Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mobil
cihazların qeydiyyatının aparılması
Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 28 dekabr tarixli
212 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili
Qaydaları”nın və “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya
resurslarından istifadəyə buraxılış dərəcəsi”nin
təsdiq edilməsi barədə” 2012-ci il
12 yanvar tarixli 5
nömrəli, “Fövqəladə vəziyyət şəraitində
rabitədən istifadə üçün
xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında” 2012-ci il 15 fevral tarixli
37 nömrəli, “Aviasiya təhlükəsizliyi
personalının xüsusi texniki vasitələrdən istifadə etməsi
Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli
315 nömrəli, “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər
dövlət orqanlarının informasiya
sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə”
2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Yoxlamaların
aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması,
yoxlanması və onların seçilməsi
Qaydası”nın təsdiq edilməsi barədə”
2012-ci il 25 dekabr tarixli 320 nömrəli və “Azərbaycan
Respublikasının hava məkanından
istifadə Qaydaları”nın təsdiq edilməsi barədə”
2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 136 Bakı şəhəri,
4 aprel 2022-ci il
“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləş-dirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 12, maddə 1257; 2014, ¹ 4, maddə 444, ¹ 6, maddə 747; 2016, ¹ 10, maddə 1717; 2018, ¹ 9, maddə 1930; 2019, ¹ 1, maddə 163) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 2.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 1, maddə 29; 2013, ¹ 8, maddələr 999, 1033; 2014, ¹ 5, maddə 561, ¹ 6, maddə 747; 2016, ¹ 8, maddə 1453, ¹ 9, maddə 1585; 2017, ¹ 1, maddə 122, ¹ 5, maddə 963, ¹ 10, maddə 1880, ¹ 11, maddə 2185; 2018, ¹ 3, maddə 616, ¹ 11, maddə 2449; 2019, ¹ 1, maddə 163, ¹ 12, maddə 2070; 2020, ¹ 8, maddə 1132; 2021, ¹ 5, maddə 518, ¹ 9, maddə 1083) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 3.4-cü bəndində, 5.4.2.1-ci, 5.5.2-ci yarımbəndlərində, 7.7.1-ci yarımbəndinin birinci və ikinci cümlələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 9-cu hissəsinin “Dövlət orqanı” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 181; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 1, maddə 163, ¹ 7, maddə 1333) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 1.5-ci, 2.1-2.3-cü, 2.6-2.9-cu, 3.1-3.3-cü, 3.6-cı, 4.1-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci və 5.2-ci bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1379; 2019, ¹ 1, maddə 163, ¹ 7, maddə 1333; 2021, ¹ 4, maddə 396, ¹ 5, maddə 523) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.2.9-cu yarımbənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – NRYTN yanında DMAA)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – RİNN yanında DMAA)” sözləri ilə əvəz edilsin;
4.2. 2.9-cu, 2.10-cu, 2.11-ci, 2.13-cü, 3.7-ci və 5.1-1-ci bəndlərdə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1382; 2014, ¹ 1, maddə 71, ¹ 2, maddə 201, ¹ 6, maddələr 734, 747; 2016, ¹ 3, maddə 597, ¹ 5, maddə 955, ¹ 9, maddə 1594, ¹ 12, maddə 2241; 2019, ¹ 1, maddə 163, ¹ 3, maddə 565; 2020, ¹ 10, maddə 1304; 2021, ¹ 2, maddə 194, ¹ 9, maddə 1065) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin 7-11-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 dekabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 12, maddə 1384; 2019, ¹ 1, maddə 164; 2021, ¹ 4, maddə 396) ilə təsdiq edilmiş “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – NRYTN yanında DMAA)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – RİNN yanında DMAA)” sözləri ilə əvəz edilsin;
6.2. 2.4-cü, 6.1-ci bəndlərdə (birinci cümlədə), 7.1-ci bənddə (birinci və ikinci cümlələrdə), 7.3-cü, 10.2-ci, 13.2-ci, 13.4-cü, 13.5-ci və 13.6-cı (birinci cümlədə) bəndlərdə və 12.1.1-ci yarımbənddə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 1, maddələr 164, 167; 2021, ¹ 5, maddə 523) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1.2-ci yarımbənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – NRYTN)” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN)” sözləri ilə əvəz edilsin;
7.2. 3.14-cü, 3.15-ci, 3.16-cı, 4.2-ci, 4.9-cu, 4.13-cü, 4.16-cı, 4.22-ci, 4.23-cü, 4.26-cı, 4.44-cü, 4.54-cü, 4.58-ci, 4.69-cu, 4.78-ci, 4.79-cu bəndlərdə (birinci və ikinci cümlələrdə), 4.80-ci, 4.81-ci, 4.84-4.86-cı, 5.13-cü, 5.21-ci, 5.23-cü, 5.27-ci, 5.35-ci, 5.43-5.45-ci, 6.2-ci, 8.2-ci, 8.4-cü, 8.9-cu, 9.8-ci, 10.2-ci, 10.37-ci, 11.3-cü bəndlərdə, 4.73.3-cü, 5.47.6-cı, 8.3.1-ci, 8.3.2-ci, 8.6.3-cü, 8.6.4.3-cü, 8.6.4.4-cü, 8.8.1-ci, 8.8.2-ci, 9.3.1.2-ci, 9.5.1-ci, 9.5.2-ci və 10.30.2-ci yarımbənd-lərdə “NRYTN” akronimi “RİNN” akronimi ilə əvəz edilsin;
7.3. 3.17-ci (ikinci cümlədə), 4.10-cu (ikinci və üçüncü cümlələrdə), 4.11-ci, 4.12-ci (birinci cümlədə), 4.17-ci (ikinci cümlədə), 5.20-ci, 5.28-ci, 5.36-cı, 5.37-ci, 5.38-ci, 5.40-cı (birinci cümlədə), 6.5-ci, 8.4-cü, 9.12-ci bəndlərdə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
.- 2022.- 9 aprel.- S.6.