Virusun yeni ştammı daha ağır hallara səbəb olmasa da, sürətlə yayılır

 

Dünyanı bir ildən çoxdur öz ağuşuna alan yeni növ koronavirus infeksiyası yayılmaqda hələ də davam edir. Geridə qoyduğumuz müddət ərzində qazanılan təcrübələrə əsasən deyə bilərik ki, bu ilin növbəti üç ayı çox önəmlidir və koronavirusla mübarizənin daha sürətli, keyfiyyətli və yüksək səviyyədə aparılacağı gözlənilir. Artıq bir müddətdir ki, peyvəndləmə ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir. Bu da onu deməyə əsas verir ki, yaxın zamanda Azərbaycanda peyvəndləmənin tətbiqinə başlanılacaq.

Məlumdur ki, bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan pandemiya və epidemiyaların qarşısının alınmasında peyvəndlər həmişə “qızıl açarrolu oynayıb. Bu gün də belə bir həqiqəti qəbul etməliyik ki, yeni növ koronavi­rusla mübarizədə də peyvənddən səmərəli yol yoxdur. Az qala bir ilə yaxındır ki, bütün dünyanın başı üstünü alan dəhşətli və qorxunc infeksiyadan məhz bu yolla xilas olmaq mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bildiriblər ki, təşkilat dünyanın bütün ölkələrini virusun istənilən yeni variantlarını vaxtında aş­kar etməyə, onların yayılma proseslərini öyrənməyə və aşkar edilmiş mutasiyalar barədə məlumat verməyə çağırıb. Onlar qeyd ediblər ki, mutasiyaviru­sun təbii uyğunlaşma prosesi­dir. COVID – 19 - a səbəb olan koronavirus artıq bir ildir yayılır və onun vəzifəsi nüfuz etdiyi orqa­nizmi məhv etmək deyil, sağ qalıb çoxalmaqdan ibarətdir. Dünya üzrə 85 milyondan çox yoluxma halı aşkar edilib. ÜST - ün texniki direktoru, epidemioloq Mariya van Kerkhova Cenevrədə keçirilən brifinqdə həmkarı, təşkilatın fövqəladə hallar üzrə direktoru Maykl Rayanla birgə jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin COVID – 19 - la bağlı suallarını cavablandırıblar. Mariya van Kerk­hova qeyd edib ki, virusun yayıl­ması ilə bağlı vəziyyət regiondan regiona fərqlənir. Asiya ölkələrinin çoxu vəziyyəti nəzarət altına alma­ğa müvəffəq olublar. Avropa və ABŞ - da isə virus sürətlə yayıl­mağa davam edir. Bəzi ölkələrdə xəstəxanalar həddindən artıq doludur və köməyə ehtiyacı olan pasiyent axınının öhdəsindən gələ bilmirlər.

Virusun mutasiyasından danışarkən, Mariya van Kerkho­vaMaykl Rayan qeyd ediblər ki, alimlər Böyük Britaniyada və Cənubi Afrikada aşkar edil­miş yeni variantların üzərində əlavə tədqiqatlar aparırlar. Artıq müəyyən edilib ki, bu iki ölkədə virusun hər iki ştammı – bəzi oxşarlıqlarına baxmayaraq, müxtəlifdir. Onlar insandan in­sana daha asan ötürülür, baş­qa sözlə, daha yüksək sürətlə yayılır. Lakin virusun mutasiyası xəstəliyin gedişinin şiddətində dəyişikliyə səbəb olmayıb. Bildirilib ki, virusun mutasiyaya uğramış bu variantlardan heç biri xəstəliyin daha ağır formasına səbəb olmur. Lakin onlar daha tez yayıla bilir. İlkin məlumatlara görə, mutasiya etmiş virusları artıq istifadədə olan testləşdirmə vasitələrinin köməyi ilə aşkar etmək olar. Həm də COVID - 19 əleyhinə vaksin, o cümlədən yeni ştammlara münasibətdə də səmərəlidir. “Artıq mövcud olan vaksinlərin mutasiya etmiş viruslara qarşı səmərəli olmaya­caqlarını ehtimal etmək üçün heç bir əsas yoxdur…”, – deyə Maykl Rayan vurğulayıb.

