Dini və mənəvi dəyərlər Azərbaycanın milli sərvətidir

 

Adəm övladı yaranışdan dünyanı ağlı və mənəvi gücü ilə idarə etmək əzmi nümayiş etdirib. Mənəvi dəyərlər həm də insanları saflaşdıran, birləşdirən və gücləndirən amillərdir. Müxtəlif millət və xalqların birgəyaşayışı, dil, dinirq fərqi ilə bağlı müşküllərinin olmaması da məhz bu vacib nəsnəyə riayətlə bağlıdır.

 

Multikulturalizm ayrıca götürülmüş bir ölkədə və bütövlükdə, dünyada ayrı-ayrı millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların ümumi milli mədəniyyətə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm humanistdemokratik bir ideologiya olaraq, tolerantlığın təcəssümüdür. Onsuz heç bir yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq mümkün deyil. Çağdaş multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukultural siyasət olmadan sabit inkişaf edə bilməzlər. Yaxşı ki, Azərbaycanda buna ciddi fikir verilirmilli mədəniyyətə uğurla inteqrasiya olunan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər.

 

Bir sıra Avropa və Qərb dövlətləri multikulturalizmi idarə etməyin çətinlikləri bəhanəsi ilə ondan imtina etmişlər. Bəzi xalqların nümayəndələri buya digər dövlətlərin milli mədəniyyətinə nə assimlilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər. Amma əhalisinin ümumi sayında etnikdini qrupların payının geniş olmasına baxmayaraq, Azərbaycan çoxsaylı etnikdini qrupların yaşadığı nümunəvi multikultural ərazi sayılır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən də, ölkəmiz onun ərazisində yaşayan bütün millət və xalqların ümumi və əziz vətənidir.

 

Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsi göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət edildikdə ölkənin daxili potensialı bütün zənginliyi ilə üzə çıxır, həmçinin dövlətin beynəlxalq nüfuzuna müsbət çalarlar qatılır. Bu sonuncu məqam 2016-cı ilin aprelində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun xarici iştirakçıları tərəfindən dəfələrlə vurğulanmışdır.

 

Çağdaş mütərəqqi dünyanın önəm verdiyi etnik tolerantlıq və dini dözümlülükbizim ölkəmizdə nümunəvi durumdadır. Bu, əslində, xalqımızın əsrlər boyu formalaşdırdığı və bir çox ölkələr üçün görk olan məxsusi dəyəridir. Müasir Azərbaycan vətəndaşları üçün bu iki dəyərin biri Rəbbimizin nazil etdiyi səmavi kitablardan, digəri isə nəsillərin bir-birinə əmanət olaraq ötürdüyü adət və ənənədən qaynaqlanır. Bu ənənə həm də ölkəmizin coğrafi yeri -iki qitənin kəsişdiyi məkanda olması ilə əlaqəlidir. Xalqımızın tarixən dünya ilə bütün iqtisadi-mədəni əlaqələri bu körpü vasitəsilə gerçəkləşdiyinə görə, biz qonşularımız və müsafirlərimizlə daim mehribanlıq və sülh şəraitində davranaraq, qarşılıqlı zənginləşməyə rəvac vermişik. Göründüyü kimi, dinietnik tolerantlıq Azərbaycanda İslamdan da qabaq mövcud olub. İslam dini sadəcə bu prosesi qoruyub saxlayıb və inkişaf etdirib.

 

İftixarla qeyd edilməlidir ki, ölkəmizdə əsrlər boyu formalaşan tolerantlıq müstəqillik dövründə daha da möhkəmlənərək dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevrilmişdir. 1992-ci ildə qəbul edilmiş "Dini etiqad azadlığı haqqında" AR Qanununa 1996 və 1997-ci illərdə müvafiq düzəlişlərin edilməsi Azərbaycanda vətəndaş hüququna malik olan hər kəsin dinə münasibətinin müəyyənləşdirilməsi istənilən dinə etiqad edib-etməməsi məsələləri bu günə kimi 400-ə yaxın müxtəlif dini icmanın Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınması dövlətin tolerantlıq istiqamətində atdığı önəmli addımlardır. Qısaca desək, müxtəliflikdə bir harmoniya olan tolerantlıq Azərbaycan xalqının milli-dini sərvətidir. Bu, elə bir təkmil modeldir ki, Azərbaycanın heç bir digər modelə qətiyyən ehtiyacı qalmır. Bizə kənardan sırınmağa cəhd edilən dini təsirlər gərək deyil.

