Tarixi zəfərimiz və Şuşadan
1982-ci ilə tutulan ayna
…
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə səfəri, səfər müddətində etdiyi çıxışlar, verdiyi ismarıclar və Şuşa xatirələri, bu günə və gələcəyə yönəlik fikirləri fövqəladə dərəcədə önəmli, öyrənilməli, örnək fikirlərdir. Əlbəttə, tarix öz səhifələrində bu səfərə, bu səfəri mümkün edən (44 günlük müharibədə qazanılmış) möhtəşəm zəfərə və əlbəttə, bir liderin vətənpərvərliyinə, sözübütövlüyünə, müdrikliyinə yer verəcək!
“Şuşasız bizim işimiz yarımçıq qalar” kəlamı 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə deyilmişdi. Bəlkə o sözə, o günədək kimlərdəsə narahatçılıq, yaxud şübhə vardısa da, dediyi sözləri, verdiyi vədləri zərgər dəqiqliyi ilə, zamanında, məqamında və dərəcəsində yerinə yetirən dövlət başçısının bu sözlərindən sonra şübhəyə yer qala bilməzdi! Öz xalqının dövlətə bağlılığını, ordusunun qüdrətini, başçılıq etdiyi dövlətin imkanlarını əla bilən, beynəlxalq münasibətlər sisteminin gerçəkliklərinə yaxşı bələd olan İlham Əliyev, qələbəmizi Şuşa zəfəri ilə taclandıracaqdı, əlbəttə! Elə də oldu! Sonra Şuşaya yol çəkilişi başladı, sonra Şuşada müvafiq dövlət qurumları öz fəaliyyətini bərpa etdi, daha sonra Şuşa mədəniyyət paytaxtı elan olundu və Prezident, xanımı və qızı ilə ölkəmizin siyasi paytaxtından mədəniyyət paytaxtına səfər etdi!
Qarabağ torpaqlarını, Azərbaycanın, bütün Qafqazın incisi Şuşa şəhərini azad edən gənclər harada yetişmişdi? – Heydər Əliyev məktəbində, İlham Əliyev idarəçiliyi dövründə! Məhz vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil Şuşa uğrunda, müqəddəslik uğrunda vuruş nümayiş etdirdi! Prezident İlham Əliyev 17 ildir ölkə rəhbəridir. Bu illər ərzində yetişən insanlar dağlar başındakı inci şəhərimizin ruhunu incitmədən azad etdi. Əlbəttə, hər yaşda, bütün nəsillərdən olan vətəndaşlarımızın tarixi zəfərimizdə öz zəhməti, özünəxas payı vardır, ancaq əsas yük, əsas vəzifə, döyüşə - döyüşə dağlara dırmaşmaq, dağların başında yuvalanmış düşmənə toy tutmaq məhz gənc nəslin üzərinə düşdü.
Tarixi zəfərimizin rəmzi
olaraq “dəmir yumruq”
təsadüfən seçilməyib. Cənab Prezidentin
dediyi kimi, bu yumruq həm gücümüzün, həm də birliyimizin rəmzidir. Respublikamız hər kəsə
göstərdi ki heç
nəyə baxmayan, heç
kimdən çəkinməyən, milli
maraqları müdafiə edən lider necə
qələbə qazanır.
Nə gözəl uyğunluqdur:
Nizami İli, Füzuli - Şuşa Yolu və Vaqif Poeziya Günləri!.. 2021 - ci
ilin öz mistikası
var. Füzuli Beynəlxalq Hava Limanı da, Füzuli - Şuşa dördzolaqlı (bəzi yerlərdə
altızolaqlı) yeni avtomobil
yolu da, yalnız fiziki, yaxud iqtisadi
amillərlə şərtlənmir, bu, ruh dirçəlməsidir, bu
böyük gələcəyə uzanan qollar, açılan
yollardır…
Müzəffər ordumuzun işğaldan azad etdiyi ərazilərdə beynəlxalq aeroportlar başda olmaqla, nəqliyyat – kommunikasiya infrastrukturunun formalaşdırılmasının necə bir strateji önəm daşıdığı, dosta da, düşmənə də bəllidir. Böyük gələcəyə gedən yolda bizim qarşımızda olmaq ağılsızlıq, yanımızda olmaq qazancdır. Ermənistanın iki yoldan birini seçməkdən başqa yolu yoxdur, çünki erməni cəmiyyəti, Ermənistan siyasi - hərbi hakimiyyəti uzun illər yolsuzluq edib, qansızlıq edib, allahsızlıq edib. Heç XX yüzilin 30 - cu illərindəki “Allahsızlar Cəmiyyəti”nin rəhbərləri, fəalları, son 30 ildə ermənilərin Qarabağda etdiyi miqyasda allahsızlıq etməmişdir. Məscidləri dağıtmaq, məscidlərə donuz doldurmaq, dağıtmadığı məscidlərin təyinatını dəyişdirmək, bu da mümkün olmadıqda özgələşdirmək, ziyarətgahları Azərbaycan - türk sənət - memarlıq üslubundan yayındrmaq kimi xəbis, yaramaz fikirlər içində olub ermənilər.
Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza səfərləri vaxtı dağıdılmış abidələrimizə, ziyarətgahlara, ümumən erməni vəhşiliyinə, barbarlığına diqqət çəkməsi etiraf edib - etməməsindən asılı olmayaraq, düz - dünyanın diqqətinə çatır. Dünya erməniliyinin uzun illər boyu Azərbaycan əleyhinə qalaq - qalaq vəsait xərcləyib formalaşdırmağa çalışdığı, bir çox hallarda nail olduğu, müəyyən dairələri şübhəyə saldığı, yaxud, ən azı neytrallığa itələdiyi beynəlxalq ictimai fikir indi dilemma qarşısındadır: Azərbaycanın haqlı səsini eşitməlimi, eşitməməlimi? Eşitsələr, ərköyün, yaramaz, şər yuvası olan dünya erməniliyi bir institut kimi tarixin zibiliyinə atılmalıdır. Eşitməsələr, qalib, varlı, perspektivli Azərbaycan kimi bir dostdan məhrum olmalıdır…
Şuşa
Qarabağın, Qarabağ Azərbaycanın
ürəyidir, gözüdür! Ürəyimiz,
gözümüz Ali Baş Komandan İlham Əliyevin
başçılığı ilə müzəffər Azərbaycan
Ordusunun möhtəşəm qələbəsi
ilə tapdaqdan azad olunub.
Prezident İlham
Əliyev 39 il bundan
öncə, 14 yanvar 1982 - ci
ildə Şuşaya səfər etmişdi, bu dəfə o tarixi, anlamlı günü gözəllik və qüdrət
içində təkrar etdi. Və bəyan
etdi: “Əlbəttə ki,
bundan sonra biz Şuşanı göz
bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim
qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən
heç bu tərəfə
baxmağa özündə cəsarət
tapmasın. Mən demişəm ki, əgər
kimsə Ermənistanda revanş
haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu
bir daha görəcək.
Bu dəmir
yumruq onların belini
qırdı, onların başını əzdi. Əgər
bizə qarşı hər hansı bir təxribat
törədilərsə, cavabımız çox
sərt olacaq, çox
peşman olacaqlar və
yenə də acı məğlubiyyətlə üzləşəcəklər.
Heç kim bizim qabağımızda dura
bilməz. Bundan sonra həmişə
belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar,
bizim qəhrəman övladlarımız,
hərbi birləşmələrin
döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz
bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə,
axırı lap pis olacaq”.
Bəli, Şuşa
artıq azaddır, əbədi azaddır! Yaxın vaxtlarda Şuşanın planlı şəkildə
bərpasına başlanacaq.
Bu təmir-bərpa işlərinin
ilkin addımları kimi
“Güllələnmiş büstlər”in Bakıdan Şuşaya aparılmasının, öz yerlərinə qoyulmasının özü Qələbə simvoludur.
Bu gün Xurşidbanu Natəvanın, Üzeyir
Hacıbəylinin, Bülbülün ruhu şaddır!
Prezidentin Natəvan bulağı, Bülbülün Ev muzeyi ilə tanış olması inci şəhərimizin ölkə və dünya miqyasında necə bir missiyaya, “mandat”a sahib olduğunun və şəhərə “Mədəniyyət paytaxtı” statusu verilməsinin nə qədər məntqili əsaslara malik olmasının daha bir ifadəçisi idi.
Dövlətimiz var olsun!
Qənirə
PAŞAYEVA, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Xalq qəzeti 2021.- 23 yanvar.- S.3.