ÜST nümayəndələrinin sözlərinə görə, vaksin COVID – 19 - la mübarizədə səmərəli vasitədir, lakin, o, hələ hamıya əlçatan deyil, bu gün onun istehsalı həcmlərini artırmaq və çatdırılma­sını sürətləndirmək son dərəcə va­cibdir. ÜST əməkdaşları bir daha hamını əsas sanitariyaepi­demiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə riayət etməyə çağırıblar. “Fiziki məsafə – COVID – 19 - un yayılmasının qarşısını almaq üçün ən səmərəli üsullardan biridir. Biz hamımız ayıq olmalı, hər zaman məsafə saxlamalıyıq. Biz əllərimizi dezinfeksiya etməli və yumalıyıq, maskalardan istifadə etməliyik, pəncərələri açmalıyıq və insanla­rın çox sayda toplaşdığı yerlərə getməkdən çəkinməliyik, evdə qalmalıyıq və digər tövsiyələrə əməl etməliyik”, – deyə Mariya van Kerkhova vurğulayıb. O əlavə edib ki, insanların əksəriyyəti bu tövsiyələrə əməl etmir və təxirə salına biləcək səyahətlərə yollanır və ya böyük kampaniyalarda yığı­şırlar. Bütün bunlar xəstəlik halları­nın sayının artımasına səbəb olur. ÜST nümayəndələri bu günə olan məlumata görə, hətta COVID - 19 xəstəliyini simptomsuz keçirən insanlarda da immunitetin yaran­dığını bildiriblər. Lakin bu immu­nitetin nə qədər davam etdiyi hələ məlum deyil. Bununla bağlı tədqiqatlar hələ davam edir.

Qeyd edək ki, ilk dəfə Böyük Britaniyada aşkar edilmiş ko­ronavirusun yeni ştammı artıq ÜST - ün Avropa regionunun 22 ölkəsində aşkar edilib. Onun insandan - insana asan ötürülməsi ilə əlaqədar olaraq, ekspertlər səhiyyə sistemlərinə əlavə yükün düşməsinin qarşısını almaq məqsədilə hakimiyyəti ehtiyat tədbirlərini gücləndirməyə çağı­rırlar. Bu barədə ÜST - ün Avropa bürosunun başçısı doktor Hans Klyuge bildirib. Büro başçısının sözlərinə görə, mutasiyaya uğra­mış yeni ştammın peyda olması hakimiyyəti narahat etməlidir, çünki məlumdur ki, koronavirusun bu variantı daha tez yayılmağa qadirdir. Yəni, söhbət ondan gedir ki, yoluxanların sayının çoxalması tibb müəssisələrinin işini daha da çətinləşdirə bilər. Virus özlüyündə əvvəlki variantlardan daha təhlükəli deyil, yaranan şayiələrə baxmayaraq, uşaqlarda yoluxma riskidaha yüksək deyil.

Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin ani baş verməsi halla­rını diqqətlə araşdırmağı, aşkar edilən infeksiya törədicilərinin öyrənilməsini, eləcə də korona­virusun bu və digər ştammlarının dövriyyəsi parametrlərinin alimlər tərəfindən daha yaxşı anlamağa kömək etmək məqsədilə əldə edilən məlumatlarla bölüşməyi tövsiyə edir. “İndi elmdə həmrəyliyi nümayiş etdirmək çox vacibdir”, – deyə doktor Klyuge vurğulayıb.

