Qarabağ Zəfəri xalqımızın yurd sevgisiniqurub-yaratmaq gücünü birə-beş artırıb

 

 

Qarabağın işğaldan azad edildiyi ilk günlərdən 30 ildə erməni vandalların qarət edib, dağıdıb xarabalığa çevirdiyi ərazilərdə start götürmüş irimiqyaslı bərpa və quruculuq işləri tarixi Qələbəmizin ildönümü günlərində yeni mərhələyə daxil olur. Zəruri kommunikasiyaların sütətli bərpası ilə yanaşı, artıq, yeni yaşayş məntəqələri salınır, inzibati binalar tikilir, xidmət və istehsal obyektləri yaradılır.

 

Qarabağ savaşının baş sərkərdəsi dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə geniş miqyas alan, sürətlə davam etdirilən Qarabağa böyük Qayıdış Vətən müharibəsinin ildönümü təntənələrinin davam etdiyi bir vaxtda Prezident İlham Əliyevin bölgəyə səfərləri ilə yeni forma və məzmunla zənginləşir. Düşmənin silahlı quldur dəstələri Qarabağdan qovulub çıxarıldıqdan sonra başla­nan quruculuq işlərinin sevindirici konturları da artıq aydın görünür.

 

Prezident İlham Əliyevin bu səfərləri zamanı yeni yaradılmış infrastruktur, enerji, kommunal və digər xidmət obyektləri dövlət baş­çısının iştirakı ilə istifadəyə verilir, növbəti irihəcmli layihələr təntənə ilə həyata vəsiqə alır. Hazırda Qarabağa qayıdış cəbhəsinin ön xəttində nəqliyyat infrastrukturları­nın inşası sürətlə davam etdirilir.

 

Yeni tipli yaşayış məntəqələri olan “ağıllı şəhər” və “ ağıl­lı kənd”lərin sayı artır, ekoloji təhlükəsizliyi təmin edəcək “yaşıl enerji” zonaları böyüyür. Azərbaycan II Qarabağ savaşında çağdaş sürətli və ədalətli müharibə örnəyi ilə dünyanı heyrətə saldı. Qarabağda silahlı münaqişənin buvaxtadək dünyada görünməmiş miqyasda və amansızlıqla törədilmiş dağıntı və fəsadlarını öz gücü ilə, sürətlə və geniş miqyasda aradan qaldırmaqda da xalqımız son bir ildə yeni bir nümunə ilə beynəlxalq aləmi heyran qoyur.

 

Qarabağın dünyaya açılan “hava qapısı” kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının təməli məhz bu ilin yanvarında qoyulmuşdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə rayona ötən günlərdəki səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldubildirdi ki, aeroportda görülən bütün işlər beynəlxalq nor­mastandartlara uyğun şəkildə həyata keçirilib.

 

Füzuli Beynəlxalq Hava Lima­nının oktyabrın 26-da Qarabağ zəfərinin ən böyük himayədarı olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təntənəli surətdə istifadəyə verilməsi Qarabağın hava qapı­sının Cənubi Qafqaz bölgəsində də stratejiiqtisadi əhəmiyyətini dünyaya nümayiş etdirdi.

 

Milli Məclisin Füzuli rayo­nundan olan deputatı Vüqar Bayramov bu hava limanı­nın Azərbaycanla Türkiyəni birləşdirən daha bir etibarlı körpü olacağına əminliyini bildirdi. O qeyd etdi ki, Vətən müharibəsində axıradək Azərbaycanın yanında olmuş qardaş Türkiyənin Qarabağın bərpa-quruculuq meydanında da ölkəmizlə yanaşı olması 30 il yurd həsrəti ilə yaşamış yüz minlərlə məcburu köçkünün öz yurdlarına daha tez qayıtmasına imkan verəcək:

 

İşğaldan azad edilmiş ərazilərimizdə bütün yaşayış məntəqələri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasına uyğun olaraq qurulur. Bunun üstünlüyü ondan ibarətdir ki, əvvəl aqrar rayonlar kimi tanınan bölgədə sənayeni inkişaf etdirmək, həyat səviyyəsini yüksətmək daha asan olacaq. “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli həm kommunal xidmətlərə çıxış imkanlarını artı­racaq, həm də sosial xidmətlərə əlçatanlığı genişləndirəcək.

 

Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə qurulan inkişaf modeli sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatına da böyük töhfə verəcək. Məsələn, Ağdamda sənaye parkının yaradıl­ması da məhz bundan xəbər verir. Nəzərə alsaq ki, sənaye parkına sənaye sektorunun fərqli sahələri üzrə sərmayənin cəlb edilməsi nəzərdə tutulur, onda işğaldan azad edilmiş ərazilərimizdə 4 iqtisadi mərkəz formalaşdırılmış olacaq. Bu isə sənaye də daxil olmaqla fərqli sektorların inkişafına zəmin yaradacaq.

 

Milli Məclisin deputatı Elşən Musayev isə söylədi ki, II Qarabağ müharibəsində Azərbaycanın qələbəsi xalqı­mıza yeni quruculuq həvəsi və enerjisi gətirdi, ölkəmiz üçün tərəqqi stimuluna çevrildi. Ruh yüksəkliyi və mənəvi rahatlıq daha xoş gələcəyin müjdəçisidir.

 

Artıq işğaldan azad olunan torpaqlarda bərpa-quruculuq işləri yeni yüksək mərhələyə daxil olub. Dövlətimiz bütün gücünü səfərbər edib ki, Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlsin, insanlar tezliklə öz doğma yurd-yuvalarına qayıtsınlar. Bu hədəfə uyğun olaraq işlər olduqca sürətlə gedir. Ağıllı şəhər və kənd ideya­sı dünyada yeni bir mahiyyətdə gerçəkləşir.

 

Regiona böyük dövlət sərmayəsi cəlb edilib. İnfrastruk­rurun qurulmasında ciddi uğurlar əldə edilir: yollar çəkilir, elektrik stansiyaları tikilir. Bir azdan Qa­rabağın yeni ürəkaçan mənzərəsi boy göstərəcək. Çünki artıq xal­qımız azad, rahat nəfəs alır, azad torpağının qeydinə qalan, qayğısını çəkən var.

 

R.TAHIR

 

Xalq qəzeti .- 2021.- 30 oktyabr.- S.3.