Mayın 28-dən noyabrın 8-nə uzanan Zəfər yolu!
Yenə tarixi günlər yaşayırıq, tarixi hadisələr, ildönümlər ərəfəsindəyik. Qarşıdan 71 il mübarizə aparıb qanlar, canlar bahasına bərpa etdiyimiz müstəqilliyimizin, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının imzalanmasının 30 illiyi gəlir. Otuz il əvvəl- XX əsrdə ikinci dəfə müstəqillik qazanmağı bacardıq və onu əbədi etdik. Yenidən azadlığımıza qovuşmaq üçün çox şey qurban verdik, “Ya azad ol, ya tamam yan, Azərbaycan!” dedik…
Ötən əsrin 20-30-cu illərinin qanlı repressiyasından, ziyalılarımızın qətlindən, sürgünlərdən, torpaqlarımızın bölünməsindən, deportasiyalardan, Qarabağ fitnəkarlığından, Sumqayıt təxribatından, Quqark, Masis faciələrindən, qanlı və şanlı 20 Yanvardan, Xocalı soyqırımından və daha neçə faciələrdən keçərək 1991-ci il avqustun 30-da və oktyabrın 18-də ikinci dəfə müstəqilliyimizə qovuşduq.
Müstəqilliyimizin ilk illəri asan olmadı. Xalqımız Başqışlaq, 20 Noyabr,
Xocalı, Daşaltı,
Cəmilli, Qaradağlı,
Umudlu, Ağdaban, Ballıqaya, Gülüstan
faciələrinə, qanlı
qətliamlara məruz
qaldı. Üstəlik,
Xocalı, Şuşa,
Laçın, Ağdam,
Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan
kimi yurd yerlərimiz işğal altına düşdü.
Düşmən yeraltı və
yerüstü sərvətlərimizi
taladı. Ölkəmiz, həmçinin 1993-cü ilin
qorxulu iyun hadisələri, 1994 və
1995-ci illərin dövlət
çevrilişi cəhdləri,
dövlət xadimlərinin
qətlə yetirilməsi
ilə üz-üzə
qaldı. Bütün çətinliklərə
baxmayaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə
dövlətimiz, xalqımız
ayaq üstə durmağı bacardı.
Dahi Heydər Əliyevin açdığı
yolla irəliləyən
və bu yolda nəzərəçarpan
uğurlar qazanan qalib sərkərdə, müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və müdrik siyasəti ilə müstəqilliyimizin artıq
üçüncü dekadasını
başa vurmaqdayıq.
Ötən illər ərzində qazanılan nailiyyətlər
ərazi bütövlüyümüzün
bərpasına da gətirib çıxartdı. Bir il əvvəl – 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan tarixi 44 günlük Vətən müharibəsi ilə arzularımızın ən
ülvisinə, ən
müqəddəsinə çatdıq,
30 illik qanlı Qarabağ münaqişəsini
Zəfərlə başa
çatdırdıq. “Dəmir yumruq”la düşmən məhv edildi, onun başı
əzildi, diz çökdü. Bu Zəfər
əyilmiş qamətimizi
dikəltdi, bizə qürur verdi.
İndi üzümüz
ağ, alnımız
açıqdır, millət,
dövlət, xalq olaraq başımız ucadır. Qələbə günündən bəri zəfərlərimizin
ardı-arası kəsilmir.
Zəfər paradı,
işğaldan azad olunmuş torpaqlarımıza
tarixi səfərlər,
Qarabağın yenidən
dirçəldilməsinə başlanılması, tarixi
təməlqoymalar, açılışlar,
Şuşa Bəyannaməsi, Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması
və sair. Sevincimiz -sevincimizə, çöhrəmizdən
illərlə yox olan gülüşümüz-
gülüşümüzə qarışıb. Müstəqilliyimizin
3-cü dekadasını üzüağ,
alnıaçıq, başıuca
və əlidolu başa vururuq.
Oktyabrın 18-də müstəqilliyimizin
30 illiyini, ondan cəmi 20 gün sonra – noyabrın 8-də isə şanlı qələbəmizin birinci
ildönümünü – Zəfər
Gününü qeyd edəcəyik. Qələbə və zəfər
parlamenti olan, ilk qələbə büdcəsini
qəbul edən VI çağırış Milli
Məclis “Müstəqillik
Günü haqqında”
qanun layihəsini artıq iki oxunuşda qəbul edib. Həmin qanun layihəsinə
əsasən, bundan sonra mayın 28-i Müstəqillik Günü,
oktyabrın 18-i isə
Müstəqilliyin Bərpası
Günü kimi qeyd ediləcək.
Günün, zəfərin,
qələbən mübarək!
Canımız fəda
olsun, can Azərbaycanım!
Jalə ƏLİYEVA,
Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsi
sədrinin müavini,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti
2021.- 16 oktyabr.- S.6.