27 sentyabr zəfərin
başlanğıc tarixidir...
Ermənistanın işğalçılıq siyasəti elan edilmədən başlayan müharibəyə, müharibə isə Azərbaycanın torpaqlarının işğalına səbəb oldu. Ermənistan BMT Təhlükəsizlik Şursının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə loyal münasibətə görə Ermənistan mövcud status-kvonu saxlamaq məqsədi ilə danışıqlardan uzun illər yayındı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birmənalı şəkildə bildirdi ki, “Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz”. Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Lakin Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə torpaqlarımıza hücumları davam etdirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı. 2016-cı ilin aprelində də belə oldu, 2020-ci ilin iyulunda da.
Ermənistan ordusu ötən il sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı silahlarla yenidən hücum etdi. Azərbaycan Ordusnunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi.
Düşmən işğal etdiyi ərazilərdə müdafiə sistemi yaratmışdı, onu illərlə möhkəmlətmişdi, təkmilləşdirmişdi. Yaratdığı “Ohanyan səddi” ilə qürurlanırdı, ordusunu və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan Ordusu bu səddi keçə bilməz. Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin müdafiə səddini darmadağın etdi. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə düşmən ağır məğlubiyyətlərə uğrayırdı. Düşmənin ordusu müqavimət göstərə bilmirdi, döyüşlərdən geri çəkilirdi, hərbçiləri döyüşdən yayınırdı, qaçırdı. Bu, düşmənin məğlubiyyətini yaxınlaşdırırdı.
Xalqımız ordumuzun qələbəsinin iştirakçısı idi. Bütün səviyyələrdə orduya mənəvi və maddi dəstək göstəririlirdi. Vətən müharibəsində analar cəbhəyə, döyüşən orduya həm ana sevgisiylə hazırladıqları yeməklər, həm də əlcək, şərf və s. toxuyub göndərirdi. Döyüşçülərin bunlara ehtiyacı yox idi, ancaq bu hədiyyələr onların döyüş əzmini, qələbə ruhunu kükrədirdi. Bir ana göndərdiyi hədiyyələrin içinə məktub da qoyubmuş: “Oğlum Birinci Qarabağ müharibəsində şəhid oldu. Onun paltarlarını indiyə kimi saxlayırdım. İndi oğluma qardaş bildiyim sən əsgər oğluma göndərirəm. Mənə oğlumun dərdini qazanacağınız qələbə unutduracaq, oğlum. Qələbədən sonra qarşıma çıxan ilk əsəgərə oğlum deyəcəm. Onda oğlumun ruhu da sənə – əsgər qardaşına sağ ol deyəcək...”. Bu məktub Vətən müharibəsinin mahiyyətinin nə olduğunu bütün çalarlarıyla açır. Yəni Vətən müharibəsi xalqın müharibəsi idi. Hamı özünü döyüşənlərin sırasında hiss edirdi...
2020-ci ilin
27 sentyabrı son 30 ilin
ən yaddaqalan tarixi günlərindən
biridir. İşğalçı dövlət sülh
danışıqlarından yayınırdı, beynəlxalq
təşkilatlar bu danışıqların baş
tutmasını təmin
edə bilmirdi. Dünyanın aparıcı dövlətləri
də müəyyən
məqamlarda işğalçının
mövqeyinə ciddi etirazını bildirmirdi.
Əksinə, bəzən işğalçı
dövlətə havadarlıq
edirdilər, onu silahlandırırdılar.
Vətən müaharibəsi
ərəfəsində Türkiyənin
Milli Müdafiə naziri Hulusi Akar
dedi: “Azərbaycan torpaqlarını işğal
edən Ermənistana qarşı Azərbaycanın
yanındayıq. Azərbaycan tək
deyil”. Bu səmimi fikir Vətən müharibəsində
reallaşdı. “Bayraktar”lar düşmənin
müdafiə sədlərini,
qruplaşmalarını, strateji
mövqelərini, canlı
qüvvəsini darmadağın
etdi. Nə düşmən, nə də onun havadar-ları bu hücumu dayandırmaq gücündə,
qüdrətində deyildi.
Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü. Müxtəlif istiqamətlərdə qazanılan
mövqe qələbələri
ordumuzu son döyüşə
yaxınlaşdırırdı.
Vətən müharibəsindən sonra
dünya mətbuatında
müxtəlif səpkili,
məzmunlu məqalələr
dərc edildi. Əksəriyyətində Azərbaycan Ordusnunun gücü, qüdrəti
etiraf edilir, əsəgərlərimizin döyüş
əzminə, qələbə
ruhuna heyrət ifadə olunurdu. “400 nəfər görürdük.
