Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Dərman
vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 255
Bakı şəhəri,
10 sentyabr 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 2084; 2020, ¹ 12 (V kitab), maddə 1613) ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.6-cı yarımbənddə “Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri “publik hüquqi şəxsi” sözləri ilə əvəz edilsin.
2. 7.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.2. Bu Qaydanın 7.1.2-ci yarımbəndində nəzərdə tutulan ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmako-nəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzim-lənir. Ekspertiza “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçirilir.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2021.- 11 sentyabr.- S.4.