Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fərdi məlumatların informasiya sistemlərinin dövlət
qeydiyyatına alınması və dövlət
qeydiyyatının ləğv edilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında” 2010-cu il 17 avqust tarixli 149 nömrəli,
“Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq
edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli,
“Aviasiya ilə əlaqədar
axtarış və xilasetmə bölmələrinin
yaradılması və işlərinin aparılması
Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 13 noyabr tarixli
214 nömrəli, “Eksperimental aviasiyadan və
dövlət aviasiyasından kommersiya məqsədləri
üçün istifadə
Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 noyabr tarixli
220 nömrəli, “Mülki aviasiya hava gəmilərinin
uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və
işlənməsi sistemlərində
informasiyanın qorunması Qaydaları”nın təsdiq edilməsi
barədə” 2011-ci il 18 fevral
tarixli 32 nömrəli, “İnsan
alverinə şərait yaradan sosial problemlərin aradan
qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi
barədə” 2011-ci il 20 may
tarixli 81 nömrəli, “Azərbaycan
Respublikasında dövlət büdcəsindən
maliyyələşən idarə, müəssisə və təşkilatlarda
nəqliyyat vasitələrindən istifadə
qaydalarının təkmilləşdirilməsi haqqında”
2011-ci il 18 iyul tarixli 120 nömrəli, “Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı
Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin
Müdiriyyətinin yaradılması haqqında” 2011-ci il 10 avqust tarixli
132 nömrəli qərarlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 137 Bakı şəhəri,
4 aprel 2022-ci il
“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləş-dirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 758; 2014, ¹ 6, maddə 747; 2019, ¹ 1, maddə 162) ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
2. “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 9, maddə 827; 2014, ¹ 6, maddə 747; 2016, ¹ 9, maddə 1585; 2017, ¹ 7, maddə 1492; 2019, ¹ 1, maddə 162) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 noyabr tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1042; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 1, maddə 162) ilə təsdiq edilmiş “Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nın 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1047; 2012, ¹ 10, maddə 1014; 2016, ¹ 9, maddə 1585; 2019, ¹ 1, maddə 162) ilə təsdiq edilmiş “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 159; 2019, ¹ 1, maddə 162) ilə təsdiq edilmiş “Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları”nın 3.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 453; 2014, ¹ 6, maddə 747; 2015, ¹ 10, maddə 1243; 2016, ¹ 10, maddə 1707; 2018, ¹ 12 (II kitab), maddə 2739; 2019, ¹ 1, maddə 162, ¹ 3, maddə 533) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.4-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 747; 2012, ¹ 8, maddələr 827, 830; 2013, ¹ 3, maddə 347, ¹ 7, maddə 886, ¹ 8, maddə 1017, ¹ 10, maddə 1218; 2014, ¹ 1, maddələr 51, 69, ¹ 2, maddə 201, ¹ 4, maddə 441, ¹ 5, maddələr 572, 594, ¹ 6, maddə 747, ¹ 8, maddə 1015, ¹ 12, maddələr 1658, 1666; 2015, ¹ 2, maddə 227, ¹ 11, maddə 1417; 2016, ¹ 3, maddə 609, ¹ 4, maddə 831, ¹ 5, maddə 955, ¹ 7, maddə 1353, ¹ 8, maddə 1437, ¹ 9, maddələr 1585, 1589, ¹ 12, maddə 2241; 2017, ¹ 5, maddə 966, ¹ 10, maddələr 1890, 1919, ¹ 11, maddə 2168, ¹ 12 (II kitab), maddələr 2476, 2487, 2507; 2018, ¹ 3, maddələr 588, 632, ¹ 6, maddə 1374, ¹ 7 (II kitab), maddə 1668, ¹ 8, maddə 1807, ¹ 9, maddə 1906, ¹ 10, maddələr 2142, 2172, ¹ 11, maddə 2426; 2019, ¹ 3, maddələr 529, 563; 2020, ¹ 2, maddə 204, ¹ 4, maddə 500, ¹ 5, maddə 652, ¹ 8, maddə 1123, ¹ 9, maddə 1217, ¹ 10, maddələr 1258, 1296, ¹ 11, maddə 1405, ¹ 12 (V kitab), maddə 1616; 2021, ¹ 2, maddə 203, ¹ 3, maddələr 265, 276, ¹ 4, maddə 420, ¹ 6 (IV kitab), maddə 682; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 yanvar tarixli 7 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmət-lərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 6-cı hissəsinin “Orqanın adı” sütununda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
8. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 avqust tarixli 132 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 8, maddə 778; 2014, ¹ 2, maddə 201; 2016, ¹ 5, maddə 955; 2017, ¹ 4, maddə 652; 2019, ¹ 1, maddə 163) 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş
naziri
Xalq qəzeti
2022.- 9 aprel.- S.6.