 

Ölkəmizdə eyni dinin fərqli təriqətlərinə etiqad da sırf problemsizdir. Heydər Əliyev Məscidində şiə və sünni məzhəbləri daşıyıcılarının dəfələrlə cümə günləri yan-yana vəhdət namazı qılmaları İslamda ayrı-seçkiliyə yol verilməməsinin gözəl örnəyi sayılır. Özübu fakt dünyada İslamın müxtəlif cərəyanlarının nümayəndələrinin birgə namaz qılması ənənəsinin, ilk dəfə olaraq, məhz Bakıda qoyulduğunu sübut edir.

 

Ötən ilin payızında reallaşan 44 günlük zəfər yürüşü sayəsində onilliklərlə erməni işğalında olan Azərbaycan torpaqları azad edilib. Faşist xislətli istilaçıların həmin ərazilərdəki dini-mənəvi və mədəni abidələri dağıtması, məscidlərdə, digər müqəddəs ibadət yerlərində donuz saxlaması kimi çoxsaylı eybəcər faktlar üzə çıxıb və bütün dünyaya yayılıb. Təəssüf ki, əsasən, xristian dünyası və qismən də İslam aləmi bu biabırçılıqlara göz yumub. Hətta erməni təəssübkeşləri yalançı əks-arqumentlər söyləməyi, guya azərbaycanlıların Qarabağdakı erməni dini obyektlərini dağıtdıqlarını, buradan erməni tarixi “iz”lərini sildiklərini bildirməyi özlərinə rəva görüblər. Onlar unudurlar ki, yer üzündə baş vermiş saysız-hesabsız müharibələr, bütöv xalqlara qarşı törədilmiş qətliamlar, atom silahı dəhşəti, böyük çəkişmələr–sadə insanların taleyinə vurulan bu yaralar, məşəqqətlər məhz haqsız tərəfkeşliyin, dini ayrı-seçkiliyi körükləməyin acı nəticələridir. Bunlar son aqibətdə ümumbəşəri erroziya yarada bilər.

 

Amerika alimi Samuel Hantinqtonun “sivilizasiyaların toqquşması” adlandırdığı qlobal reallıq özünü əsas etibarı ilə dinlər arasında göstərir. Çünki dinlər, o cümlədən də İslam və xristianlıq ayrı-ayrılıqda Şərq və Qərbin çoxcəhətli dəyərlərini ən ümumiləşmiş formada ehtiva edən, çoxlu sayda xalqların tarixi keçmişini, dünyagörüşünü, həyat tərzini ortaq bağlarda birləşdirən fərqli sivilizasiyalar kimi çıxış edir. Bu telləri qırmaq yolverilməzdir. Ona görə də bu gün dini dəyərlərə münasibət və bu münasibətlər zəminində ortaya çıxan problemlərin həlli yollarının axtarılması, bəlkə tarixdə heç zaman olmadığı qədər mühüm aktuallıq qazanmışdır.

 

Dünyada İslam həmrəyliyi mövzusu bu mühitdə ona görə xüsusi əhəmiyyət daşıyır ki, indi İslam aləmi hücuma məruz qalan tərəfdir. İslami dəyərlərin müasir dünyamızda qüdrətli hamiliyə, onu zamanın çağırışlarına uyğun inkişaf etdirəcək, gələcəyə daşıyacaq yetkin cəmiyyətlərə ehtiyacı var. Son onilliklərdə Azərbaycan islami dəyərlərin müxtəlif qərəzli kampaniyalardan qorunması, bu dəyərlərin dünyaya öz ilahi mahiyyətində təqdim edilməsi, müsəlman ölkələrinin islam inancı və ümumbəşəri ideyalar ətrafında bir araya gətirilməsi yönünündə atdığı tarixi addımlarla bu missiyanın mərkəzində görünür.

