Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli və “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 270          Bakı şəhəri, 17 sentyabr 2021-ci il

 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil in­ternat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 55-ci hissəsinin ikinci cümləsində “keyfiyyətinə” sözümini­mum keyfiyyətinə və təhlükəsizliyinə” sözləri ilə əvəz edilsin və həmin cümləyə “nəzarətini” sözündən sonra “Azərbaycan Respublikasının” sözləri əlavə edilsin.

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2004, ¹ 3, maddə 191; 2007, ¹ 2, maddə 185; 2008, ¹ 2, maddə 130; 2009, ¹ 10, maddə 857; 2012, ¹ 3, maddə 255; 2017, ¹ 10, maddə 1912; 2018, ¹ 5, maddə 1149, ¹ 11, maddə 2458; 2020, ¹ 10, maddə 1300) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 17-ci hissənin ikinci cümləsində “Səhiyyə Nazirliyinin müvafiq orqanları” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyiİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

 

2.2. 30-cu hissədə “səhiyyə” sözütibbsözü ilə əvəz edilsin;

 

2.3. 42-ci hissənin ikinci abza­sında “keyfiyyətinə” sözüminimum keyfiyyətinə və təhlükəsizliyinə” sözləri ilə və həmin abzasda “səhiyyə orqanla­rı” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti  2021.- 18 sentyabr.- S.2.