Azərbaycan Respublikasının ərazisində xüsusi karantin

rejiminin müddətinin uzadılması barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

 

Bakı şəhəri, 29 oktyabr 2021-ci il

¹ 324

 

Sanitariya-epidemioloji salamatlıq haqqındaAzərbaycan

Respublikası Qanununun 25-ci maddəsinə Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq

edilmişYoluxucu, parazitar kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ

gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika

digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan

Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində

yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti

2022-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.

 

2.Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədəAzərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli

Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 9,

maddələr 1209, 1231, ¹ 10, maddələr 1274, 1275, 1278, 1283, 1298,

1314, 1315, ¹ 11, maddələr 1387, 1394, ¹ 12 (V kitab), maddələr 1588,

1592, 1612; 2021, ¹ 1, maddələr 92, 106, ¹ 3, maddələr 267, 290, 291,

¹ 4, maddə 403, ¹ 5, maddə 530, ¹ 6 (IV kitab), maddələr 683, 692,

¹ 7, maddələr 868, 882, ¹ 8, maddə 974; Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2021-ci il 24 sentyabr tarixli 280 nömrəli Qərarı)

1.1-ci bəndində “2021-ci il 1 noyabrsözləri “2022-ci il 1 yanvarsözləri ilə

əvəz edilsin.

 

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2021.- 30 oktyabr.- S.2.