insan demək olmaz. Bunu törədən Azərbaycan xalqına o qədər nifrət etməli idi ki, bax, bu çirkin əməllərə əl atsın. O Azərbaycan xalqına ki, ermənilərə vaxtilə qucaq açıb.
Ancaq ermənilər öz vandallıqlarından əl çəkmədikləri kimi, Azərbaycan dövləti də öz humanistliyindən, sülhsevərliyindən geri çəkilmir. Dövlət başçımız bütün olub-keçənləri bir tərəfə qoyaraq, Ermənistanla sülh danışıqlarına başlamağa razılığını ifadə edir. İşğalçı dövlətdən isə bu humanist addıma cavab verilmir. Əksinə, yeni terror və təxribatlar törədiləcəyi barədə təhdidlər eşidirik. Odur ki, Prezident Cəbrayıldan İrəvana səslənir: “ Mən söz deyəndə elə-belə söz demirəm. Bu günə qədər nəyi demişəmsə, hamısını da etmişəm. Ona görə bundan sonra da Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur”.
Bu gün regionda müharibənin dayanmasını fürsət bilən bəzi dar düşüncəli, fitnəkar və avantürist qüvvələr elə güman edirlər ki, müharibə bitdi və indi hər şey, necə deyərlər, əvvəlki məcraya qayıdacaq. Prezident qətiyyətlə bildirir ki, həmin qüvvələr səhv edirlər. Çünki müharibənin bitməsi o deməkdir ki, regionda artıq yeni reallıqlar yaranıb. Təbii ki, bu reallıqları biz – qalib tərəf yaratmışıq. Ona görə də təkcə Ermənistan yox, hamı bu reallıqla hesablaşmalıdır və hesablaşacaqlar. Çünki Ermənistanda yenə də bizə qarşı hansısa təxribat hazırlanmasına imkan verilməməsi bizim legitim hüququmuzdur: “Əgər təhlükə görsək, əgər təhlükənin kiçik bir təzahürünü görsək, biz lazımi addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın havadarları bizim işimizə müxtəlif yollarla əngəl törətməyə çalışdılar – bəziləri bəyanatlar verməklə, bəziləri başqa yollarla onlara praktiki kömək göstərməklə. Ancaq bunun heç bir xeyri olmadı, bundan sonra da olmayacaq”.
Dövlət başçımızın nitqindəki siyasi fikirlərin söz açmaq istədiyimiz ikinci istiqaməti isə daha kəskin və daha qətiyyətlidir. Xatırladaq ki, 44 günlük müharibə dövründə Fransa başda olmaqla, bəzi ölkələr Azərbaycanın haqq işinə qara yaxmağa çalışırdılar. Dövlət başçımız həmin bəyanatlara və telefon zənglərinə lazımi cavabları verirdi. Ancaq çox təəssüf ki, müharibə bitəndən, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləndən sonra bəzi region ölkələri bu reallıqla barışmaq istəmirlər. Özü də bu addımları atan ölkənin rəhbərləri illər boyu dəfələrlə deyiblər ki, Prezident İlham Əliyev hansısa üçüncü ölkənin Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməməklə təkcə mehriban qonşuluq siyasətinə sadiq qaldığını sübut etmədi, həm də müdriklik nümayiş etdirdi.
Bəs indi nə oldu ki, İran rəsmiləri
həmin mehriban qonşuluq
siyasətinə sədaqət nümayiş
etdirmək istəmirlər? Yəqin, müdriklik
çatışmır. Dövlət başçımız
bu məsələdə də
açıq danışmağa üstünlük
verdi: “ Əfsuslar olsun
ki, İranın rəsmi şəxsləri
bizə qarşı əsassız ittihamlar
irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili
gətirib. Gözlərini açsınlar, görsünlər.
Onlar İsraili burada harada görüblər?! Burada bir adam
da yaşamır. Burada bir bina da
yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa,
hər kəs gərək dediyi sözlərə görə
cavabdehlik daşısın.
Biz imkan verə
bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan üzü bəri bütün erməni siyasətçiləri yüz
dəfələrlə təkrar
ediblər ki, Dağlıq Qarabağ münaqişəsi başlanandan
bəri İranın bizə göstərdiyi yardımı heç zaman unutmayacağıq. Ermənilər buni həmişə, hər yerdə dediklərinə görə
hamı kimi azərbaycanlılar da bu faktı yaxşı
bilirdilər. Ancaq son otuz
ildə heç bir Azərbaycan siyasətçisi İran
rəhbərliyinə bu
barədə etiraz etməyib. Çünki söhbət İranın
daxili işlərindən
getdiyinə görə
sivil, hüquqi və demokratik Azərbaycan dövləti
bu prinsiplərə hörmətlə yanaşıb.
Hərə öz xarici
siyasətini öz istədiyi şəkildə
qurmalıdır və
qurur.
Təəssüf ki, çoxəsrlik dövlətçilik tarixi
olan İranda qonşu dövlətin daxili işlərinə qarışmamaq barədə
mövcud olan tarixi təcrübəyə
məhəl qoymaq istəmirlər. Üstəlik, onlar anlamırlar ki, ermənilər işğalçı, terrorçu,
təxribatçı, müsəlman
əhaliyə qarşı
soyqırımı törətmiş,
qaniçən, vəhşi,
məsciddə donuz saxlayan mənəviyyatsız
tayfadırsa, İsrail
alimləri dünyanın
elm, texnika və təbabətinə bir çox xalqın verə bilmədiyi töhfələri veriblər.
Bütün bunları
nəzərə alan Prezident xatırladır: “ Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs
bilir və birinci il
deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla və bütün
başqa ölkələrlə
münasibətləri müstəqil
siyasət əsnasında
qururuq. Heç
kim bizim
daxili işimizə qarışmasın. Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər
qururuq, bizim öz işimizdir. Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı
iddia qaldırmırıq.
Görün, Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı
dəstəkləyən nə
qədər ölkə
var. Yəni, biz bu ölkələrlə düşmən
olaq? Yox. Bu, ölkələrin
suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik,
bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla
münasibətlərdə xüsusi canfəşanlıq
edəndə. Amma biz bunu
heç vaxt dilə gətirmirik.
Biz hər bir
ölkənin suveren hüquqlarına hörmətlə
yanaşırıq və
tələb edirik ki, bizim suveren
hüquqlarımıza hər
kəs hörmətlə
yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin”.
Dövlət başçımız həmişə olduğu kimi, bu əsassız iddialara cavab verərkən də on milyonluq ölkə əhalisinin qətiyyətini dilə gətirdi: “Bundan sonra da Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq. Heç kim bizim işimizə burnunu soxmasın”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti
2021.- 9 oktyabr.- S.4.