Adil Əliyev: Moskva görüşü Azərbaycanın diplomatik qələbəsi ilə yekunlaşdı

Yeni ilin ilk ongünlüyündə daha bir diplomatik uğur qazandıq. Belə ki, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edərək Vladimir Putinlə ikitərəfli Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşü baş tutdu.

Görüşlərin yekunu ilə bağlı üçtərəfli bəyanat imzalandı. Mətbuat konfransında Azərbaycan Rusiya tərəfi münaqişənin bitdiyini, Ermənistan tərəfi isə münaqişənin tam həll olunmadığını bildirib. Amma maraqlı tərəf budur ki, bir vaxtlar status məsələsində ermənilər maraqsız idilər. Bizim statusla bağlı müzakirə təkliflərimizə arxa çevirdilər. Lakin 44 günlük müharibədəki Qələbədən sonra həm diplomatik sahədə güclü tərəf biz olduq. Bunun nəticəsidir ki, dövlət başçımız bildirib ki, münaqişə bitib status məsələsi gündəmdə deyil...

Bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin Moskvaya səfəri Azərbaycanın növbəti uğuru diplomatik qələbəsi ilə yekunlaşdı. Qırx dörd günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsindən asılıdır. Burada gələcəkdə re­gional qlobal layihələrin həyata keçirilməsi əsas mövzu idi.

Paşinyan hər vəchlə münaqişədən qalan məsələləri gündəmə gətirmək öz ölkəsinəəlidoluqayıtmağa cəhd etsə alınmadı. Bu baxımdan, Moskva görüşündə dövlət baş­çımızın qəti mövqe nümayiş etdirməsi qalib tərəf kimi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilməlidir. Revanşist qüvvələrə xəbərdarlıq edildi ki, təxribata cəhd etsələr ciddi ən sərt şəkildə cəzalarını alacaqlar. Bunun nəticəsi kimi, Paşinyanın hərbi əsirlərin qaytarılması sahəsində razılığa gəlinməməsini qeyd etməsi idi. Çünki Azərbaycan tərəfi bəyan etdi ki, onlar terrorçudurlar.

Eyni zamanda, Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin qalib məğrur mövqe sərgiləməsindən savayı, alicənablığı da diqqət çəkdi. Dövlət başçısı qalib dövlət rəhbəri statusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək, Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin çıxışları, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sül­hün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır fəaliyyətini məhz bu istiqamətdə qurur. Çünki, məlum olduğu kimi, Ermənistanda hazırda gərgin vəziyyət davam edir. Ölkənin siyasi, iqtisadi, sosial humanitar həyatı iflic vəziyyətdədir. Ekspertlər Ermənistanda müharibədən sonrakı vəziyyəti faciə kimi qiymətləndirirlər. Onların fikrincə, Ermənistan öz iddialarından əl çəkərsə, fəaliyyətini bölgənin inkişaf perspektivinə hesablanmış bütün region ölkələrinin mənafelərinə uyğun olan iqtisadi, kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılması istiqamətində qurarsa, bundan yalnız fayda götürə gərgin durumdan çıxa bilər.

A.Əliyev bildirib ki, bəyanatda əksini tapmış ən mühüm məsələ həm 2021-ci il martın 1-dək Azərbaycanın Ermənistanın ərazisindən keçən yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılması, blokadadan çıxarılması, bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platforması­nın yaradılması istiqamətində addımdır.

Bir sözlə, Moskva görüşü bütün hallarda Azərbaycanın mənafeyinə uyğun atmosferlə yadda qaldı. Bu isə tarixə xarici siyasətimizin növbəti uğuru kimi həkk olundu.

 

Anar TURAN

Xalq qəzeti  2021.- 15 yanvar.- S.3.