Azad Mirzəcanzadə fenomeninə işıq salan yeni nəşr

 

Kitabın annotasiyasında qeyd olunduğu kimi, təqdim olunan toplu XX--XXI əsrlərin görkəmli Azərbaycan ziyalıları sırasında yer almış alim, öz sahəsində məktəb yaratmış müəllim, akademik Azad Mirzəcanzadənin həyat yaradıcılığına, pedaqoji fəaliyyətinə, neft sənayesində müəllifi olduğu fundamental yeniliklərə, elmi elmi-populyar əsərlərinə həsr olunub. Dünya neft elminə önəmli töhfələr vermiş Azad Mirzəcanzadə öz fəlsəfi dühası, fitri istedadı ensiklopedik bilgiləri ilə fenomen şəxsiyyət sayılıb. Ömrünün son illərini neft sənayesində nanotexnologiyaların yaradılması tələbatına həsr etmiş alimin irəli sürdüyü  ideyalar elmi cəhətdən bu gün ciddi şəkildə araşdırılır tətbiq olunur.

Akademik yeni kitaba da daxil edilmiş bir müsahibəsində vaxtilə bildirmişdi: “Mən düşünürəm ki, insanların çoxu bədbəxtliyə savadsızlıqdan yox, sadəlövhlükdən düçar olurlar. Bu cəhət mənim xalqıma xasdır. Çox vaxt öz səhvləri ucbatından bədbəxtliyə düçar olduqlarını düşünənlər, buna eynən düşünülməmiş addım atdığını dərk etməyən uşaqlar kimi sadəlövhlük üzündən düçar olduqlarını anlamırlar. İlk növbədə, özüm haqqında demək istəyirəm. Mən orta adamam, lakin peşəkaram. Bizdə məndən xeyli istedadlı adamlar var, lakin onların bəzilərində dözüm səbr çatmır. Mən hesab edirəm ki, Azərbaycan istedadların sayına görə bütün sivil ölkələri qabaqlayır”.

Özünü ətrafındakı adamları olduğu kimi tanımağa imkan verən bu belə müdrik mülahizələr digər maraqlı matteriallar dünya şöhrətli neftçi alim Azad Mirzəcanzadənin özünü çağdaş nəsillərə gerçək epizod detallarla tanıdır. Unudulmaz alimin zəngin mənalı ömür yoluna işıq salan yeni kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Akif ƏHMƏDGİL

Xalq qəzeti  2021.- 9 yanvar.-S.7.