Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli
Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası, idxal gömrük
rüsumlarının dərəcələri və ixrac gömrük
rüsumlarının dərəcələri”ndə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 253
Bakı şəhəri,
9 sentyabr 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2164; 2018, ¹ 3, maddə 586, ¹ 9, maddə 1904, ¹ 10, maddə 2169, ¹ 11, maddə 2427; 2019, ¹ 1, maddə 148, ¹ 2, maddə 332, ¹ 4, maddələr 747, 748, 759, ¹ 5, maddə 939, ¹ 7, maddələr 1314, 1323, ¹ 8, maddə 1473, ¹ 12, maddələr 2047, 2055, 2061; 2020, ¹ 1, maddə 84, ¹ 2, maddələr 185, 195, 219, ¹ 3, maddələr 345, 375, ¹ 4, maddə 488, ¹ 8, maddə 1130, ¹ 10, maddə 1267; 2021, ¹ 1, maddə 94, ¹ 2, maddə 201, ¹ 3, maddə 271, ¹ 4, maddələr 392, 422) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1001 11 000 0, 1001 19 000 1, 1001 19 000 2, 1001 19 000 3, 1001 19 000 4, 1001 19 000 5, 1001 19 000 9, 1001 91 100 0, 1001 91 200 0, 1001 91 900 0, 1001 99 000 1, 1001 99 000 2, 1001 99 000 3, 1001 99 000 4, 1001 99 000 5, 1001 99 000 9 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (2022-ci il 1 may tarixinədək 1000 kq – 200 ABŞ dolları*)” sözləri ilə əvəz edilsin.
2. 1101 00 110 0, 1101 00 150 0 və 1101 00 900 0 alt yarım-mövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (2022-ci il 1 may tarixinədək 1000 kq – 200 ABŞ dolları*)” sözləri ilə əvəz edilsin.
3. “QRUP 10”un və “QRUP 11”in cədvəllərindən sonra hər iki halda aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd.
Bu mal qrupuna daxil olan alt yarımmövqelərin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.
4. Bu Qərar 2022-ci il mayın 1-dək qüvvədədir.
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti
2021.- 11 sentyabr.- S.2.