Azərbaycan mediası yeni dövrün
çağırışlarına hazır olmalıdır
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmizdə media sahəsində islahatların dərinləşdirilməsi
haqqında fərman imzalayıb. Sənədə əsasən,
Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyi (MEDİA) yaradılıb. Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hüquqi
varisi olan yeni qurum KİVDF-nin
bütün hüquqlarına sahib olacaq.
Hesab edirəm ki, həqiqətən, ölkəmizdə media sahəsində islahatların aparılmasına zərurət yaranmışdı. Belə ki, son dövrdə media məkanında informasiyadan təzyiq və şantaj məqsədilə sui-istifadə hallarının sayı artmışdı. Azərbaycanın uğurlarını istəməyən “qara qüvvələr” dövlətçiliyimizi təhdid etməyə cəhd edirdilər. Bu, əlbəttə, vətənpərvər insanlarımızda, ziyalılarda dərin hiddət və qəzəb doğururdu.
İnternet məkanında
özbaşınalıq xüsusilə göz
önündə idi. Bu,
ağır fəsadlara gətirib çıxarırdı. Hər
hansı bir ictimai, yaxud dövlət əhəmiyyətli hadisə
zamanı şayiələr, dezinformasiyalar,
məqsədli təxribat cəhdləri baş
alıb gedirdi. Bəzi qüvvələr süni ajiotaj yaratmağa çalışırdılar. Nəticədə,
cəmiyyət yalan informasiya
ilə yüklənir, sosial
narazılıq yaranır, müxtəlif şəxslərə,
dövlət orqanlarına qarşı haqsız qınaqlar
formalaşırdı.
Azərbaycan mediasının əsas vəzifəsi
cəmiyyəti obyektiv və peşəkar
şəkildə məlumatlandırılmaqdır. Jurnalistin cəmiyyətin
inkişafına mane olan
noqsanları tənqid etməsi vacibdir, lakin tənqid konstruktiv
olmalıdır, təhqir və şantaj
yolverilməzdir. Ümid edirəm ki, yeni qurum
jurnalistlərin peşəkarlığının
artırılması istiqamətində də tədbirlər
görəcək. Belə ki,
“MEDİA”-nın səlahiyyətləri arasında çap mediası və onlayn
media sahəsində inzibati
xəta əlamətləri aşkar etdikdə,
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun
olaraq tədbirlər görmək, cinayət
əlamətləri olduqda isə aidiyyəti
üzrə məlumat vermək hüququ
var.
Bu gün
Azərbaycan mediası qarşısında duran
əsas vəzifələrdən biri Azərbaycan
həqiqətlərinin bütün dünyaya çatdırılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ikinci Qarabağ müharibəsi günlərində
dünyanın onlarla aparıcı
KİV-inə müsahibələr vermiş,
ölkəmizin ədalətli müharibə
apardığını sübut etmişdir. Jurnalistlərimiz bu
sahədə möhtərəm Prezidentdən nümunə
götürməlidirlər. Xüsusilə erməni lobbisinin təsirinin güclü
olduğu ölkələrin mediasında
ölkəmizə qarşı qarayaxmalara
vaxtında cavab verilməsi vacibdir.
Bu gün Azərbaycan
regionun lider dövlətidir. Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan mediası, təbii ki, yeni dövrün çağırışlarına hazır olmalıdır.
Təqdirəlayiq haldır ki,
Azərbaycan dövləti
medianın inkişafı
üçün hər
cür maliyyə və təşkilati dəstək verir. Ümid edirəm ki, mediamız onun qarşısında duran mühüm vəzifələrin
öhdəsindən uğurla
gələcək.
İlham MAZANLI,
BDU-nun beynəlxalq jurnalistika
kafedrasının dosenti, tarix
üzrə fəlsəfə doktoru
Xalq qəzeti 2021.- 15 yanvar.- S.5.