Atəş açılırdı, onun ardınca daha bir qrup
gəlirdi. Atəş açılırdı,
ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir
qüvvəyə tab gətirmək
mümkün deyil”, – bu fikirlər muzdlu erməni döyüşçüsünün etirafıdır.
Vətən müharibəsi vətənpərvərliyin
işğalçılıqla, azərbaycançılığın erməniliklə döyüşü
idi. Bu müharibə xalqın qələbə
ruhunun müharibəsiydi.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev xalqa müraciətində dedi:
“Biz nəinki XXI əsrin
müharibəsini nümayiş
etdirmişik, biz dünyada
heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının
qarşısında biz peşəkarlıq,
məharət, güc,
hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.
Bu zəfərin başlanğıcı Cənab
Prezidentin qətiyyətindədir,
xalqa sevgisindədir, dövlətçiliyə sədaqətindədir,
xalqın orduya dəstəyindədir. Bu zəfərin başlanğıcı
tarixi olaraq 27 sentyabrdır. Bu tarixi zəfərlə Ermənistanın işğalçılığına
son qoyuldu. Azərbaycan Ordusu
Ermənistanın ordusunu
darmadağın etdi.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının
həm siyasi, həm də iqtisadi əhəmiyyətə
malik olduğunu hamı bilir və buna bir
ürək tutumunca sevinir. Ölkə başçısı
Kəlbəcərə və
Laçına səfərindəki
çıxışında dedi: “...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.
Hesab edirəm ki, bu da çox
düzgün addımdır.
Bu, həm tarixə
əsaslanır, eyni zamanda, gələcəyə
əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan
rayonlar birləşdi.
Şərqi Zəngəzur
iqtisadi rayonunda Şərqi Zəngəzura
aid olan rayonlar birləşdi...”. İndi dünya qalib Azərbaycan dövlətinin
qüdrətinin konturlarını
daha əhatəli görür.
Prezident İlham
Əliyev Bakının
Binəqədi rayonunun
Xocasən qəsəbəsində
şəhid ailələri
və müharibə əlillərinə mənzillərin
və avtomobillərin
təqdim olunması mərasimində çıxışında
qürurla bildirdi ki, Vətən müharibəsində qazandığımız
zəfər dünyanın
aparıcı dövlətlərinin
diqqət mərkəzindədir:
“Təsadüfi deyil ki, bu gün
dünyanın aparıcı
ölkələrinin hərbi
məktəblərində bizim
müharibəmiz, İkinci
Qarabağ müharibəsi
öyrənilir”. Deməli, Vətən
müharibəsinin timsalnda
Azərbaycanın yeni
tarixi dünyada öyrənilir.
Həmin mərasimdə
dövlət başçımız
Ermənistanın işğalçı
dövlət olduğunu
bir daha xatırladaraq dedi: “Onlar bütün strateji yüksəkliklərə
sahib idilər. Əlbəttə
ki, 30 il
ərzində onların
qurduqları istehkamlar,
6 müdafiə xətti
və mühəndislik
işləri onlara böyük üstünlük
verirdi. Onlar hesab edirdilər
ki, bu müdafiə
xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar,
böyük yanlışlığa,
səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il
ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı
işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə
aparan təkcə hərbçilərimizin peşəkarlığı,
qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə
aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi”.
Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu vəhdət ordunun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən müharibəsində qətiyyətlə təsdiqləndi. 27 sentyabr buna görə yeni tariximizdə unudulmayacaq tarixi gündür...
Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri danılmazdır. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.
Bu yaxınlarda bir əsgərin inamla, qətiyyətlə dediyi Vətən sevgisi ilə dolu bir fikri xatırlayıram: “Daha heç bir işğalçı dövlət Azərbaycanın torpaqlarına göz dikə bilməz. Hamısı Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü...”. Bu fikir hamıya həm xoş gəldi, həm də hamı belə düşünən əsgərlərimizlə qürurlandı...
Dünya gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərimizdə şəhərləri, kəndləri yenidən quracaq.
Şuşada “Xarı
bülbül” musiqi festivalı keçirildi...
Şuşada Vaqif Poeziya Günləri keçirildi...
Şuşada Milli Musiqi Günü keçirildi...
Bunlar Vətən müharibəsində
Azərbaycan əsgərinin
qazandığı zəfərin
nəticəsidir. Zəfərin başlanğıcı 27 sentyabrdır...
O gün Milli qürur günüdür!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xalq qəzeti
2021.- 25 sentyabr.- S.7.