Suqovuşan qəsəbəsinin azad edilməsi strateji hədəf idi

 

Prezident İlham Əliyevi son zamanlar beynəlxalq tədbirlərdəki çıxışlarında, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə, həmçinin işğaldan azad edilmiş rayonlara səfərləri zamanı yeni faktlar və arqumentlərlə üzləşirik. Dövlət başçımız ictimaiyyət nümayəndələri ilə görüşü zamanı Ermənistanın müharibəyə başlamasının səbəbləri, Azərbaycan Ordusunun düşməni diz çökdürməsi və Qarabağda aparılan yenidənqurma-abadlıq işləri barədə geniş məlumatlar verir. Bu gün Ermənistan barədə verilən istənilən məlumat bu ölkədəki daxili xaosqeyri-sabitliyin hər gün daha da dərinləşdiyindən xəbər verir. Azərbaycan isə öz yolu ilə irəliləyir, tikinti- bərpa işlərini daha da sürətləndirir.

 

Dövlət başçımızın və birinci xanın Mehriban Əliyevanın işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan qəsəbəsinə, Talış kəndinə, Bərdə və Cəbrayıl rayonlarına səfərləri maraqla qarşılandı və alqışlandı. Suqovuşan qəsəbəsi region üçün böyük əhəmiyyət kəsb edirdi. Burada Suqovuşan su anbarı yerləşirdi. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir.

 

Həmin su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən bundan istifadə edib ölkəmizə qarşı ekoloji terror törədirdi. Dövlətimizin başçısı xatırlatdı ki, hətta Avropa Şurası Parlament Assambleya­sının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuş­du və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdibu, bizim böyük uğurumuz idi.

 

Qəsəbə işğaldan azad ediləndən sonra “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır. Artıq bu stansiyalar işlək vəziyyətdədir. Hər iki su elektrik stansiyası yenidən quruldu. Bu, bir daha Azərbaycanın gücünü, iqtisadi qüdrətini və düzgün müəyyənləşdirilmiş siyasətini göstərir. Həmin bölgəni elektrik enerjisisu ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var.

 

Dövlət başçımız, həmçinin Koçar­yanSarkisyan xunta rejiminin iyirmi il ərzindəki vəhşiyindən, qətliamlarından, xüsusilə, sabiq prezident, əlləri gü­nahsız insanların qanına bulaşmış, tarixdə analoqu olmayan Xocalı faciəsinin təşkilatçısı olmuş Serj Sar­kisyanın fərariliyindən, qorxaraq qaçıb gizlənməsindən söhbət açdı. Dedi ki, erməni xalqı bu adama necə nifrət edirsə, sonuncu parlamnet seçkilərində də onayox!” dedi.

 

Mehman İSMAYILOV,

 

politoloq

 

Xalq qəzeti  2021.-  9 oktyabr.- S.7.