Dövlət ölkədə siyasi dialoqu dərinləşdirməkdə maraqlıdır

 

Müasir Azərbaycan həqiqətlərindən biripartiyalar arasındakı genişmiqyaslı siyasi dialoqdur. Bu isə Prezident İlham Əliyevin ictimai-siyasi həyatda görmək istədiyi siyasi mədəniyyət nümunəmizin artıq günün reallığına çevrilməsi deməkdir.

 

Prezident İlham Əliyev bu il Yeni Azərbaycan Partiyasının VII qurultayında demişdir ki, biz hələ bir neçə il qabaq ümummilli məsələlərdə heç bir fərqli fikrin ola bilməyəcəyi barədə fikir səsləndirmişdik. Təbii ki, ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir: “Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”.

 

Bu məqamda xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalarqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ötən il dekabrın 3-də Newtimes.az saytında verilmiş “Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi” adlı geniş analitik məqaləsində qeyd edilirdi ki, son bir ilin ən mühüm yekunu dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbaycanın siyasi həyatının daha konstruktiv dinamikaya köklənməsidir. Yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə buya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmə, bir-birini qəbul etməmək, ayrı-ayrı şəxsləri şübhəli dairələrə xidmətdə ittiham etmək, sifariş əsasında hansısa qurumları hədəfə gətirmək kimi olduqca mənfi meyillər, demək olar ki, aradan qaldırılmışdır: “Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmışdır”.

 

Şöbə müdirinin bu qətiyyətinin arxasında duran əsas arqumentlər nədən ibarət idi? Xatırladaq ki, hələ 2020-ci ilin fevral ayında aparılmış ilk monitorinqin nəticəsində müəyyən edilmişdi ki, dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6 partiya sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyil. Nəinki sədrlər, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç birinin ali orqanları seçkililegitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməmişdir. Beləliklə, onlarca partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmişyeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi.

 

Yəni ölkədəki siyasi partiyaların mənzərəsi olduqca xoşagəlməz bir vəziyyətdə idi. Bu isə gündən-günə inkişaf edən müasir Azərbaycanın siyası durumu ilə qətiyyən uzlaşmırdı. Ona görə də adı çəkilən şöbənin rəhbərliyi Azərbaycan Prezidentinin tapşırığı ilə həmin il fevralın 17-dən martın 12-dək 55 siyasi partiyanın fəaliyyətdə olan 43 sədrindən 38-i ilə, eləcə də, bir çox tanınmış siyasi xadimlə görüşlər keçirmişdir. Sonralar da görüşlər davam etdirilmişreal fəaliyyətdə olan 52 partiyadan 51-nin rəhbəri ilə təkrar görüşlər keçirilmişdir. Görüşlərdə səsləndirilən fikir və təkliflər araşdırılaraq, müvafiq addımlar atılmışdır. Zaman məhdudiyyəti qoyulmayan görüşlərdə müstəqilliyin qorunması, milli həmrəylik, korrupsiyaya qarşı mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir.

 

Təsadüfi deyil ki, 2020-ci il martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu görüşlərin xarakteri, məqsədi və nəticələri haqqında məlumat vermiş, gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsi olduğunuparlamentinbu istiqamətdə hüquqi baza yaradacağını vurğulayaraq demişdir: “Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz... Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

 

Dövlət başçımız BMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında çıxış edərkən də ölkənin bütün siyasi qüvvələrinin dialoq təşəbbüslərini dəstəklədiyini bildirərək demişdir: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”.

 

Sevindirici haldır ki partiyalararası müzakirələr şanlı Qələbəmizdən sonra da uğurla davam erdirilir. Xəbər verildiyi kimi, sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalarqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoqmövzusunda görüş keçirib. Bu xəbərdəki xüsusi məqamlardan birio idi ki, adı çəkilən şöbənin müdiri ölkədəki siyasi partiya rəhbərlərini öz adından deyil, məhz Azərbaycan Prezidentinin adından salamlayırdı. Bu isə tədbirə verilən önəmdən, siyasi partiya rəhbərlərinə olan inametimaddan xəbər verirdi. Eşitmək istədiyimiz və eşitdiyimiz ən qürurverici məqamı da məhz həmin şöbənin müdiri partiya rəhbərlərinin nəzərinə çatdırırdı: Bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə son qoyulub”.

 

Partiya sədrlərini isə daha çox məmnun edən məsələ onların keçənilki görüşlər zamanı iqtidar rəsmisinə təqdim etdikləri təklif və rəylərin diqqət mərkəzində saxlanılması, hətta həmin təkliflərdən bəzilərinin yeni hazırlanan qanun layihəsində nəzərə alınması barədə deyilənlər idi. Ə. Vəliyev Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatlarının nəticəsində sağlam iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini diqqətə çatdırıb. O, dövlətimizin başçısının tapşırığı əsasında siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirildiyini və hər bir görüşün nəticələrinin təhlil olunaraq irəli sürülən təkliflərin öyrənildiyini, müvafiq addımların atıldığını deyib. Həmçinin bildirilib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir.

 

Xüsusilə qeyd edilməli başqa məqamlar da var. Məsələn, qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülüb, 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması barədə məlumat verib. Həmçinin qeyd olunub ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır və siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

 

Bundan başqa, şöbə müdiri vurğulayıb ki, siyasi partiyaların mütləq əksəriyyəti xarici təhdidlərə qarşı birlik nümayiş etdirir, 8 birgə bəyanat və 2 birgə müraciət imzalanmışdır. Qeyd edilib ki, Vətən müharibəsi zamanı bu milli həmrəylik bütün dünyaya Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu göstərmişdir.

 

Tədbirdə 2021-ci il martın 17-də siyasi partiya rəhbərlərinin Ağdama təşkil olunmuşböyük rəmzi məna daşıyan, milli həmrəyliyi nümayiş etdirən birgə səfəri haqqında da danışılmışdır. Qeyd olunmuşdur ki, səfərdə iştirak etməyən bəzi şəxslər tərəfindən edilmiş siyasi spekulyasiyalar da təəssüf doğurur.

 

Müzakirələrdə ölkədə davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanlar səfərbər olunmasında siyasi dialoq mühitinin əhəmiyyəti vurğulanmış, bu istiqamətdə sağlam əməkdaşlığın davam etdirilməsi zərurəti dilə gətirilmişdir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti  2021.- 11 sentyabr.- S.6.