Bakının işğaldan
azad edilməsi Ağrıdağa
yürüşlə qeyd edilib
Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə Ağrı dağa yürüşlə qeyd edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, yürüş iştirakçıları qarşısında çıxış edən dərnək sədri Ziya Zakir Acar bildirib ki, Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi günü ilə əlaqədar hər il müxtəlif tədbirlər keçirilir. Dərnək üzvlərinin ötən il Tekelti dağına, bu il isə Ağrı dağa təşkil etdikləri yürüş Qafqaz İslam Ordusunun döyüşçülərinə sonsuz ehtiramın təcəssümüdür.
Dərnək sədri Qafqaz İslam Ordusunun qəhrəmanlıq ənənələrini davam etdirən şanlı Azərbaycan Ordusunun ötən il 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək əzəli Azərbaycan torpaqlarını azad etdiyini xatırladıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq Zəfərin bütün türk dünyasını qürurlandırdığını deyib.
“Qətiyyətli və
əzmkar mövqeyinə görə Prezident
İlham Əliyevə, Azərbaycana
göstərdiyi tam dəstəyə
görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü
bildiririk. Ermənilərin dilindən
düşməyən Ağrı dağdan
səslənirik: Qarabağ Azərbaycandır!”
Samirə Əliyeva
Xalq qəzeti
2021.- 18 sentyabr.- S.4.