“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə
mübarizə tədbirlərində iştirak
edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli
Qərarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 2
Bakı şəhəri,
8 yanvar 2021-ci il
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 3, maddə 373, ¹ 6, maddə 792, ¹ 8, maddə 1118; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 noyabr tarixli 442 nömrəli Qərarı) 2-ci hissəsində “yanvarın 1-dək” sözləri “martın 31-dək” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 9 yanvar.- S.2.