Azərbaycanın haqq səsini dünyaya
çatdırmaq örnəyi
Prezident İlham
Əliyevin Vətən müharibəsində
apardığı informasiya
savaşını əks etdirən “Zəfər yolu” kitabı barədə qeydlər
Azərbaycan torpaqlarının təcavüzkar Ermənistanın işğalından azad edilməsi milli tariximizə son iki min illik eranın ən böyük hərbi-siyasi qələbəsi kimi yazıldı. 44 günlük müqəddəs Vətən müharibəsinin zəfər yürüşü ilə düşmən məğlub edildi, ərazi bütövlüyümüz bərpa olundu. Müharibənin ilk günlərindən ordumuzun qələbə sədaları, Ali Baş Komandanın xalqa qələbə müjdələri bütöv bir milləti dəmir yumruq kimi birləşdirdi.
Əlbəttə, “müharibə”
anlayışı qan-qada,
çoxsaylı ölüm-itim, ümummilli faciələr deməkdir. Lakin onun əvvəlinə “Vətən” sözü əlavə ediləndə bütün bunlar müqəddəslik
məzmunu kəsb edir. Əgər xalq işğalçıya qarşı
müharibəyə başlayırsa, belə bir
savaş “Vətən müharibəsi”
adı alır. Tarixdə onun da şahidi olmuşuq ki,
işğalçı dövlətə qarşı ayağa qalxan xalq həmişə qələbə
çalıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən il sentyabrın 27-də xalqa müraciətində Ermənistan silahlı qüvvələrinin zəbt etdikləri torpaqlarımızdan çıxarılması, birinci Qarabağ müharibəsində işğal olunmuş rayonlarımızın geri qaytarılması ilə bağlı BMT-nin, ATƏT-in öz üzərlərinə götürdükləri öhdəliklərə 30 ildən bəri göstərdikləri biganəliyi, Ermənistanın ən yeni müharibə təxribatlarını nəzərə alaraq, müharibəyə başladığımızı rəsmən elan etdi. Bu andan başlayaraq Azərbaycan xalqı dövlət başçısının “Vətən müharibəsi” adlandırdığı bu savaşda onun ətrafında birləşdiyini bütün sahələrdə sübut etməyə başladı.
Bununla da minlərlə gənc könüllü orduya yazıldı, ayrı-ayrı şəxslər, əksər qurumlar və kollektivlər orduya yardım fonduna və birbaşa döyüşçülərimizə öz dəstəyini göstərdilər. Analar öz oğullarını qələbəyə böyük inam və qürurla cəbhəyə yola saldılar. Prezident İlham Əliyev isə ölkəmizə rəhbərlik etdiyi 17 ildə nəyi, necə və nə zaman etməyi böyük bir uzaqgörənliklə nəzərə almışdı. Ordumuz gücləndirilmişdi, əsgərlərimiz yüksək təlimlərlə hər cür çətin döyüş əməliyyatına hazır idilər, iqtisadı cəhətdən dövlətimizin problemi yox idi və s. Savaş siyasət, diplomatiya və informasiya cəbhələrində də dəqiqliklə qurulmuşdu.
Müharibə başlayan kimi çoxçeşidli tipoloji xarakterə malik Azərbaycan teleməkanı birbaşa maarifçilik prinsiplərini, qələbəyə inam, düşmənə nifrət mövzusuna keçdi. 2016-cı ilin Aprel döyüşləri zamanı mediamızın bəzi qurumlarının buraxdığı səhvlər ortadan qaldırıldı, jurnalistlərimiz birbaşa döyüş meydanına yollandılar. Cəbhədən birbaşa reportajlarda onlar ön xəttin döyüşçüləri ilə bir sırada oldular. Lakin yenə də jurnalistikamızın, mediamızın ekstremal şəraitdə, azğın düşmənin saxta xəbərlərinə qarşı mübarizədə necə fəaliyyət göstərməsinin ümumi qanunauyğunluqlarını ifadə edən praktik baxışa güclü ehtiyac var idi.
Dəqiq hiss olunurdu ki, Vətən
müharibəsi dövründə informasiyanın dövlət
və media siyasətinin praktik
göstəriciləri, birgəlik anlamı vacib
şərt kimi qarşıda durur. Müharibənin ilk
günündən Ali Baş
Komandan İlham
Əliyevin bu sahədə də
apardığı siyasət, formalaşdırdığı informasiya diplomatiyası milli
mediamıza ən güclü örnək
oldu. Xüxusilə onun xalqa müraciətlərindəki
informasiya maarifçiliyi,
xarici jurnalistlərə verdiyi
saysız-hesabsız müsahibələri beynəlxalq əhəmiyyətindən
əlavə, tamamilə yeni informasiya siyasəti də
formalaşdırdı. Biz bunu
Prezidentin ictimai fikrə
ünvanlanan hər mürciətində, xarici mediaya verdiyi silsilə müsahibələrində
aydın gördük. Bütün bunlar media tariximizə Prezident İlham Əliyevin informasiya savaşı örnəyi
kimi daxil oldu.
