Şəhidlik elə bir zirvədir ki...

 

 

Südüdür ki, dolanıb qanım olub,

 

O mənim sevgili cananım olub.

 

Saxlaram gözlərim üstə onu mən,

 

Ölərəm əldən əgər getsə Vətən.

 

Abbas SƏHHƏT

 

Azərbaycanın mərd oğulları Vətən müharibəsində erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdilər, ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə canlarından keçməyə hazır olduqlarını döyüşlərdə göstərdikləri fədakarlıqla, şücaətlə təsdiqlədilər.

 

Qırx dörd günlük ölüm-dirim savaşında Azərbaycanın parlaq qələbəsi bu cəsur gənclərin çiyin-çiyinə bir amal uğrunda birliyinin, yumruq kimi birləşməyinin, “qisası qiyamətə saxlamayacağıq, elə döyüşdəcə alacağıqinadı ilə haqq-ədalət yolundan çəkinməyərək mübarizə aparmalarının nəticəsi idi.

 

İkinci Qarabağ müharibəsində işğalçını Azərbaycan Ordusunun güc-qüdrətindən daha çox əsgər zabitlərimizin döyüş ruhu, vətənpərvərlik duyğuları, Vətən sevgisi qor­xudurdu, narahat edirdi. Bax, elə buna görə şəhidlik vətənpərvərliyin ən ali məqamıdır, şəhidlik şərəf, qürur, hünər qeyrət simvoludur”,-sözləri təsadüfi deyilmir. Şəhidlik ucalığına yüksələnlər, o zirvədə əbədilik yurd salanlar heç zaman unudulmur, yaddan çıxa­rılmır. Təkcə öz ailəsində, doğmaları, əzizləri arasında deyil, bütün ölkədə, el-obada daim hörmətlə anılır, ehtiramla yad edilir.

 

Doğma Qarabağımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində bu zirvəyə çatmaq üçün canını doğma yurda fəda edərək, hər insana nəsib olmayan şəhidlik məqamına yüksələn igid oğul­larımız arasında Bəxtiyar Aslanov da var idi. Gəncliyini, ömrünü Vətən yolunda qurban verən Bəxtiyar qələbəni görməsə , adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.

 

Bəxtiyar Aslanov əslən Şuşa rayonundan olub. Birinci Qarabağ müharibəsində Şuşa işğal edildikdən sonra ailəsi Naftalanda məskunlaşıb, özü 1998-ci il dekabrın 28-də burada anadan olub, 2016-cı ildə isə Səməd Vurğun adına 2 saylı orta məktəbi bitirib. Həmin ildə Gürcüstan­da Açıq Tədris Universitetində iqtisadiyyat beynəlxalq əlaqələr şöbəsinə daxil olub. Lakin ali təhsilini yarımçıq qoyaraq, əsgəri xidmətə getmək qərarına gəlib. Ailəsi onun bu niyyəti ilə razılaşmasa da, fikrindən dönməyib. Beləliklə, 2019-cu il yanvarın 22-də hərbi xidmətə yola düşüb. Daşkəsəndəki “N” hərbi hissəsində qulluq edib.

 

Bəxtiyar 2020-ci il iyulun 23-də hərbi xidmətini başa vurduqdan sonra Şəmkirdə hərbi təlimə qatılıb. Məqsədi bundan sonrakı ömrünü hərbiyə həsr etmək olub.

 

Bəxtiyar Aslanov müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu (MAXHHQ) kimi fəaliyyətinin elə birinci günündə Vətən müharibəsi başlayır o, savaşın ilk saat­larında anası Tünzalə xanıma zəng vuraraq döyüşə getdiyini bildirir: “Qarabağ uğrunda bütün gücümlə döyüşəcəyəm. Düşməni əzmək, məhv etmək üçün canımı fəda etməkdən, şəhid olmaqdan belə çəkinməyəcəyəmƏmin olun, göstərdiyim qəhrəmanlıqlara görə hər zaman mənimlə fəxr dəcəksinizAna, sənin vətənini- Şuşanı geri qaytaracağam…”.

 

Qəhrəman döyüşçü anasına son zəngində isə belə deyir: “Ana, çox ağır döyüşə gedirikYurdu yağıdan azad etmək üçün öldü var, dön­dü yoxdur…”.

 

Bax, bu sözlərdən də Bəxtiyarın erməni faşizminə dərin nifrəti açıq-aşkar hiss edilirdi. Birki, o düşmənin amansızlığı haqqında çox eşitmişdi. Əslən Şuşadan olduğundan, əzizlərinin, doğmalarının bu yurddan didərgin salınarkən hansı zülmlə, əzabla üzləşdiklərini yaxşı bilirdi. Ona görə də hər dəfə işğalçıdan söz düşəndə yaşlı insanların dilindən eşitdiyi “qarı düşmən dost olmaz” məsəlini xatırlayır­dı. “Ermənilər Azərbaycan torpağında zorla məskunlaşdırılıb, burada rahatlıq tapandan sonra isə “Böyük Ermənistan” xülyası ilə yaşa­yıblar. Azərbaycan xalqının onlara göstərdiyi qonaqpərvərlikdən, ürək açıqlığından sui-istifadə edərək qurduqları dövlətin ərazisini Azərbaycanın tarixi torpaqları hesabına zaman-zaman genişləndiriblər...”,–bildirirdi. “Qa­rabağ azad olunmalıdır. Xocalının, Ağdabanın, Kərkicahanın, Qaradağlının qisası alınmalıdır. Yoxsa, bu Vətən bizi bağışlamayacaq”,–deyirdi.

 

* * *

 

Bəxtiyar Aslanov Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə, şücaətlə vuruşdu. Əməliyyatlar nəticəsində onun da arasında olduğu zabit-əsgər heyəti Ağbaba yüksəkliyini düşməndən təmizlədi. Bundan son­ra Bəxtiyar və təxminən 7 nəfər döyüş yoldaşı silahlarının tükəndiyinə görə əlbəyaxa döyüş apardı. Ailəsi ilə sonuncu dəfə 2020-ci il sent­yabrın 27-də əlaqə saxlayan Bəxtiyar Aslanov üç gün sonra döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı…

 

* * *

 

Uzun müddət itkin olaraq axtarılan Bəxtiyarın nəşi 137 gün sonra Murovdağın Ağbaba yüksəkliyində tapıldı və bu il fevralın 13-də ailəsinin istəyi ilə Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırıldı.

 

Azərbaycanın ərazi bütövlüyünün gerçəkləşməsi uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyul­muş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildi.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .- 2021.- 30 oktyabr.- S.7.