2020: ilin mədəniyyət yekunları
Yeni ilin
ilk günlərini yaşayırıq. 2020-ci il
artıq tarixə qovuşdu. Bu günlər
biz ötən ilin həyatımızdakı izlərini
nəzərdən keçirir,
uğurlarımızı, itkilərimizi
sərf-nəzər edirik.
2020-ci il bizim
üçün zəfər, qələbə
ili oldu. Ali Baş Komandan,
İlham Əliyevin rəhbərliyi
altında şanlı ordumuz, 30 illik Qarabağ həsrətimizə
son qoydu. Erməni
işğalçıları torpaqlarımızdan qovuldu və müstəqil dövlətimizin suveren hüquqları təmin olundu.
Baxmayaraq ki,
ötən il bizim üçün çətinliklər də oldu, müharibə, pandemiya
müəyyən problemlər yaratdı, dövlət
başçımızın müdrik
siyasəti nəticəsində xalqımız bu
problemləri böyük dözümlə
yaşadı.
Mədəniyyət və incəsənət xadimlərimiz də mümkün olan bütün vasitələrdən istifadə edərək ölkəmizin mədəni həyatının zənginləşməsi üçün imkanlarını səfərbər etdilər. Teatrlarımız, muzeylərimiz, sərgi salonlarımız onlayn xidmət göstərməklə öz fəaliyyətlərini davam etdirdilər. Mədəni həyatımızın ən yaddaqalan hadisəsi isə mədəniyyətimizin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi oldu.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir
neçə mədəniyyət obyektlərinin, o cümlədən Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin, uşaq musiqi məktəbinin,
Bakının Bülbülə qəsəbəsində Bülbül adına 3 nömrəli uşaq musuiqi məktəblərinin bərpadan sonra açılışlarında iştirak ediblər.
Yuğ Teatrı, Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar
Teatrı ötən il onlayn
tamaşalar nümayiş
etdirdilər.
Üzeyir Hacıbəyli telehəftəsi çərçivəsində
"Əbədiyaşarlarımız" adlı layihə ekranlara çıxarıldı.
İdeyası Ramil Qasımova məxsus yeni layihə "Mədəniyyət"
kanalı və Mədəniyyət Nazirliyinin
"Bizi birləşdirən mədəniyyət"
layihəsi çərçivəsində təqdim olundu. "Evdə qal,
evdə yarat" layihəsi həyata keçirildi. Layihənin ilk
tədbiri Azərbaycan bəstəkarlıq məktəbinin və
professional
musiqimizin banisi dahi Üzeyir Hacıbəyliyə ithaf olundu. Belə ki, aprelin
6-dan 12-dək “Üzeyir musiqi
həftəsi” qeyd edildi.
Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzü
nəticəsində işğal
edilmiş ərazilərdə
dağıdılan, talan
edilən mədəniyyət
ocaqları, abidələr,
tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda
saxtalaşdırmaya və
mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı
həqiqətlərin beynəlxalq
səviyyədə ictimailəşdirilməsi
məqsədilə Mədəniyyət
Nazirliyi tərəfindən
"Qarabağ – mədəniyyətimizin
beşiyi" adlı
layihəni reallaşdırdı.
Layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli
və dünya ictimaiyyətinin diqqətinə
çatdırılması üçün hazırlanan
məlumatların müxtəlif
dillərdə qlobal
internet məkanında, o cümlədən
sosial şəbəkələrdə
yayımlandı.
Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi "Facebook", "Instagram"
və "Twitter" səhifələrində
çatdırıldı.
Milli kino sənətimizdə də ötən il müəyyən
uğurlar olmuşdur.
Belə ki, azərbaycanlı rejissor Hilal Baydarovun İtaliyada keçirilən 77-ci Venesiya
kinofestivalında "Səpələnmiş
ölümlər arasında”
filmi (Azərbaycanla Amerikanın birgə istehsalı) də nümayiş olunub. Qeyd edək ki, filmimiz Azərbaycan
kino tarixində ilk dəfə A kateqoriyalı festivalın
əsas müsabiqəsində
yer alıb.
Gənc
rejissor Rüfət Həsənovun Mədəniyyət
Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”,
“Mandarin Agency” və “Debüt”
studiyasının birgə
istehsalı olaraq çəkdiyi “Daxildəki
ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000- dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi
uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olmuşdur.
Bundan başqa, Kann Festivalının 59- cu “Tənqid
həftəsi”nin qısametrajlı filmləri
arasında azərbaycanlı
rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı
filmi də yer alıb.
Ötən il UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitənin 15-ci iclası
keçirilib. Dekabrın
16-da Türkiyə, Azərbaycan,
İran və Özbəkistanın birgə
hazırladığı "Miniatür sənəti"
nominasiya sənədi
müzakirə olunub və bu mədəni
elementin UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni
İrsi üzrə Reprezentativ Siyahısına
daxil edilməsi haqqında qərar qəbul edilib.
Yaxın və Orta Şərq
xalqları incəsənətinin
maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində
özünəməxsus yer
tutur. Çoxmillətli nominasiya sənədində
göstərilir ki, miniatür sənəti bu dövlətlərin cəmiyyətlərinin sosial
və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək
edir, keçmiş və bu gün
arasındakı mədəni
bağları gücləndirir
və ənənəvi
memarlıq, mərasimlər,
mədəni hadisələr
və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.
Qeyd edək
ki, hər zaman olduğu kimi, bu dəfə
də Ermənistan iclasdan bir neçə
həftə öncə
təxribat törətməyə
cəhd edib. Onların UNESCO-ya göndərdiyi müvafiq etiraz müraciətlərində nominasiya
sənədində Azərbaycanın
Qarabağ ərazisində
miniatür sənəti
ilə bağlı məsələlərin qeyd
edilməsinin, guya, yolverilməz olduğunu ifadə ediblər. Bununla yanaşı, Qarabağ miniatür sənətinin
yalnız ermənilərə
və xristian irsinə aid olduğunu iddia ediblər. Azərbaycan tərəfindən
beynəlxalq hüququn
prinsiplərinə, 2003-cü il Konvensiyanın
ruhuna və tarixi həqiqətlərə
istinad olunaraq təxribatçı ölkəyə
layiqli cavab verilib.
“Nar bayramı, ənənəvi
nar festivalı və mədəniyyəti”də
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına
daxil edilib. Ölkəmiz
üçün mühüm
əhəmiyyət kəsb
edən bu qərarların qəbul olunması Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın dəstəyi,
Mədəniyyət Nazirliyi
və Xarici İşlər Nazirliyi,
UNESCO yanında Azərbaycanın
Daimi Nümayəndəliyi
və UNESCO üzrə
Azərbaycan Respublikası
Milli Komissiyasının
birgə fəaliyyəti
nəticəsində mümkün
olub.
Yeni ildə mədəni həyatımızın canlanacağı şübhəsizdir. Artıq işğaldan azad edilmış şəhər və kəndlərimizdə tarixi-mədəni abidələrin bərpasına başlanılmışdır. Muzeylərimiz, sərgi salonlarımız da yeni ildə fəaliyyətlərini bərpa edəcəklər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2021.- 12 yanvar.- S.7.