 

Azərbaycan İslama bir milli-mənəvi dəyər kimi sahib çıxmağa, onu təhdidlərdən qorumağa, islam inancı haqqında qaranlıq düşüncələrin ortadan qalxmasına çalışır. Amma dövlət quruluşunun təməlində İslamın dayandığı, bayrağında İslam rəmzi olan yaşıl rəngin göz oxşadığı bəzi ölkələr nədənsə siyasi iddialarını dini əlahiddəlikdən yüksək tutaraq, Qurani-Kərimin ayələrinə belə zidd olaraq, haqlı olan bizi deyil, küfr edən kafirləri, işğalçılıq syasəti yürüdən düşmənlərimizi üstün tuturlar. Bu isə həm İslam qardaşlığına zidd mövqedr, həm də haqqı nahaqqın ayağına verməkdir. Həmin ölkələrin bəzi ali dini mənsubları və dövlət rəsmiləri atmacalı çıxışları ilə, onların emissarları isə ölkəmizin hüdudlarına nüfuz edərək dini icmalar arasında məqsədli təbliğat aparmaları ilə araya soyuqluqnifaq toxumu səpirlər.

 

Cənub qonşumuz olan dövlətin sərhədlərimiz boyunca nümayişkaranə hərbi təlimlər keçirməsi və heç bir sübuti, əsas olmadan bunu ölkəmizin həmin yerə yaxın ərazilərdə, guya, sionizmə meydan verməsinə cavab kimi izah etməsi heçmehriban qonşuluq prinsiplərinə uyğun gəlmir. Bəzi təbliğat maşınlarının sərhədlərimizə hərbi müdaxilənin başlanacağı ilə bağlı cəfəng fərziyyələri reallığa qəti uyğun deyil. Sadəcə, bəzi dindaşlarımızın “islami həmrəylik” maskası cırılmışdır. Sadəcə bölgədə yaranan yeni hərbi-siyasi və geopolitik reallıqları heç də hamı, necə deyərlər, həzm edə bilmir.

 

Sübuta ehtiyacı olmayan gerçəklikdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz qlobal miqyasda sülh və əməkdaşlıq hərəkatına, sivilizasiyalararası dialoqa böyük töhfələr verir. Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi humanitar missiya, irəli sürdüyü qlobal təşəbbüslər Şərq və Qərb sivilizasiyaları arasında konfliktlərin diskussiya məcrasına yönəldilməsinə, radikal müstəvidən intellektual mühitə daşınmasına xidmət edir.

 

Bütün bunlara zəmin yaradan, Azərbaycanı başqaları üçün nümunə kimi sərgiləyən ən mühüm amilsə, şübhəsiz ki, ölkəmizin özündə bu kimi məsələlərə sağlam münasibətin mövcudluğudur. Vicdan azadlığı ilə bağlı bir çox məsələlərin sivil, demokratik məcrada çoxdan öz həllini tapmasıdır. Bu münasibət Azərbaycanda İslamı da, başqa dinləri də zərərli və dağıdıcı təsirlərdən qoruyur. Dövlət cəmiyyət həyatının digər önəmli sahələrində olduğu kimi, bu sahədə də sistemli, əsaslandırılmış, kompleks fəaliyyət həyata keçirir.

 

Azərbaycan Prezidentinin bu sahədəki fəaliyyətinin başlıca istiqaməti ölkəmizin nümunəsində İslamın kamil, təkmil, yüksək mənəvi etiqad üslubunu yaratmaq və din-dövlət münasibətlərini düzgün məcraya doğru istiqamətləndirməkdir. Müxtəlif tribunalardan müsəlman dünyasına xitabları ilə cənab İlham Əliyev əsaslandırır ki, bu ilkin şərtləri hamılıqla yerinə yetirməklə həm daxili çəkişmələrə son qoymaq, həm də İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülhsabitlik ideyalarının tərənnümçüsü kimi bütün dünyaya təqdim etmək mümkündür.

 

İslam həmrəyliyinin Azərbaycan nümunəsi dövlət və din münasibətlərindəki bu mükəmməlliyin, tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin məntiqi davamı və ideyaca daha da inkişafıdır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti  2021.-  9 oktyabr.- S.7.