Vaksinasiyada könüllülük prinsipi alınmasa, epidemiya aylarla uzanacaq

 

Bütün dünyanın bir kiçik, gözəgörünməz virusun əlində az qala aciz qaldığı durumdan, böyük ehtimalla, az itkilərlə çıxmaq üçün hazırlıqlar, demək olar ki, başa çatıb. Hazırda müxtəlif qabaqcıl ölkələrdə kütləvi şəkildə peyvənd aparılmasına başlanılması problemin nəzarət altına alınması üçün onun yeganə vasitə olduğunu göstərir. Müxtəlif tanınmış, məşhur olan tibbi mərkəzlərin və bu işlə pandemiyanın başlanğıcından bəri məşğul olan tədqiqatçıların, mütəxəssislərin gəldiyi qənaət də bunu təsdiq edir. Təəssüflə qeyd etməliyik ki, bəzi hallarda bu mühümvacib kampaniya başlanılmamış hansısa bir ölkədə baş verən təsadüfi ölüm halını heç bir mütəxəssis rəyi olmadan peyvəndlə əlaqələndirmək qətiyyən düzgün deyil. Norveçdə peyvənd vurulan – yaşı 90 – dan yuxarı iki nəfərin ölümü peyvəndin təsirsiz olduğu, yaxud ölümün peyvəndlə əlaqələndirilməsi anlamına gəlməməlidir. Belə yanaşma əhali arasında çaşqınlıq yaranmasına səbəb olur.

Bu bir faktdır ki, COVID - 19 infek­siyası yayılmamışdan əvvəl də dünyada hər gün həyatını itirən insanlar vardı. Həmin ölüm halı ilə bağlı əlində ciddi və əsaslandırılmış fakt olmadan onun peyvəndlə əlaqələndirilməsi həqiqəti əks etdirmir. Çünki belə bir qənaətə xüsusi tibbi - ekspert qrupunun rəyindən sonra gəlmək olar. Hələlik indiyə qədər koronavirus peyvəndinin həyati təhlükəsi ilə əlaqədar hər hansı dəqiq məlumat yoxdur. Dünya üzrə mediada dolaşan bəzi məlumatlar isə bəlkə də, məqsədli xarakter daşıyır, tibbi mərkəz və mütəxəssislərin rəyinə əsaslanmır və qətiyyən həqiqəti əks etdirmir.

COVID – 19 - la mübarizə qətiyyətlə davam edir. Bu günə olan məlumata görə dünya üzrə 87 milyondan çox yoluxma halı aşkar edilib. Böyük Britaniyada və Cənubi Afrikada genetik dəyişikliklərə malik olan viruslar aşkar edilib. Söhbət iki müxtəlif mutasiyadan gedir. Lakin hər iki ştamm xəstəliyin ağırlığına təsir etmir. İnsanların son həftələr olan narahatlığı da ilk dəfə Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammının artıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun 22 ölkəsində aşkar edilməsi ilə bağlıdır. Yeni ştammın insan­dan insana asan ötürülməsi ilə əlaqədar olaraq, ekspertlər səhiyyə sistemlərinə əlavə yükün düşməsinin qarşısını almaq məqsədilə, hakimiyyəti ehtiyat tədbirlərini gücləndirməyə çağırırlar. Ümumilikdə regionda koronavirus infeksiyasına 28 milyon yoluxma halı təsdiqlənib, onlardan 580 mini keçən il ölümlə nəticələnib. Beynəlxalq monitorinq sistemində iştirak edən 27 ölkədə keçən il əlavə 313 min ölüm halı qeydə alınıb. Bu, 2018-ci il ilə müqayisədə 3 dəfə, 2019-cu il ilə müqayisədə isə 5 dəfə çoxdur.

