Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” 1997-ci il 2 may tarixli 38 nömrəli, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli və “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 7 may .tarixli 211 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 249 Bakı şəhəri, 2 sentyabr 2021-ci il

 

 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 274-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respubli­kası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 1302 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 320; 2003, ¹ 9, maddə 524; 2004, ¹ 5, maddə 383; 2006, ¹ 3, maddə 297, ¹ 5, maddə 463; 2008, ¹ 7, maddə 683; 2011, ¹ 4, maddə 363; 2017, ¹ 10, maddə 1928; 2018, ¹ 8, maddə 1809; 2020, ¹ 10, maddə 1310) Əlavə 4 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları”nın 3-cü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

 

“Hesablanmış məbləğ Agentliyin hesabına köçürülür və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunur.”.

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 869; 2007, ¹ 1, maddə 45, ¹ 3, maddə 312, ¹ 10, maddə 1021; 2008, ¹ 2, maddə 116; 2009, ¹ 6, maddə 491, ¹ 10, maddə 846, ¹ 12, maddə 1061; 2010, ¹ 3, maddə 264, ¹ 4, maddə 359, ¹ 7, maddə 702, ¹ 12, maddə 1122; 2014, ¹ 3, maddə 321, ¹ 10, maddə 1322; 2015, ¹ 4, maddə 474; 2016, ¹ 2 (II kitab), maddə 366, ¹ 3, maddə 610, ¹ 5, maddə 951, ¹ 8, maddə 1431, ¹ 9, maddə 1555, ¹ 11, maddə 1955; 2017, ¹ 1, maddə 131, ¹ 3, maddə 510, ¹ 8, maddə 1617, ¹ 12 (II kitab), maddə 2504; 2018, ¹ 6, maddə 1377, ¹ 7 (II kitab), maddə 1630, ¹ 8, maddə 1809, ¹ 11, maddə 2428, ¹ 12 (II kitab), maddələr 2735, 2738; 2019, ¹ 1, maddə 157, ¹ 9, maddə 1564; 2021, ¹ 1, maddə 85, ¹ 4, maddə 417) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na aşağıdakı məzmunda 47-1-ci hissə əlavə edilsin:

 

47-1.

 

Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar

 

 

3. “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 946) aşağıdakı dəyişikliklər edilsin:

 

3.1. 3-cü və 4-cü hissələrdən “xəzinə” sözü çıxarılsın;

 

3.2. 5-ci hissə ləğv edilsin;

 

3.3. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” üzrə:

 

3.3.1. 5-ci hissədən “xəzinə” sözü çıxarılsın;

 

3.3.2. 8-ci hissə ləğv edilsin.

 

Əli ƏSƏDOV

 

 Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti  2021.- 11 sentyabr.- S.2.