Bu örnəyi müharibə
günlərində teleradioda
görüb-eşitməklə, print mediada oxumaqla yanaşı, milli jurnalistika tariximizin yaddaşına da salmaq çox vacib idi. Belə bir
missiyanı ilk dəfə
“Qanun” nəşriyyatı
yerinə yetirdi.
Nəşriyyatın bu
yaxınlarda çap etdiyi “Zəfər yolu” kitabı Azərbaycan Prezidentinin,
Ali Baş Komandanın
44 günlük Vətən
müharibəsi dövrünədəki
informasiya siyasətini
və bu yöndə fəaliyyətini
əks etdirən topludur.
Dövlət başçısı İlham Əliyevin bu dövrdə xalqa müraciətlərini,
xarici jurnalistlərə
müsahibələrini, Twitter xəbərlərini bir toplu şəkildə müasirlərimizə və
gələcək nəsillərə
çatdıran bu kitab digər önəmli göstəriciləri
ilə bərabər,
həm də jurnalistikanın ən çevik janrı olan müsahibənin yeni döyüşkən
formatı kimi qiymətlidir. Biz bu
kitabda Prezidentin xarici jurnalistlərə verdiyi həmin müsahibələr üzərində
dayanacağıq.
Elmi ədəbiyyatda
dedildiyi kimi, müsahibə həmişə
aktual bir janr olub, bu
gün isə çox işlək bir janr kimi
media sistemində özünü
daha çox göstərir. İnformasiya texnologiyası hansı
yöndə dəyişir
dəyişsin, müsahibə
bir janr kimi aktual olaraq
qalacaq. Əgər janr gerçəkliyi
əks etdirməyin tarixən formalaşmış
və nisbətən dayanıqlı əlamətlərə
yiyələnmiş tipidirsə,
onda müsahibə bu keyfiyyətləri mətbuatın ilkin çağlarında mənimsəmişdir.
Xüsusilə analitik müsahib vacib informasiya almağın birbaşa yoludur. Buna görədir ki, xarici jurnalistlər
Ermənistan--Azərbaycan
müharibəsi ilə
bağlı informasiyanı
birbaşa Azərbaycanın
Prezidentindən almağı
daha səmərəli
hesab etmişlər.
Bu müsahibələrin sayı otuza yaxındır. Cəmi
bir aydan bir az artıq müddətdə
30 müsahibə. Az qala, günə bir müsahibə düşür.
Əlbəttə, reallıqda
elə mövzular var ki, hətta
bir gündə informasiya mənbəyi hesab edilən adam bir
neçə müsahibə
də verə bilər.
Lakin Vətən müharibəsinin
qızğın çağında--
bir yanda müharibənin gedişi,
digər yanda hadisələrin təhlili,
Ali Baş Komandan kimi orduya gecəli-gündüzli
diqqət, başqa bir yanda dövlət
işləri, dünya
liderləri ilə onlayn görüşlər
və dünyanı çənginə almış
koronavirusun fəsadlarının
artmaması üçün
görülməli tədbirlərlə
yanaşı, Azərbaycan
Prezidenti qərəzsiz-qərəzli,
obyektiv-qeyri- obyektiv hər bir xarici
jurnalisti qəbul etdi və cavablandırdı.
Prezidentimizin bu kitabdakı çağırışlarını, çıxışlarını, görüşlərini, müraciətlərini
və ələlxüsus
müsahibələrini diqqətlə
oxuduqca belə bir qənaətə gəlirik ki, onların hər biri ayrıca fabulası, kompozisiyası,
proloqu, epiloqu olan bitkin əsərdir. Bu keyfiyyətlər özünü
müsahibələrdə daha
qabarıq göstərir.
Bu yerdə biz akademik Nizami Cəfərovun və professor Cahangir Məmmədlinin “Zəfər
yolu” kitabı haqqında təzəcə
işıq üzü
görmüş bir məqaləsindən misal
gətirmək istərdik:
“Prezident İlham Əliyevin 44 günlük
Vətən müharibəsi
dövründəki Ali Baş
Komandan kimi rolu, qəhrəmanlığı
bizim gözümüzün
qarşısında baş
verirdi. Amma qarşıda bir mühüm vəzifə də var idi:
Azərbaycanın haqq
səsini dünyaya çatdırmaq. Maraqlı orasıdır
ki, elə dünya özü də İlham Əliyevi əyilməz bir rəhbər, bir komandan kimi
qəbul etdi və çox müxtəlif ölkələrin
media kanalları onu müsahibələrə cəlb
etdi”. Bu müsahibələr qarşıda
duran bir məsələnin-- Azərbaycan
haqq səsini dünyaya çatdırmağın
çox uyğun formatı oldu.
