Media islahatı milli jurnalistikamızın inkişafında
yeni mərhələ
açır
Bugünlərdə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan
Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi
haqqında” fərman
dövlətin kütləvi
informasiya vasitələri
ilə bağlı siyasətinin təkmilləşdirilməsi,
bu sahədə dəstək tədbirlərinin
uğurla gerçəkləşdirilməsi
baxımından günün
tələbatını vaxtında
cavablandıran proqram səciyyəli, milli jurnalistikamızın inkişafında
yeni mərhələ
açan tarixi sənəddir.
Azərbaycanın ictimai-siyasi həyatının
bütün sahələrində
olduğu kimi, media sferasında da dövrün tələblərinə
uyğun təkmilləşmə
uğurla həyata keçirilir. Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə bu təkmilləşmə
öz aktuallığı
ilə diqqətdədir.
Dövlət başçısının mətbuatın müasir cəmiyyət quruculuğu
prosesində rolunu nəzərə alaraq, bu sahənin inkişafı istiqamətində
islahatları təkmilləşdirmək,
Azərbaycan KİV-lərinin
dünya informasiya məkanına inteqrasiyasını
daha da sürətləndirmək
məqsədilə davamlı
addımlar atması
media ictimaiyyəti tərəfindən
böyük rəğbətlə
qarşılanır.
Ölkəmizdə medianın inkişafının
dövlət tərəfindən
dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının
və innovasiyaların
tətbiqinin stimullaşdırılması
məqsədilə imzalanan
fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyi
yaradılır.
Birmənalı qeyd etmək olar ki, bu
addım Azərbaycan mətbuatının inkişafında
yeni mərhələnin
başlanmasıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın
da bu imkanlardan
bəhrələnməsinə yol açır. Fərmanda qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi
fəaliyyət prinsiplərinə
uyğun olaraq modernləşmə, qabaqcıl
texnologiyaların geniş
tətbiqi, aparıcı
trendlərin izlənilməsi
və digər mühüm şərtləri
özündə birləşdirən
innovativ təkamülün
yaratdığı imkanlardan
Azərbaycan mediasının
daha çox bəhrələnməsi, onun
şəffaflıq və
vətəndaş məmnunluğu
prinsiplərinə əsaslanan,
cəmiyyətin obyektiv
və peşəkar şəkildə məlumatlandırılmasına
xidmət edən fəaliyyətinin stimullaşdırılması
üçün bu sahədə əsaslı
islahatlar aparılmasına
zərurət yaranmışdır.
Çağdaş dünyada söz və mətbuat azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, həm də onun ictimai-siyasi inkişaf səviyyəsini
nümayiş etdirir. Bu gün mətbuatımız
milli özünüdərkin
bərqərar olmasında,
insanlarda vətənpərvərlik
hisslərinin aşılanmasında,
azərbaycançılıq ideologiyasının, ümumbəşəri
dəyərlərin təbliğində
müstəsna rol oynayır.
2020-ci ildə yazılı və elektron KİV-lərin istər koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işinin
gücləndirilməsində, istər bu bəlaya
qarşı mübarizə
tədbirlərinin təbliğində,
istərsə də
44 gün davam edən İkinci Qarabağ müharibəsi
ilə bağlı həqiqətlərin ölkə
və dünya ictimaiyyətinə çatdırılmasında
göstərdiyi fədakarlıq,
öz missiyasına uyğun surətdə dövlətçilik prinsiplərini
əsas tutaraq birliyimizin, həmrəyliyimizin
daha da möhkəmləndirilməsi
istiqamətində atdığı
addımlar diqqətdən
kənarda qalmadı. Prezident İlham Əliyevin 44 günlük müharibə
dövründə dünyanın
30-dan artıq nüfuzlu
mətbu orqanlarına,
televiziya kanallarına
və informasiya agentliklərinə müsahibələrinin
hər biri Azərbaycan reallıqlarının
təbliği baxımından
zəngin mənbə
kimi dəyərləndirildi.
COVID-19-la bağlı özünütəcrid prinsiplərinin
qorunması yeni texnologiyaların inkişafının
zəruriliyini daha da qabartdı. Beynəlxalq əhəmiyyətli
tədbirlərin, konfransların
videoformat şəklində
keçirilməsi hər
bir ölkənin bu sahədə də malik olduğu
imkanları ortaya qoydu. Azərbaycan bu sahədə
də yeni texnologiyaların inkişafı
və tətbiqi istiqamətində əldə
etdiyi təcrübə
ilə liderliyini nümayiş etdirdi.
Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi,
islahatlar təkmilləşmə,
yeni dövrə uyğunlaşma, tərəqqi
deməkdir. Dünya miqyasında
uğurlar əldə
etmiş ölkələrin
təcrübəsinə nəzər
salsaq görərik ki, bu nailiyyətlər
məhz tərəqqi
hesabına əldə
edilib.
Yeri gəlmişkən
yada salaq ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra həyata keçirilən və cəmiyyət həyatının
bütün sahələrini
əhatə edən köklü islahatlar nəticəsində ölkədə
söz və məlumat azadlığını
məhdudlaşdıran bütün
süni maneələr
aradan qaldırıldı,
medianın fəaliyyətini
tənzimləyən mütərəqqi
qanunvericilik bazası yaradıldı. Ümummilli liderin 6 avqust 1998-ci il tarixli
sərəncamı ilə
Azərbaycanda senzura ləğv olundu. 1999-cu ildə beynəlxalq
tələblərə cavab
verən “Kütləvi
informasiya vasitələri
haqqında” Qanun qəbul edildi.
Hazırda Azərbaycanda dünya standartlarına uyğun
media, elektron və yazılı KİV formalaşıb. 40-dan artıq gündəlik,
200-dən çox həftəlik
və aylıq qəzetlər cəmiyyətin
informasiya tələbatının
ödənilməsinə öz
dəstəyini göstərir.
Ölkə əhalisinin 80 faizindən
çoxu fəal
internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır.
Bu statistik rəqəmlər
Azərbaycanda azad mətbuatın inkişafı
üçün bütün
imkanların mövcud
olmasının təsdiqidir.
Ümumiyyətlə, söz və
mətbuat azadlığının
təmin olunması sahəsində həyata keçirilən uğurlu
siyasətin məntiqi
nəticəsi olaraq, hazırda Azərbaycan
KİV-in sayına görə
MDB və Şərqi
Avropa ölkələri
arasında ön sıralardadır.
Bu gün Azərbaycan
mətbuatı yeni inkişaf mərhələsinə
qədəm qoyub. Dövlətimizin başçısı İlham
Əliyevin sərəncamı
əsasında KİV-lərin
inkişafına dövlət
dəstəyi konsepsiyasının
qəbulu, jurnalistlərin
sosial müdafiəsinin
gücləndirilməsi, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
istiqamətində mühüm
addımların atılması
da deyilənlərin təsdiqidir. Məhz
son 17 ildə möhtərəm
Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi media ictimaiyyətinin
mətbuatın inkişafına
dövlət səviyyəsində
göstərilən diqqət
və qayğını
məmnunluqla cavablandırmasının
nəticəsidir.
Azərbaycan həqiqətlərinin təbliğində mətbuatın rolu nəzərə alınaraq, hazırda informasiya müharibəsi dövründə müxtəlif dillərdə internet resurslarının yaradılması və fəaliyyət istiqamətlərinin genişləndirilməsi zəruridir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün xarici dillərdə fəaliyyət göstərən internet saytları var və onların sayını artırmalıyıq. Çünki Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünyanın inkişaf tendensiyasına hansı töhfələri verib? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Xüsusilə internet məkanında daha böyük işlər görülməlidir. Çünki məlumatı internetdən əldə edənlərin sayı getdikcə artacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-- media münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, jurnalistlər üzərilərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə uğurla yerinə yetirəcəklər.
“Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi
haqqında” fərmanda əksini tapan
müddəalar sırasında “Media
haqqında” Azərbaycan Respublikası Qanununun
layihəsinin iki ay
müddətində hazırlanıb ölkə Prezidentinə
təqdim edilməsi də xüsusi yer tutur. İnamla
qeyd etmək olar
ki, həyatımızın bu sahəsində müəyyənləşdirilən
kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə
nail olmaqda önəmli
rol oynayacaq.
Sonda qeyd edək ki, ölkəmizdə dövlət tərəfindən medianın inkişafına yönələn addımlar, imzalanan fərman və sərəncamlar çağdaş Azərbaycan mətbuatının “Əkinçi”dən başlanan yolunun uğurlu davamına xidmət edir, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən mediaya Azərbaycan dövlətinin və möhtərəm Prezidentimizin münasibətini, diqqət və qayğısını özündə ehtiva edir. Bu diqqət və qayğı öz növbəsində jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır.
Vüqar RƏHİMZADƏ,
“İki
sahil” qəzetinin baş
redaktoru, Əməkdar jurnalist
Xalq qəzeti 2021.- 15 yanvar.- S.5.