20 Yanvar şəhidləri İsmayıllıda da ehtiramla anıldı

Kremlin milli ayrı-seçkilik siyasətinə və bədnam qonşularımızın separatçı çıxışlarına etiraz edən azadlıq aşiqlərimizin qanına qəltan olunduğu faciənin 31-ci ildönümü ilə əlaqədar İsmayıllıdakı Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Din xadimləri şəhidlərin xatirəsinə xütbə dualar oxuyublar. Ziyarətçilər məzarların üzərinə qərənfillər düzüb, Vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyiblər.

Saat 12-də isə res­publikamızın hər yerində olduğu kimi, İsmayıllıda da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xüsusilə qeyd edilməli məqamlardan biriodur ki, bu məqsədlə keçirilən bütün tədbirlərdə pandemiya dövrünün qaydalarına tam riayət olunub.

 

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Xalq qəzeti 2021.- 23 yanvar.- S.6.