Zəngilanın intibah
dövrü başlanır
Uzun fasilədən sonra – 27 il erməni
işğalından sonra artıq Zəngilan
Vətənə qayıtdı, qaytardıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək
Zəngilan şəhərini və bir
neçə kəndi məhz düz bir il bundan
əvvəl işğalçılardan azad
etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz!” deyirəm, çünki mən sizi dəvət
etmişəm ki, bu
gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra
mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz!” deyəcəklər.
İlham ƏLİYEV
Azərbaycan
Respublikası Prezidenti
Ermənistan işğal dövründə Qarabağ və Şərqi Zəngəzurun bütün yaşayış məntəqələrində olduğu kimi, Zəngilan rayonunda da salamat bir bina, infrastruktur saxlamayıb, bütün tikililəri, qurğuları dağıdıb, yerlə bir edib, maddi-mədəni irsimizin izlərini belə vəhşiliklə silib. Yeraltı, yerüstü sərvətlərimizi talayıb.
Zəngilan düşmən əsarətində olduğu dövrdə, təõmini håsàblàmàlàrà görə, ràyînà 3,4 milyàrd ÀBŞ dîllàrı ziyàn dəyib. Yàrdımçı təsərrüfàt sàhələri nəzərə àlınmàdàn, əhàliyə məõsus 11 min yàşàyış åvi, 150 şəõsi màşın, 43 min qàràmàl, 92 min qîyun-êåçi, 265 min åv quşu, 1600 àrı àiləsi düşmənin əlinə êåçib.
Rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl yatağı, 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə altında saxlanılan Araz palıd meşəsi, 12 min 864 hektar dövlət meşə fondu talanıb.
Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirdi ki, bu gün Zəngilan tarixinin yeni şərəfli mərhələsini yaşayır, şəhərin baş planı hazırlanır. Azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir.
Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva həmin gün Zəngilanda rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.
Bütün bunlar ölkə rəhbərinin işğaldan azad olunan bütün rayonlarda olduğu kimi, Zəngilanda da bərpa-quruculuq layihələrinin reallaşdırılmasını diqqət mərkəzində saxladığını göstərir. Dövlətimizin başçısının rəhbərliyi ilə hazırda erməni barbarlığının qurbanı olan rayonda tikinti işlərinin geniş vüsət alması, yüksək texnologiyaların tətbiqinə start verilməsi, Qarabağ bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlərin gerçəkləşdirilməsi də bunun parlaq nümunəsidir.
Azərbaycanı qələbəyə aparan Vətən sevgisi idi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı söhbətində Zəngilana ilk dəfə keçən ilin sonlarında, dekabr ayında gəldiyini və elə o vaxt da bu diyara heyran olduğunu bildirib: “Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim – bura, doğrudan da, Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən, demək olar ki, bütün binaları dağıtmışdır. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq…”.
Amma düşmən yanılırdı. Xalqımızın Vətən həsrətinə gec-tez son qoyulacağını dərk etmirdi. İşğalçı elə bilirdi ki, kənd və şəhərləri yerlə bir etməklə, mədəni irsi dağıtmaqla, təbii sərvətləri talayıb axırına çıxmaqla azərbaycanlıların ayaq izlərini bu yerlərdən silmək mümkündür. Qəsbkar elə təsəvvür edirdi ki, yurd-yuvasından didərgin düşən soydaşlarımız illər sonra ömürlərini başa vuranda, onları əvəz edəcək gənc nəsil nəinki Qarabağ barədə düşünəcək, heç bu torpaqlar uğurunda döyüşməyi belə ağlına gətirməyəcək. Bax, bu məqamla bağlı dövlətimizin başçısı çıxışlarının birində deyib: “Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək, yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik”.
Amma zaman göstərdi ki, Qarabağın işğalından bizi uzun zaman ayırmasına baxmayaraq, heç birimizin, heç bir soydaşımızın qəlbində, xatirəsində yurd itkisi öləzimir, hamı o günü – Qarabağın xilası gününü ümidlə gözləyir. Hamı qisas anının yetişəcəyinə inamını itirmir… Həmin vaxt gəldi. Ötən il sentyabr ayının 27-də Ermənistan ordusunun hücumuna əks-həmlə ilə cavab verən silahlı qüvvələrimiz 44 gün ərzində düşmənə yerini göstərdi, işğalçını darmadağın etdi. Ordumuz torpaqlarımızın yağılardan azad edilməsi uğrunda qəhrəmanlıq, şücaət göstərərək haqq yolunda uğurla irəlilədi, bayrağımızı azad edilən torpaqlarda ucaltdı.
Vətən müharibəsi başlayanda işğalçı həm də fikirləşirdi ki, 30 il ərzində qurduğu istehkamları, 6 müdafiə xəttini Azərbaycan Ordusu keçə bilməyəcək, mühəndis qurğularını dağıtmağa gücü çatmayacaq. Dövlətimizin başçısı çıxışlarının birində vurğuladığı kimi, düşmən bu düşüncə ilə böyük yanlışlığa, səhvə yol verdi: “İşğalçı bilmirdi ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşməndən azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi”.
Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyyətlə üzləşməsində düşmənin Azərbaycan xalqının Qarabağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü olduğunu dərk etməməsi əsas rol oynadı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ermənilər bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, hərbi-texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi.
İkinci Qarabağ savaşında qələbənin əldə edilməsini şərtləndirən əsas amillərdən biri də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, özünün bildirdiyi kimi, “nəyi, necə, nə vaxt etmək lazımdır” sualına dəqiq cavab tapmaq istedadı idi. Bununla yanaşı, Azərbaycanın döyüş uğurunun reallaşmasında silahlı qüvvələrimizdəki ruh yüksəkliyi, xalq–Prezident–ordu vəhdətinin sarsılmazlığı önəmli rol oynadı.
Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir məqama da toxunub. Ölkə rəhbəri Vətən müharibəsində əldə edilən parlaq qələbənin müəllifinin xalq olduğunu qeyd edərək, onun işğal dövründə əyilmədiyini, vəziyyətlə barışmadığını, öz doğma torpaqlarını unutmadığını vurğulayıb: “Yəni, bu, onu göstərir ki, xalqımız müqəddəs zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də, sadəcə olaraq, bütün xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq…”.
Dövlətimizin başçısı görüşdə Vətən müharibəsində şəhidlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlar barədə də danışıb, torpaqlarımızın onların canı-qanı bahasına işğalçılardan azad edildiyini bildirib. Ona görə də şəhid olan hər bir gəncin Azərbaycan xalqının ürəyində əbədi yaşayacağını vurğulayıb. Əlavə edib ki, ölkədə onların adlarının əbədiləşdirilməsi üçün əməli işlər gedir, bundan sonra da bu istiqamətdə tədbirlər görüləcək: “Anım Günündə təşkil olunan yürüş bütün Azərbaycan xalqının birliyini göstərdi, şəhidlərimizin xatirəsinə olan hörmətimizi göstərdi. Yürüşdə aparılan portretlər mənim göstərişimlə gözəl bir xatirə kimi şəhid ailələrinə təqdim edildi. Çünki onlar bizimlə olmasalar da, bu Zəfər yürüşünə bizimlə bərabər çıxıblar. Yəni, bütün Azərbaycan o gün orada idi. Onların ruhu bu gün şaddır. Onlar az yaşayıblar, dünyadan gənc gediblər, şəhid olaraq gediblər. Amma onlar hər zaman ürəyimizdə yaşayacaqlar...”.
***
Zəngilan işğaldan azad edildikdən sonra daim dövlət başçımızın diqqət mərkəzində olub. Ölkə rəhbəri dörd dəfə rayona gəlib. Ötən ilin dekabr ayındakı səfərində burada mövcud vəziyyəti yerində nəzərdən keçirib. Ondan sonra fevral ayındakı gəlişində ermənilər tərəfindən bir çox hissəsi dağıdılan Bəsitçay qoruğunda çinar ağacları əkib. Aprel səfəri isə hava limanının təməlinin qoyulması ilə diqqət çəkib.
Ötən müddətdə işğaldan qurtulan digər torpaqlarımızda olduğu kimi, bura da geniş tikinti-quruculuq meydanına çevrilib. Gözəl, müasir Zəngilan şəhərinin qurulmasına start verilib. Aprel ayında təməli qoyulan Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrasında uğurlu nəticələr əldə edilib, bu yaşayış sahəsində xeyli iş görülüb. Həyata keçirilən tədbirlər “Ağıllı kənd”in gələn ilin əvvəli, yaxud bu ilin sonunda zəngilanlıların ixtiyarına veriləcəyinə böyük imkan yaradıb.
Bu gün Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilir. Rayonda qeyd edildiyi kimi, beynəlxalq hava limanı tikilir, artıq aeroportun zolaq hissəsində torpaq işləri hazırlanır. Zəngəzur dəhlizinin də buradan keçməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngəzur dəhlizi məsələsinin hazırkı vəziyyətinə də toxunub. Ölkə rəhbəri deyib: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmiryolu məsələsi həll olunur. Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz orada bir daha səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmiryolu qovşağı, avtomobil yolları – bütün infrastruktur qurulacaq, paralel olaraq təbiətin qorunması, çayların qorunması…”.
İşğalçı təbiətə yara vurmaqdan, təbii sərvətləri talamaqdan belə çəkinməyib
Zəngilanda Oxçuçay bu gün dünyada təbii fəlakət zonası kimi tanınır. Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən bu çay, sanki, sənaye tullantılarının kollektoru rolunu oynayır. Adları çəkilən müəssisələrdə sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.
Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə düşmənin yaratdığı bu ağrılı problemə toxunaraq, çaydan götürülən analizlərin zəhərli maddələrin həcminin normadan dəfələrlə çox olduğunu göstərdiyini qeyd edib.
Ölkə rəhbəri düşmənin xarici şirkətlərlə birlikdə Vejnəli qızıl yatağını taladığını, qanunsuz istismar etdiyini də diqqətə çatdırıb: “O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik”.
Vaqif BAYRAMOV
Xalq qəzeti
.- 2021.- 23 oktyabr.- S.4.