İstedad və zəhmətdən yoğrulmuş ziyalı ömrü

 

Müasir dövrdə Azərbaycanın tanınmış ziyalılarından biri olan pedaqoji elmlər doktoru, Əməkdar elm xadi­mi, professor Fərrux Rüstəmov son dövrdə elmi-pe­daqoji sahədə fəaliyyət göstərən ən məhsuldar və yaradıcı mütəxəssislərdən biridir. O, bilik və bacarığını pedaqogika nəzəriyyəsi və tarixinin metodoloji problemlərinin araşdırılması­na, tədqiqi və təbliğinə, pedaqojielmi-pedaqoji kadr hazırlığı işinə həsr etmişdir.

Fərrux Abbas oğlu Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Göyçə ma­halının Cil kəndində anadan olmuş, 1978 – 1982-ci illərdə APİ-nin (indiki ADPU) Pedaqoji fakültəsində ali təhsil almışdır. Təhsil illərində fakültə Tələbə Elmi Cəmiyyətinin sədri olmuş, tələbə elmi-tədqiqat işlərinə görə SSRİ və Azərbaycan SSR AliOrta İxtisas Təhsili nazirliklərinin xüsusi diplomları ilə təltif olunmuşdur. Təhsil illərində Lenin təqaüdünə layiq görülmüş, Lenin təqaüdü ilə oxuyan ali pedaqoji məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilmiş Ümum-ittifaq konfransında çıxış etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vuran F.Rüstəmov təyinatla Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru (1982-1985-ci illər) işləmişdir. 1985-ci ildə elmi işə marağı onu yenidən APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul edilmiş, prof. H.Əhmədovun elmi rəhbərliyi ilə namizədlik dissertasi­yası müdafiə etmişdir. Kiçik elmi işçi kimi fəaliyyətə başlayan F.Rüstəmov sonralar Ümumi pedaqogika kafed­rasında müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi əmək fəaliyyətini davam etdir­mişdir. Ayrı-ayrı vaxtlarda “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat labo­ratoriyasına (1996-2000) və “Dədə Qorqud” elmi-tədqiqat laboratori­yasının “pedaqogika, psixologiya, fəlsəfə” bölməsinə (2000-2004), Bakı Qızlar Seminariyasının (Bakı Qızlar Universitetinin) Pedaqogika kafedra­sına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasına (2007-2011) və Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriya­sına (2008-2011) rəhbərlik etmişdir.

2003-cü ildə “Azərbaycanda peda­qoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq disserta­siyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 2006-cı ildən İbtidai təhsilin pedaqo­gikası kafedrasının professorudur. 2007- ci ildən ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, fakültə elmi şura­sının sədri, Universitet Elmi Şurasının üzvüdür.

Prof. F.Rüstəmov zəngin, məhsuldar və çoxşaxəli elmi yaradıcı­lıq üslubunakredosuna malik alim­dir. İndiyə kimi onun 35 monoqrafiya və kitabı, 31 tədris proqramı, 250-dən çox elmi məqaləsi işıq üzü görüb. 15 kitabın tərtibçisi, 100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. OnunPedaqogika” (prof. Ə.Paşayevlə birgə) (2002), “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqo­gika tarixi” (2004), “Ən yeni dovrün pedaqogika tarixi” (2005), “Pedaqo­gika tarixi” (2006, 2011), “Ali məktəb pedaqogikası” (2007), “Azərbaycan pedaqogikaşünaslığı” (2016), “Karl Rocers və şəxsiyyətyönümlü təhsil konsepsiyası” (2016) əsərlər tələbələrin stolüstü kitabıdır. Əsərləri Bakı, Moskva, Səmərqənd, Çe­boksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-PeterburqTbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilmişdir. Rusiya Təhsil Akademi­yası prof. F.Rüstəmovun akademik H.Əhmədovla birgə yazdığı “Müasir dövrdə Azərbaycanda təhsilin inki­şafının əsas istiqamətləri” (Moskva, 2000) əsərini nəşr etmişdir. 2010-cu ildə İran İslam Respublikasında onunPedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” kitabı nəşr edilmişdir. O, həm də “Yarımçıq ömrün sahibi” (2000) və “Professor Əmrulla Paşayev” (2015), “Pedaqoji fakültə-50” kitablarının tərtibçi-müəllifidir. Mətnşünas alim kimi xeyli uğurlara imza atmışdır. O, elmi pedaqogikanın banisi sayılan Y.A.KomenskininBöyük didaktika” əsərini geniş ön sözlə nəşr etdirmişdir (2012).

