Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 143 Bakı şəhəri, 4 aprel 2022-ci il

 

 

 

Reklam haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 458-VIQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1563 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1732; 2018, ¹ 8, maddə 1815) ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 10-cu hissədə “Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalarqey­diyyata alınmamış digər lotereyalar” sözləri “Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqın­da” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmişya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar” sözləri ilə əvəz edilsin.

 

2. 12-ci hissə ləğv edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri          

 

Xalq qəzeti  2022.- 9 aprel.- S.6.