Azərbaycan Milli Elmlər Akademi­yasının ArxeologiyaEtnoqrafiya İnstitutunun adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiya­sının strukturunda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 277 Bakı şəhəri, 23 sentyabr 2021-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Milli Elmlər Akademiya­sının ArxeologiyaEtnoqrafiya İnstitutu Arxeologiya, EtnoqrafiyaAntropologiya İnstitutu adlandırılsın.

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, ¹ 11, maddə 1426; 2016, ¹ 7, maddələr 1356, 1359; 2017, ¹ 1, maddə 127; 2020, ¹ 10, maddə 1263) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun 2.27-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

“2.27. Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutu;”.

 

3. Azərbaycan Milli Elmlər Akademiya­sı bu Qərardan irəli gələn məsələləri həll etsin.

 

Əli ƏSƏDOV            

 

   Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti 2021.- 25 sentyabr.- S.8.