Zəfər tarixinin xronikası

 

9 oktyabr 2020-ci il

 

 

Həmin gün:

 

Prezident İlham Əliyevin “CNN Inter­national” televiziya kanalının “The Connect World” verilişində müsahibəsi yayımlanıb;

 

Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bəyan edib. Bu münasibətlə bütün Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı düşməndən təmizlənən yaşayış məntəqələrinin adlarını bildirib: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Azərbaycan Prezidenti bu kəndlərin Had­rut qəsəbəsinin işğaldan azad edilməsinin tarixi qələbəmiz olduğunu vurğulayıb.

 

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlət başçı­ları tərəfindən müharibə ilə bağlı yaranan vəziyyət müzakirə olunub.

 

Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş nazirlər səviyyəsində görüşünün iştirakçıları xüsusi bəyanat qəbul ediblər. Bəyanatda Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan–Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlanmasını şiddətlə qınayıb, insan itkisi mülki əhaliyə təsirinə görə təəssüfləniblər. Qoşulmama Hərəkatının nazirlər görüşündə Ermənistan ilə Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstək ifadə olunub;

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisiPrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində Azərbaycanın haqq işini dünyaya çatdırmaqda önəmli səmərəli rol oynayan Türkiyə mətbuatına təşəkkür edib: “ Türkiyəli jurnalistlər Dağlıq Qarabağda cəbhədən döyüş meyda­nından xəbərləri operativ surətdə dünyaya çatdırırlar. Təəssüf ki, bu xəbərləri hələ qulaqardına vuranlar var. Azərbaycan tolerant ölkədir. Biz bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşırıq. Lakin erməni mətbuatı bu mövzuda yalan xəbərlər yayır. Ermənilər, həmçinin dünya xristianlarının dini hisslərindən istifadə edirlər. Halbuki ermənilər Azərbaycanın məscidlərini dağı­dıblar, hətta dini ibadət yerlərində heyvan saxlayırlar.

 

Döyüşlər ordumuzun üstünlüyü ilə davam edir

 

Bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

 

Azərbaycan Ordusunun bölmələri mü­hüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb aktivliyinin qarşısını qətiyyətlə alıb. Görülən tədbirlər nəticəsində düşmən qoşunları arasında idarəetmə qarşılıqlı əlaqə itib, bölmələri arasında nizamsızlıq yaranıb, şəxsi heyətinin intizamı pozulub, döyüş mövqelərinin tərk edilməsi kütləvi hal alıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkov­nik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan xeyli sayda hərbi qulluqçu məhv edilib.

 

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan si­lahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilib. Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib yaralanıb.

 

Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemixeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

 

Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadası­na məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

 

Ermənistan hərbi cinayətlərini dayandırmır

 

Azərbaycan Respublikasının Baş Proku­rorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 9-da saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

 

Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğuların­dan və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 168 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriyaraket atəşi nəticəsində 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

 

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşı­sında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il ta­rixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şura­sının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşa­dığı məntəqələri intensiv atəşə tutub.

 

Vətən müharibəsi dünya mətbuatında

 

Böyük Britaniyanın nüfuzluThe London Post” qəzetində Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalə dərc olunub.

 

– Fransanın “RT Franceteleviziya kana­lında Ermənistan–Azərbaycan müharibəsində ölkəmizin haqlı mövqeyindən danışılıb;

 

– İtaliyanın “L'Opinione” qəzetində italyan jurnalist Domeniko Letisiyanın müəllif olduğu “Paşinyanın avtoqolu: Azərbaycana qarşı müharibə” sərlövhəli məqalə dərc edilib. Məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hücum­ları ilə başlayan fasiləsiz döyüşlər zamanı ölkəmizin mülki əhalisinin və infrastrukturu­nun atəşə məruz qaldığı bildirilib.

 

Xalq qəzeti  2021.-  9 oktyabr.- S.5.