Ümumdünya Səhiyyə Təçkilatının Av­ropa bürosunun rəhbərinin sözlərinə görə, mutasiyaya uğramış yeni ştammın peyda olması hakimiyyəti daha çox ona görə narahat etməlidir ki, koronavirusun bu variantı daha tez yayılır. Virusun sürətlə yayılması və bununla əlaqədar yoluxanla­rın sayının çoxalması, məlumdur ki, tibb müəssisələrinin işini daha da çətinləşdirə bilər. ÜST ekspertləri bildiriblər ki, təşkilat dünyanın bütün ölkələrini virusun istənilən yeni variantlarını vaxtında aşkar etməyə, virusların yayılma proseslərini öyrənməyə və aşkar edilmiş mutasiyalar halları barədə məlumat verməyə çağırıb. Onlar qeyd ediblər ki, mutasiyavirusun təbii uyğunlaşma prosesidir. COVID - 19-a səbəb olan koronavirus artıq bir ildir yayılır və onun işi nüfuz etdiyi orqaniz­mi məhv etmək deyil, sağ qalıb həmin orqanizmdə çoxalmaqdan ibarətdir.

ÜST nümayəndələrinin sözlərinə görə, vaksin COVID - 19 ilə mübarizədə səmərəli vasitədir, lakin, o, hələ hamı­ya əlçatan deyil, bu gün onun istehsalı həcmlərini artırmaq və çatdırılmasını sürətləndirmək son dərəcə vacibdir. ÜST əməkdaşları bir daha hamını əsas sanitari­yaepidemiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə riayət etməyə çağırıb.

ABŞ-ın “Pfizer” və Almaniyanın “Bi­oNTech” şirkətləri koronavirus əleyhinə birgə hazırladıqları peyvəndi virusun Cənubi AfrikadaBöyük Britaniyada üzə çıxan yeni növlərinə (yeni ştamlara) qarşı sınaqdan keçirməkdədir. Sınaqların bu günə olan nəticələri “Pfizer” - “BioN­Tech” peyvəndinin koronavirusun yeni növlərinə qarşı təsirli olduğunu göstərir.

ABŞ-ın “Nyu-York Post” qəzeti də, son həftələrdə həm Böyük Britaniyada, həm də Cənubi Afrikada COVID - 19 virusunun mutasiyaya uğramış yenidaha sürətlə yayılan növlərinın aşkar edilməsi barədə xəbərlərə çox yer ayırır. Redinq Universitetinin hüceyrə mikrobio­logiyası üzrə dosenti Simon Klark bildirib ki, koronavirusun yeni növlərinin oxşar xüsusiyyətləri olsa da, Cənubi Afrikadakı varinatda ciddi həyəcan doğuran əlavə mutasiyalar var. Bu səbəbdən koronavirus əleyhinə vaksinlərin virusun mutasiyaya uğramış növlərinə qarşı da effektli olub - olmayacağı sarıdan narahatlıqlar yaranıb.

Nyu - York Post” qəzetinin yazdığına görə, “Pfizer” - “BioNTech” peyvəndinin yeni ştamlara qarşı təsirini öyrənmək üçün aparılan sınaqların ilkin nəticələri artıq bəllidir. Peyvənd olunmuş pasiyentlərin qan analizləri göstərib ki, vaksin yeni ştamların da öhdəsindən gəlir. Amma tədqiqat hələ tam başa çatmayıb. Çünki indiyə qədərki araşdırmalar yeni ştamlara xas mutasiyaların bütün incəliklərini əhatə etməyib. Ona görə də peyvəndin yeni mu­tasiyalara dəqiq təsiri ilə bağlı nəticələrə dair tam və qəti fikir hələ yayılmayıb.

Pfizer” şirkətinin peyvənd üzrə aparıcı mütəxəssisi Fil Dormitser bildirib ki, onlar indiyədək “Pfizer” - “BioNTechvaksininin 16 növ mutasiyaya necə təsir etdiyini yoxlayıblar. Həmin mutasiyaların heç birinin peyvəndin effektini zəiflətdiyi müşahidə olunmayıb. Tədqiqatlar davam etdiyi və əlavə mutasiyalar da araşdırıldığı üçün hələ ki, “Pfizer” və “BioNTech” şirkətləri birgə hazırladıqları peyvəndin Cənubi AfrikadaBöyük Britaniyada üzə çıxan yeni ştamlara qarşı effektli olduğu barədə rəsmi açıqlama yaymağa tələsmir.

