“Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası, idxal gömrük
rüsumlarının dərəcələri və ixrac gömrük
rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli
471 nömrəli Qərarında dəyişiklik edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 5
Bakı şəhəri, 11
yanvar 2021-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 471 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 2055) 2-ci hissəsində “1 (bir) il” sözləri “3 (üç) il” sözləri ilə əvəz edilsin.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 13 yanvar.- S.1.