Prof. F.Rüstəmov son illər Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin tarixini araşdırmaqla məşğuldur. Araşdırmalarının nəticəsi kimi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019), “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020), “Azərbaycan Ali Pedaqoji İnstitutu” (2020), “Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafı­nın ikinci mərhələsi (1930-1946-cı illər) (2020) kitabları nəşr olunub. “Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin professorları” və “Azərbaycan Dövlət Pedaqoji Universiteti – 100” kitabları çapa hazırlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə hazırlanan “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin , prof. Misir Mərdanovun “Azərbaycan təhsil tarixiçoxcildliyinin elmi redaktorlu­ğunun prof.Fərrux Rustəmova həvalə edilməsi onun yüksək elmi nüfuzuna, intellektual səviyyəsinə və kreativ düşüncə sahibi olmasına dəlalət edir.

Son dövrdə prof.F.Rüstəmovun yaradıcılığında yeni bir istiqamət -- yaşlıların təhsili məsələləri geniş yer tutmaqdadır. Bu problemlə bağlı o, Rusiya, Yunanıstan, Albaniya, İtaliya, Finlandiya, İsveç, Norveç, Danimar­ka, Estoniya, İspaniyaPortuqali­yada keçirilən Beynəlxalq konfrans­larda iştirak etmiş, məruzələrlə çıxış etmişdir. UNESCO-nun yaşlıların təhsili ilə bağlı nəşr etdirdiyi 10 cildlik monoqrafiyanın elmi redaktorlarından və müəlliflərindən biridir.

Prof. F.Rüstəmovun mühüm fəaliyyət istiqamətlərindən birielmi-pedaqoji kadr hazırlığında­kı səmərəli xidmətləridir. Onun elmi rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru elmi dərəcəsi almışdır. 3 nəfərin elmlər doktoru, 21 nəfərin fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün təqdim etdiyi dissertasiyanın rəsmi oppo­nenti olmuşdur. O, 1997-ci ildən 2009-cu ilə kimi Azərbaycan Res­publikası Prezidenti yanında AAK-ın Təhsil İnstitutundaADPU-da fəaliyyət göstərən ümumi pedaqo­gika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuşdur. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi uzrə Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda Dissertasiya Şurasnın üzvü, həmin şuranın nəzdində fəaliyyət göstərən elmi seminarın rəhbəridir.

Prof.F.Rüstəmov ADPU-nun “Xəbərlər”nin, “Kurikulum”, “Təhsildə İKT”, “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Dədə Qorqud araşdırmaları”, “Media və təhsil innovasiyaları”, “Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri”nin, “Təhsil İnstitutunun Elmi Xəbərləri”nin, “Naxçıvan” Univer­sitetinin Elmi xəbərləri”nin redaksiya heyətlərinin üzvüdür.

O, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil Məsələləri Daimi Komissiyası”nın Təhsil haq­qında Azərbaycan Respublikasının Qanununu hazırlayan işçi qrupunun, Azərbaycanda müəllim kadrları hazır­lığının strategiya və konsepsiyasını hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisi” fənn kurikulumunu hazırlayan işçi komissi­yasının sədri olmuşdur.

Prof.Fərrux Rustəmovun çoxşaxəli elmi-pedaqoji fəaliyyəti dövlət və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Res­publikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi medalı”na layiq görülmüş, 2011-ci ildə isə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1998-ci ildə Mosk­va şəhərində yerləşən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, 2010-cu ildə isə PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.

O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatıdır. Av­ropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaq­cıl təhsil işçisi” (2010) döş nişanı ilə təltif olunmuşdur. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyası­nın qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları”, ADPU-daİlin muəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olmuşdur.

Elmi-pedaqoji fəaliyyətini uğur­la davam etdirən pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun istedad və zəhmətdən yoğrulmuş ziyalı ömrünün 60 ili tamam olur. Bu münasibətlə həmkarımızı təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Həsən BAYRAMOV,

pedaqoji elmlər doktoru, professor

Xalq qəzeti 2021.- 10 yanvar.- S.7.