Məğlubun sözü keçmir
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Bəlli olduğu kimi, bu üçtərəfli görüşün məqsədi hər üç liderin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanatın gerçəkləşdirilməsinin gedişini, başqa sözlə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair addımları müzakirə etmək idi.
Azərbaycan bu
görüşə qalib tərəf olaraq, Rusiyanın tərəfdaşlıq, qonşuluq jestlərini qiymətləndirərək
qatılmışdı. Bu, Vətən
müharibəsində Azərbaycanın tarixi
zəfəri və Ermənistanın hərbi
kapitulyasiyasından sonra üç
ölkə liderinin ilk
birbaşa danışıqları idi.
Danışıqların nəticəsi olaraq, yeni Bəyanat imzalanıb. Tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9 – cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə edib.
Gəlin, həmin bəndi və bu bənd haqqında Azərbaycan Prezidentinin fikirlərini olduğu
kimi xatırlayaq:
“9. Bölgədəki bütün
iqtisadi və nəqliyyat əlaqələri
bərpa edilir. Ermənistan
Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin
və yüklərin hər iki istiqamətdə
maneəsiz hərəkətinin təşkili məqsədilə
Azərbaycan Respublikasının qərb rayonları və
Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir. Nəqliyyat əlaqəsi
üzrə nəzarəti Rusiyanın Federal
Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin
orqanları həyata keçirir. Tərəflərin
razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni
nəqliyyat kommunikasiyalarının inşası təmin
ediləcək”.
Azərbaycan Prezidenti 10 noyabr 2020 – ci ildə xalqa müraciətində deyirdi:
“Xüsusilə qeyd etmək istəyirəm
ki, Naxçıvan Muxtar
Respublikasının Azərbaycanın əsas hissəsi ilə
əlaqəsi bu sənəddə təsbit
edilir. Həm bütün
kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada
göstərilir ki, yeni
nəqliyyat-kommunikasiya infrastrukturu
yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik.
Deyə bilərəm ki, mənim təkidimlə
bu bənd bu bəyanata
salındı. Çünki birbaşa Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli
tələblərim şadam ki, qəbul olundu. Beləliklə,
Naxçıvan Muxtar Respublikasını
Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə
istiqamətində tarixi addım
atıldı”.
Deməli, Moskva görüşü Azərbaycan Prezidentinin qətiyyətinin, prinsipiallığının yeni sənədlə təsbit və inkişafı deməkdir. Yeni bəyanat 10 noyabr bəyanatının məhz 9-cu bəndinə əsaslanır. O bənd məhz Azərbaycan Prezidentinin təkidi ilə sənədə salınıb və Azərbaycan üçün, normal qonşuluq edə bilən bütün tərəflər, yeni tərəfdaşlar üçün çox önəmlidir. Burada ölkəmizin coğrafi mövqeyinin bizə qazandırdığı üstünlüklər, ölkə başçımızın, müzəffər ordumuzun əldə etdiyi tarixi zəfər sayəsində siyasi iradə ilə sabitlik və perspektiv qazanmış oldu.
“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!”. Ümummilli liderin bu tarixi kəlamı, üçtərəfli bəyanatın icrası ilə birgə yeni imkanlar, yeni çağırışlarla bir daha öz parlaq təcəssümünü, ifadəsini və təsdiqini tapmış olacaq. O yol ki, Azərbaycanın regionlarını birləşdirəcək, Naxçıvanı blokadadan çıxaracaq. “Tarixi İpək Yolu”, “Meğri Yolu”, yaxud “Türk Yolu”, başqa sözlə, “Azərbaycan Yolu” olaraq, necə deyərlər, dünəni bu günə, bu günü sabaha daşıyacaq. Biz tarixin dünənində vardıq, bugün varıq, sabah, əlbəttə, var olacağıq. Naxçıvanla Zəngilan arasında qara zolaq kimi mövcud olan “Uğursuz dövlət”in hakimiyyəti isə, uzağı 100 il əvvəllərdə bu torpaqlarda dövlət olaraq şəkillənib – dünəni yoxdur, bu günü bərbaddır, iqtisadiyyatı tənəzzül vəd edir – məğlub ölkədir, sabahı – özündən asılı deyil...