Prezident ard-arda müsahibələrini
tipologiyası etibarı
ilə dünyanın
transmilli televiziya kanallarına, çox populyar informasiya agentliklərinə, beynəlxalq
oxucu auditoriyasına malik qəzetlərə təqdim etdi. Dünyanın transmilli media orqanları Ali
Baş Komandanın birbaşa özündən--
ən vacib mənbədən aldıqları
müsahibələrlə öz
reytinqlərinə xidmət
etdilər. Amma bu müsahibələr bizim də haqq səsimizi,
qüdrətimizi dünyaya
çatdırdı. Yenə
də “Zəfər yolumuzun zamana örnək yürüşləri”ndən
bir misal: Prezidentin “Əl-Cəzirə”,
“TRT Haber”, “CNN-Türk”, “Euronews”,
“CNN international”, “Haber Qlobal”, “France 24”, Yaponiyanın “Nikkei”, ABŞ-ın
“Foks News”, İtaliyanın
“RAİ-1”, Almaniyanın “ARD”, “BBC News” kimi transmilli TV kanallarına müsahibələrindəki
möhtəşəm diplomatik
gedişləri Rusiyanın
“Pervıy kanalı”na,
RBK-aya, “RİA-novosti”,
“TASS”, “İnterfaks” kimi
informasiya agentliklərinə
bir növ obyektivlik dərsləri verdi.
Rusiyanın ORT (Pervıy kanal) televiziyasının A.Şeynin,
V.Solovyov kimi ermənilərə tam açıq
şəkildə qahmar
çıxan proqram aparıcıları jurnalistikanın
beynəlxalq aləmdə
təsdiq olunmuş yaradıcılıq prinsiplərinin
üstündən xətt
çəkdilər və
tam qərəzli ideoloji
istiqamətə keçdilər. Lakin onlar
da sonda bizim zəfər yolumuzun zamana örnək yürüşlərini
qəbul etmək məcburiyyətində qaldılar.
Azərbaycan Prezidenti bir sıra müsahibələrində
xarici jurnalistlərin qərəzli suallarını
xəfif ironiyalarla qarşıladı və peşə etikasına az-çox bələd olan həmin jurnalistlər elə efirdəcə özlərini
yığışdırdılar. Bununla da
Azərbaycan Prezidenti öz müsabibələri
ilə həm də beynəlxalq jurnalistikaya yeni bir dərs keçdi.
Biz Prezidentin 44 günlük Vətən müharibəsi dövründəki
informasiya fəaliyyətini
əks etdirən “Zəfər yolu” kitabını bu günkü jurnalistikamız
üçün mükəmmməl
bir dərslik hesab edilir.
Söhbət, əlbəttə, təkcə müsahibənin formatından deyil, həm də jurnalist – respondent münasibətlərindən gedir. Prezident İlham Əliyev bu 30 müsahibədə hər tip jurnalistlə qarşılaşdı. Söhbətin gedişindən, spontan suallardan dəqiq məlum olurdu ki, sualların heç biri barədə Prezidentə əvvəlcədən məlumat verilməyib. Bir sıra ölkələrin telejurnalistləri həmin dövlətlərin Azərbaycana dost, qardaş münasibətlərini Prezidentə suallarındakı obyektivliklə, qərəzsizliklə, səmimi niyyətini öz suallarında aydın hiss etdirirdilər.
Türkiyənin, İtaliyanın,
Yaponiyanın, Rusiyanın telejurnalistəri bu
keyfiyyətləri ilə həm jurnalistikanın beynəlxalq
yaradıcılıq prinsiplərinə hörmət edir, həm də jurnalist--müsahib münasibətlərini qoruyurdular. Bu fikri, məsələn, Almaniyanın,
ABŞ-ın telejurnalistləri haqqında demək olmur. Amma Prezident İlham
Əliyev hər cür
çaşdırıcı, qərəzli, xüsusi
ideoloji məqsəd güdən suallara o qədər dəqiq
və savadlı cavablar verib
ki, bu cavablar
bizim müharibə tariximizi
araşdıran hər kəsə aydın bir
elmi mənbə olacaq.
“Zəfər yolu” kitabında oxuculara təqdim olunan müsahibələr janrın ən yeni formatı kimi çox maraqlı və önəmlidir. Bir hədəf– Vətən müharibəsi mövzusu ətrafında 30 müsahibə! Və bütün bu müsahibələrin hər birində orijinal və objektiv diplomatik gedişlər! Hər müsahibədə eyni mövzu ətrafında Azərbaycanın haqq səsini beynəlxalq arenaya çıxarmaq, qərərəzli və qərəzsiz jurnalistlərlə eyni tərzdə davranmaq müsahibənin yeni formatı kimi qəbul oluna bilər.
Könül NİFTƏLİYEVA
BDU jurnalistika fakültəsinin dosenti
Xalq qəzeti 2021.- 12 yanvar.- S.10.