Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respub-likası Energetika Nazirliyi­nin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi­nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

№ 6 Bakı şəhəri, 12 yanvar 2021-ci il

 

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4, maddə 826; 2019, № 1, maddə 154, № 5, maddə 947, № 8, maddə 1468; 2020, № 2, maddə 220) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.30-cu bəndə “zavodlarının” sözündən sonra “(xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 4.31-ci bənd əlavə edilsin:

“4.31. Azərbaycan Respublikası Səhiyyə Nazirli­yinin təsdiq-edici sənədi əsasında yeni növ korona­virus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı - 2021-ci il yanvarın 1-dən 2 il müddətinə.”.

2. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 aprel tarixli 181 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 826) 2-ci hissəsində “2021-ci il” sözləri “2022-ci il” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

Xalq qəzeti  2021.- 14 yanvar.- S.2.