Dövlət müstəqilliyimizin bərpasının 30 illiyinə möhtəşəm hədiyyə – QƏLƏBƏ

 

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Dövlət müstəqilliyimizin bərpasının 30 ili tamam olur. Xalqımızı bu böyük bayram münasibətilə təbrik edir, yubiley ərəfəsində Dünya azərbaycanlılarına əsrlər boyu gözlədiyimiz sevincli anları –faşist Ermənistan üzərindəki şanlı Qələbəni bəxş edən ordumuzaAli Baş Komandanımıza isə bitib-tükənməyən minnətdarlığımızı, təşəkkürlərimizi ünvanlayırıq. Sosial şəbəkələr vasitəsilə dövlət başçımıza ünvanlanan çoxsaylı məktublardan birində qeyd edildiyi kimi, “2020-ci il noyabrın 10-da Azərbaycan xalqının canından iki əsrlik yorğunluq çıxdı. Biz sadəcə riyakar düşmənin, terrorçu qonşularımızın, işğalçı Ermənistanın məğlub ediləcəyi günü gözləməkdən yorulurduq. Amma inamımız, ümidimiz itmirdi. Prezident İlham Əliyev xalqın həmin inamını doğrultdu, ümidini reallığa çevirdi…”

 

Milli Məclis 18 oktyabrın Dövlət Müstəqilliyimizin Bərpası Günü elan edilməsi barədə məsələni gündəliyə çıxaranda mənim yadıma düşən ilk məqam ulu öndər Heydər Əliyevin hələ Naxçıvanda olduğu ilk aylarda bu istiqamətdə atdığı addımlar oldu. Heydər Əliyev böyük siyasi uzaqgörənlik və milli tariximizə ehtiram nümayiş etdirərək muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması barədə qərar verilməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilməsinə nail olmuşdu.

 

Yadımdadır, ulu öndər 1993-cü ildə demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyli və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir.”

 

Yəni, Milli Məclisin bu məsələni müzakirə edərək müvafiq qərar qəbul etməsi Azərbaycan tarixinə göstərilən ehtiramın, tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması istəyinin göstəricisidir. Çünki ötən ilin yayında sarsaq erməni tarixçilərindən biri yazmışdı ki, bizim dövlətçiliyimizin on əsr qədər tarixi var, Azərbaycan isə gələn il öz dövlətinin otuz illiyini qeyd edəcək. Doğrudur, indi artıq erməni riyakarlıqlarına məhəl qoyan yoxdur. Ancaq Prezident İlham Əliyevin dediyi kimi, tarix kitablarını yazanların birinci vəzifəsi həqiqətin uca tutulması, obyektivliyin qorunmasıdır. Azərbaycan Milli Məclisi bu qərarı qəbul etməklə həqiqətin ucada dayanmasına zəmin yaratdı və obyektivliyin bərpasını təmin etdi.

 

Həqiqət və obyektivlik isə ondan ibarətdir ki, xalqımızın ötən əsrin əvvəllərində qazandığı dövlət müstəqilliyi xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması üzündən itirilmişdi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu” – yazmağa sanki əlimiz gəlmir. Çünki müstəqilliyin ilk illərini çoxsaylı problemlər, məşəqqət və məhrumiyyətlər, işğal faktları, xaos, anarxiya, hərc-mərclik fonunda yaşadıq. Yəni siyasi cəhətdən azadlığa çıxsaq da, faktiki olaraq, “yağışdan çıxıb yağmura düşmüş”lərin timsalında idik.

 

Hətta oktyabrın 18-dən – dövlət müstəqilliyimizin bərpasından iki ay yarım sonra – dekabrın 29-da ölkədə Kremlin dediyi ilə oturub- duranlar SSRİ-nin qorunub saxlanılması məqsədi ilə ümumxalq səsverməsi –referendum keçirməyə nail olmuşdular. Bülletenə bir sual yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95 faizindən çoxu referendumda iştirak etdi və Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

 

Burada başqa bir maraqlı məqam da var idi. Hamı narahat idi ki, bizim dövlət müstəqilliyimizi hansı dövlət tanıyacaq? Bu narahatlığın ömrü uzun olmadı. Müstəqilliyimizi tanıyan ilk dövlət qardaş Türkiyə Cümhuriyyəti oldu – 1991-ci il noyabrın 9-da , sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) başqa dövlətlər. Ölkəmizin qısa müddətdə – 1992-ci il martın 2-də BMT- üzv qəbul olunması bizim beynəlxalq aləmdə de-fakto tanınmağımız idi.

 

Ulu öndərin xalqın israrlı çağırışı tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizin 1920-ci ildə yaşadığı talenin təkrarlanmasının qarşısını aldı. Halbuki, bədxahlarımız həmin günlərdə olmayacaq dərəcədə fəallaşmış müstəqilliyimizin əldən getməsi üçün zəmin yaratmışdılar. Azərbaycan dövlətçiliyi Heydər Əliyevin qayıdışından sonra sözün həqiqi mənasında xilas oldu suverenliyimiz əbədiləşdirildi.

 

Prezident İlham Əliyev həmin tarixi günləri belə xatırlayır: “Azərbaycan o vaxt çətin iqtisadi vəziyyətlə üzləşmişdi. Bizim sənayemiz demək olar ki, dağılmışdı, inflyasiya minlərlə faizlə ölçülürdü. Əlbəttə, belə vəziyyətdə xarici sərmayə olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməzdi. İqtisadiyyat inkişaf edə bilməsə, təbii ki, ölkə müstəqil həyat sürə bilməzdi. Ona görə 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü iləƏsrin kontraktıimzalanmışdırAzərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini xarici investorlara təqdim etdi. Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu ölkəmiz inkişaf etməyə başladı”.

 

Dövlət başçımız Yeni Azərbaycan Partiyasının bu il martın 5-də keçirilmiş VII qurultayındakı nitqində hamıya tövsiyə edirdi ki, biz öz tariximizi, xüsusən, ötən əsrin 90-cı illərində gedən prosesləri yaxşı öyrənməli, dürüst bilməliyik:Biz bu tarixi bilməliyik, bilirikbundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi – Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir?... Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi – Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq”.

 

Xalqımızın və dövlətimizin bugünkü reallıqlarına gəlincə isə qeyd etməliyik ki, ötən ilin payızında qazandığımız qələbə bizim şanlı səhifəmiz və eyni zamanda, gələcək proseslər üçün təcrübəmizdir. İndi beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Dövlət başçımız isə bu fikirdədir ki, güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

 

Elvin ƏHMƏDOV

 

Zaqatala Rayon İcraProbasiya şöbəsinin rəisi

 

Xalq qəzeti  2021.- 16 oktyabr.- S.6.