Vaksinlərə gəldikdə, ÜST, ilk növbədə, tibb işçilərinin və infeksiya qarşısında həssas olan əhali qruplarının müdafiəsini təmin etməyi çağırır. Bu, səhiyyə sistemlərinin işini yüngülləşdirmək üçün lazımdır. Sizi əmin etmək istəyirəm ki, ÜST və onun tərəfdaşları regionun bütün ölkələrinin vaksinləri əldə edə bilmələri üçün əllərindən gələni edirlər. İndi vacibdir ki, digər ölkələrə vaksinlərlə bağlı yardım edə bilən və peyvəndlərə ümumi çıxışı dəstəkləyə bilən hər bir ölkə bunu etsin. Biz kiminsə kənarda qalmasına imkan verə bilmərik”, – deyə təşkilatın Avropa bürosunun rəhbəri vurğulayıb. Bütövlükdə, doktor Klyugenin sözlərinə görə, pandemiya dönüş nöqtəsinə çatıb: “İndi inadkartutulmaz virusa qalib gəlmək üçün elm, siyasət, yüksək texnologiyalar sənayesi və mənəvi dəyərlərdən ibarət vahid cəbhə formalaşdırmaq lazımdır”, – deyə o bildirib.

Hazırda ölkəmizdə korona­virusla mübarizə üçistiqamətdə aparılır. Birinci istiqamətdə dövlətimiz, ikinci istiqamətdə xalqımız, üçüncü istiqamətdə isə Azərbaycan səhiyyəsi. Hələ COVID - 19-un yeni yayıldığı vaxtlarda cəmiyyətdə inamsızlığın hökm sürməsinə baxmayaraq, sonradan bu tendensiya təbii olaraq aradan qaldırıldı. Beləliklə, insanların böyük əksəriyyəti virusun mövcudluğuna inanmaq­la artıq qaydalara riayət etməyi özlərinə vacib bildilər. Bunun­la da xalq virusla mübarizəyə layiqli şəkildə qoşularaq tibbi maskadan istifadəyə, sosial məsafənin gözlənilməsi qayda­larına və zərurət olmadan evdən çıxmamağa üstünlük verməyə başladı.

İnkişaf etmişölkələrin elm adamları ilə Azərbaycan dövlətinin virusla mübarizədə həyata keçirdiyi tədbirlər haqqında söhbət aparan zaman onlar ölkəmizdə dövlət tərəfindən zamanında atılan tədbirlərdən bəhs edirlər. Uşaqların virusu böyüklər qədər yaya biləcəyi təhlükəsinə görə məktəblərin düzgün vaxtda bağlanması, hələ virusun yeni yayıldığı vaxtlarda təmirə ehti­yacı olan xəstəxanaların təmir olunması, qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilməsi və istifadəyə verilməsi, pandemiya dövründə sahibkar­lara, eləcə də digər şəxslərə maddi yardımlar edilməsi, koro­navirusla mübarizəyə büdcədən əlavə vəsaitlər ayrılması dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının göstəricisidir. Bütün bun­larla yanaşı, Azərbaycan həm də beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü doğrul­dur. Ötən il Azərbaycan pandemi­ya ilə mübarizədə ÜST - ə könüllü maliyyə töhfəsi verib, həmçinin 30 - dan artıq ölkəyə humanitar və maddi yardım göstərib.

Son olaraq, deyə bilərik ki, səhiyyənin virusla mübarizəsinə gəlincə, dünya tibb sahəsinin hazırkı durumu hər kəsə bəllidir. Təəssüflər olsun ki, hətta ən apa­rıcı ölkələrin səhiyyə sistemlərinin bu virusun qarşısında aciz qaldığı göz önündədir. Virusun bütün dünyada tüğyan etdiyidünya səhiyyə sistemlərinin virusun qarşısında çətinlik çəkdiyini hər kəs müşahidə edə bilər. Bu da onu deməyə əsas verir ki, dün­yanın heç bir inkişaf etmiş ölkəsi səhiyyəsi infeksiyanı tamamilə yox etmək və ya virusa yoluxan bütün xəstələri sağaltmaq iqti­darında deyil. Beləliklə, bir virus həm də dünya tibb sahəsində müəyyən ölkələri məhz səhiyyə sistemlərindəki boşluqlarla imtaha­na çəkdi.

 

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti  2021.- 10 yanvar.- S.7.