“Azərbaycan Respublikasının dövlət
sərhədindən buraxılış məntəqələrinin
sayı və yerləşdiyi ərazilərin
siyahısı”nın və “Azərbaycan Respublikasının
dövlət sərhədindən buraxılış məntəqələrində
işin təşkili və əlaqələndirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 256
Bakı şəhəri,
10 sentyabr 2021-ci il
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2021.- 11 sentyabr.- S.4.