Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 11 Bakı şəhəri, 21 yanvar 2021-ci il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2017, ¹ 11, maddə 2164; 2018, ¹ 3, maddə 586, ¹ 9, maddə 1904, ¹ 10, maddə 2169, ¹ 11, maddə 2427; 2019, ¹ 1, maddə 148, ¹ 2, maddə 332, ¹ 4, maddələr 747, 748, 759, ¹ 5, maddə 939, ¹ 7, maddələr 1314, 1323, ¹ 8, maddə 1473, ¹ 12, maddələr 2047, 2055, 2061; 2020, ¹ 1, maddə 84, ¹ 2, maddələr 185, 195, 219, ¹ 3, maddələr 345, 375, ¹ 4, maddə 488, ¹ 8, maddə 1130, ¹ 10, maddə 1267) ilə təsdiq edilmiş “Azərbaycan Res­publikasının xarici iqtisadi fəaliyyətin mal nomenk­laturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 0102 21 300 0, 0102 21 900 0, 0105 11 110 0 və 0105 11 190 0 alt yarım-mövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) sütununda “25.09.2020-ci il” sözləri “31.12.2023-cü il” sözləri ilə əvəz edilsin.

 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti 2021.- 23 yanvar.- S.2.