TƏBİB-in bildirdiyinə görə, yanvarın son günlərində peyvəndin Azərbaycana gətiriləcəyi gözlənilir. O vaxta az qalsa da, yenə virusa yoluxmamaq üçün qorun­maq, əlamətlər hiss edəndə isə həkimə müraciət etmək, lazımı müalicəni almaq önəmlidir. Mütəxəssislər bildirirlər ki, koronavirus zamanı bəzən lazım oldu-olmadı, bəzən də həqiqətən yerində istifadə edilən güclü antibiotik müalicəsi xəstələrin bağırsaq mikroflorasını və mikrobiotunu tamamilə pozur. Ona görə də hər hansı dərman qəbul edərkən mütləq həkimlə məsləhətləşmək la­zımdır. Qastroentreoloqlar yalnız virus yox, antibiotiklə müalicə olunan bütün xəstəliklərdən sonra bağırsaq mikroflora­sını bərpa etməyi tövsiyə edirlər. Onların məsləhətlərinə görə, qida rejiminə xüsusi diqqət yetirilməlidir. Daha çox evdə duza qoyulmuş kələm suyu, çox yağlı olmayan ətin sümüklərindən bulyon, kəsmik, düyü həlimi, qatıq, kefir, yoqurt, tərəvəz şorba­sı, bişmiş kök, çuğundur, kətan toxumu, yulaf sıyığı, yağsız düyü yeyilməlidir. Ba­ğırsağı qıcıqlandıran qidalar, süni qidalar, qazlı içki, soyuq su, qızardılmış yeməklər, köp və qıcqırmanı artıran qidalar olmaz. Hər gün 2 litr təmiz, ilıq su içmək lazım­dır. Mədə bağırsaq sisteminə ona görə çox diqqət yetirilməlidir kiu, virusa yolux­mamaq üçün insanın immuniteti güclü olmalıdır. Və orqanizmin immunitetinin 70 faizi məhz bağırsaqlarda yaranır.

Onu da qeyd edək ki, təzə nar şirəsinin koronavirus hissəciklərini öldürdüyü, virusun üst piyə bənzər qatını parçaladığı sübut olunub. Artıq Çində və Avropada aparılan elmi tədqiqatlar koronavirusun nar suyunda həll olduğunu sübut edib. Nar suyu profilaktik olaraq və yoluxmanın ilk günlərində içilməlidir ki, burun, boğaz yolunda olan viruslara təsir edə bilsin. Sonradan nar suyu effekt verməyə bilər. Narın, həmçinin antiok­sidant təsiri var, qaraciyəri təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Məsləhətdir ki, gündə 2 stəkan təzə nar şirəsi içəsiniz. Nar şirəsini təmiz halda yox, bir qədər ilıq su qatıb içmək lazımdır. Eləcə də o diş minasını zədələdiyindən borucuq ilə içilməsi məsləhətdir. Nar şirəsi mədənin selikli qişasını aşılaya bilər. Onu acqarına içmək tövsiyə olunmur.

Son olaraq, onu deyək ki, ölkəmizdə peyvənd məsələsində hələ ki, könüllülük prinsipi götürülüb. Vaksin vurdurmaq­da məcburiyyət yoxdur. Könüllülüklə istənilən nəticə alınmasa, karantin və epidemiyanın aylarla uzanacağını indidən göz altına almalıyıq. Yəqin ki, epidemi­yanın gedişindən asılı olaraq, gələcəkdə COVID - 19 peyvəndinin məcburi olub - olmaması məsələsinə baxılacaq.

 

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti  2021.- 12 yanvar.- S.11.