Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və
icmal büdcənin layihələri və
sonrakı üç il
üçün icmal
büdcənin göstəriciləri, Azərbaycan
Respublikasının 2022-ci il və
sonrakı üç il
üzrə iqtisadi və sosial
inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
¹ 279 Bakı şəhəri, 24
sentyabr 2021-ci il
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.
2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti.-
2021.- 25 sentyabr.- S.6.