Azərbaycan
Respublikasının ərazi bütövlüyü
uğrunda aparılan hərbi əməliyyatlar
zamanı xəsarət (yaralanma, travma, kontuziya)
almış hərbi qulluqçuların tibbi-sosial
ekspertizası ilə bağlı bəzi məsələlər
barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
¹ 7 Bakı şəhəri, 13 yanvar
2021-ci il
Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda
aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi
qulluqçuların tibbi-sosial
ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq,
Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar (bundan sonra – hərbi əməliyyatlar) zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həllinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi
İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyəti sədrinin müavini
Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB)
İdarə Heyətinin sədri
Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri
Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.
2. Komissiyaya
tapşırılsın:
2.1. 2020-ci il 27 sentyabr tarixindən başlayan
hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi
qulluqçuları birgə əyani müayinədən
keçirməklə mərkəzləşdirilmiş qaydada aşağı-dakıları təmin etsin:
2.1.1. xəsarətin (yaralanmanın,
travmanın, kontuziyanın), xəstəlik-lərin hərbi
xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi
ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini;
2.1.2. əlilliyin qiymətləndirilməsi məqsədilə
tibbi-sosial ekspertiza
müayinəsinə göndərişlərin “Tibbi-sosial ekspertiza
müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsini;
2.1.3. əyani müayinə keçirməklə
əlilliyin qiymətləndirilməsini;
2.1.4. əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar
təmin edilməsini;
2.1.5. əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların
reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin
görülməsini;
2.2.
bu Qərarın 2.1-ci bəndindən irəli gələn tədbirlərin
birgə həyata keçirilməsi üçün bu Qərarın
1-ci hissəsində nəzərdə tutulan dövlət
orqanlarının nümayəndələrindən, mütəxəssislərdən,
o cümlədən ekspert-lərdən ibarət işçi
qrupların yaradılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 14 yanvar.- S.2.