Digər tərəfdən, əgər yolun mədəniyyət siqlətini qəbul ediriksə, o zaman yenə əyani müqayisə imkanı yaranır: Ermənilər bütün dövrlərdə bizim mədəniyyətimizdən bəhrələnib, təsirlənib və bir qədər də “irəli gedərək”, bizim mədəni irsimizi erməniləşdirmək, özününküləşdirmək xətti tutub. Elə yalnız bu yöndə onlarla fakt sadalamaq olar. Yüksək olan, güclü olan, yaxşı olan mənimsənilmiş sayıla bilər, kimsə, özündə olanı, özününkündən daha zəif irsi niyə özününküləşdirmək istəsin, ondan niyə təsirlənsin ki? Deməli, Ermənistan cəmiyyəti yaradıcı yox, mədəniyyət istehlakçısı kimi təsnif edilə bilər. Bax, bütün bu və bənzəri olaylar, üçtərəfli Bəyanatın tam gücü ilə həyata keçdiyi vaxt istehlakçı ilə istehsalçını, üstünlə yenilmişi, imkanlarla imkansızlıqları, doğru ilə yalanı... avtomatik olaraq eyni müstəviyə daşıyacaq, müqayisə imkanı hər kəs üçün əlçatan olacaq. Erməni siyasi – hərbi rəhbərliyinin uzunmüddətli yalanları ilə aldadılmış erməni cəmiyyəti, gerçəklikləri daha aydın şəkildə, praktik müstəvi üzərində maddiləşmiş formada görüncə, yeni münasibətlər sistemi yaranacaq. Məsələn, Ermənistanda normal cəmiyyət quruculuğu, bizim Dağlıq Qarabağ bölgəmizdəki ermənilərin Azərbaycan vətəndaşlığından şərəf duyması, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” daşımaq üçün can atması sürətli bir proses olacaq. Əlbəttə, seçim onlarındır: Azərbaycanla mehriban davranmaq bir seçimdir – bu xilas seçiminin alternativi isə erməni cəmiyyəti üçün uçurumdur...
Beləliklə, üçtərəfli Bəyanat
bir daha təsdiq edir ki, Moskva
görüşü Azərbaycanın
maraqları çərçivəsindən kənara
çıxmayıb. Respublikamız hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir, bu
mövqeyini qoruyur və
qoruyacaqdır.
Əlbəttə, indi bütün region ölkələri
maraqlı olmalıdır ki regionumuz bundan sonra davamlı və təhlükəsiz inkişafla təmin olunsun.
Biz, müharibə lazım olunca müharibə etdik, gücümüzü göstərdik. Əbədi
müharibə olmur, müharibə birtərəfli
ziyan vurmur. O, son çarə olaraq meydana çıxır və nəticələri
ilə sonrakı dönəmə təsir edir
Prezident
İlham Əliyevin dediyi kimi, “Qonşu ölkələr də
regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat
arteriyalarının şaxələndirilmiş şəbəkəsinin
yaradılmasına fəal qoşulacaqlar”.
Bir sözlə, Azərbaycan
tərəfi qapalı görüşdə istədiyinə nail olub. Üçtərəfli
Bəyanatın mətni, özəlliklə, humanitar
və kommunikasiya məsələləri
ilə bağlı üçtərəfli işçi
qrupunun yaradılması dediyimizi
təsdiq edir. Yəni, rəsmi
Bakının şərtləri qəbul edilməsəydi,
üçtərəfli əməkdaşlıq formatı da alınmayacaqdı. Bu, faktiki olaraq
Naxçıvana, daha sonra
Türkiyəyə dəmir yolunun
açılması üzrə işlərin başlaması
deməkdir. Açılacaq kommunikasiya xətləri
“Şərq – Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi
olacaq. Respublikamız öz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, eləcə də,
qardaş Tükiyə ilə
bağlarını gücləndirəcək, ölkəmizin
geoiqtsadi önəmi və əlbəttə,
gəlirləri artacaq. Buraya
tranzit daşımaları, ticarət, turizm sektoru və s. daxildir.
Moskva görüşü öncəsi
Ermənistan rəhbərliyinin xəstələnməsi, habelə
Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi tərəfindən Moskva
görüşünün pozulmasına cəhdlər
– görüşdən imtinaya
çalışmalar heç bir nəticə vermədi. Paşinyan iri qara çanta
ilə görüşə qatılsa da, o qara çantadakılar bir işə yaramadı. Nə Ermənistan tərəfinin
hərbi əsir kimi qələmə verdiyi erməni terrorçuları, nə qondarma rejimin statusu, nə də “Minsk qrupu formatı”nda danışıqların bərpası
və s. masaya və Bəyanata
uyğun gəldi.
Paşinyan hökumətinin
özünün və erməni cəmiyyətinin
itmiş nüfuzunu bərpa
etmək üçün Moskva
danışıqlarında maksimum nəticə
əldə etmək, bu, mümkün
olmadıqda, danışıqları pozmaq
istəyi alınmadı.
Məğlubların sözü keçmir! Dövlətimiz var olsun!
Qənirə
PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Xalq qəzeti 2021.- 14 yanvar.- S.4.