“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə
daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi
təsirlərinin azaldılması ilə bağlı əlavə
tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli
Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 258
Bakı şəhəri,
10 sentyabr 2021-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azal-dılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 fevral tarixli 37 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 2, maddə 202) 1-ci hissəsində “mayın 1-dək” sözləri “sentyabrın 1-dək” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2021.- 11 sentyabr.- S.4.