Azərbaycan və Türkiyə mediası ölkələrimizi və xalqlarımızı bir-birinə daha çox yaxınlaşdıra bilər

 

Qardaş Türkiyədə ilahi gözəlliklərin baş-başa verdiyi Egey bölgəsi haqqında uzun illər hey­ranlıqla yazanlardan biri də mən olmuşam. Bu hədsiz maraq zaman ötdükcə nəinki azalmayıb, bəlkə, bir az da artıb. Doğrudan da, Türkiyənin 3-cü böyük şəhəri olan İzmirin tarixi zənginliklərinə, təbii gözəlliklərinə va­leh olmamaq, Şirincə, Foca, Çeşmə, Alaçatı və saymaqla bitməyən turizm ünvanlarının bənzərsiz görüntüləri və mədəni dəyərləri önündən heyrətlənmədən keçmək mümkün deyil.

 

Bu bölgədə hər addımda dünya si­vilizasiyasının inciləri ilə rastlaşırsan. Antik Efes və Məryəm Ana kimi tarixi məkanlar, dünyanın 7 möcüzəsindən biri olan Artemis məbədi də İzmirdədir. Bu şəhərin 3 milyondan çox əhalisi, 8 min 500 illik tarixi var. İzmir tarixi mənbələrdə Homerin vətəni kimi də təqdim olunur. Make­doniyalı İsgəndərin də burada ayaq saxlayıb şəhəri yenidən dirçəltdiyi söylənilir.

 

İzmir çağdaş günlərin ziyalı­lar şəhəridir. Onun çox mehriban və diqqətcil insanlarının Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkə məhəbbəti hər addımda hiss olunur. Böyük Mustafa Kamalın şəhərin Qaziəmir səmtində təbii qayada yonulmuş əzəmətli büstü, Ankara tərəfdən girişdə isə möhtəşəm heykəli var. Şəhərin mərkəzində və meydanla­rında bir-birinə bənzəməyən abidələri də bu dahi şəxsiyyətin böyüklüyünə olan ehtiramın göstəricisidir. Az qala, bütün bina və mənzillərdən asılan Türkiyə bayraqları isə təkcə göz oxşamır, həm də insanların öz dövlətlərinə və bayraqlarına olan sevgisinin ifadəsidir.

 

Turistləri hər zaman heyrətləndirən İzmir azərbaycanlılar üçün də doğmadır. Adətən, bu şəhəri Bakıya çox oxşadırlar. O da Bakı kimi dənizsahili və küləklər şəhəridir. Azərbaycanın xaricdə ən böyük sərmayəsi olan Petkim, STAR da bu bölgədə yerləşir.

 

Budəfəki səfərimdə İzmirdə çalışan həmkarlarımla – jurnalistlərlə görüşmək qərarına gəldim: onların həyat və yaradıcılığı ilə tanış olmaq, Azərbaycan haqqında fikirlərini öyrənmək maraqlı idi. Qeyd edim ki, İzmirdə 10-dan çox qəzet nəşr edilir. Türkiyənin ən köklü qəzeti olanYeni Əsr”in ünvanı da İzmirdir. Beləliklə...

 

 

 

III yazı

 

Türkiyənin ən nüfuzlu bölgə qəzeti – “Yeni Əsr”, 3 əsrin nəşri

 

İzmirin, eləcə də Türkiyənin mətbuat tarixinin ən uzunömürlünüfuzlu dövri nəşrlərindən biri də 127 yaşı olanYeni Əsr” (Yeni Asır) qəzetidir. Yeni Əsr” Türkiyədə nəşrini 3 əsrdə davam etdirən yeganə qəzetdir. Üç əsrin qəzeti ün­vanına sahib olanYeni Əsr” Osmanlı dönəmindən üzü bəri Türkiyənin çox keşməkəşli, eyni zamanda, olduqca zəngin və şərəfli tarixinə 127 ildir ki, şahidlik edir.

 

Qəzetin yayım müdi­rinin müavini və xəbər koordinatoru Sezai Elgin ilə redaksiyada görüşümüz bu nəşr barədə bilgilərimizi daha da zənginləşdirir. Uzun illər Türkiyənin məşhur “Sabah”, “Təqvim” kimi mətbuat or­qanlarında çalışan Sezai bəy jurnalistik fəaliyyətinin ayrıca bir dövrününYeni Əsr”lə bağlı olduğunu bildirdibu qoca­man qəzetin tarixi haqqında maraqlı məlumatlar verdi:

 

–“Yeni Əsr” təkcə Türkiyənin yox, bəlkə də, dünyanın bu gün də nəşrini davam etdirən ən uzunömürlü qəzetlərindəndir, avqust ayın­da 127 yaşını qeyd edəcəyik. Qəzetimiz tarixi keçmişinə qürurlu münasibəti ilə yanaşı, media aləminin yeniliklərini, daha üstün gələcəyini də formalaşdırır.

 

Tarixi 3 əsri əhatə edən qəzet haqqında yetərli bilgi Azərbaycan oxucusu üçün də maraqlı olardı...

 

Qeyd etdiyim kimi, “Yeni Əsr” dünyada 3 əsrdə nəşr edilən, bəlkə də yeganə qəzetlərdəndir. O, həm də Türkiyədən Avropaya açı­lan ilk pəncərə kimitarixi dəyərini qoruyub saxla­yır. Əbdürrəhman Arif bəy tərəfindən 1895-ci il avqustun 19-da Osmanlı imperiyası­na məxsus Salonikdə “Əsr” (“Asır”) adı ilə əsası qoyulub və 1908-ci il iyulun 22-də adı dəyişdirilərək “Yeni Əsr” (“Yeni Asır”) olan qəzetimiz Türkiyənin ən yaşlı və ən nü­fuzlu qəzeti olaraq nəşr olunur.

 

–Salonikdə fəaliyyətə başlayan qəzet necə olub ki, nəşrini İzmirdə davam etdirib?

 

–Salonikdə XIX əsrdə ən nüfuzlu qəzet ünvanını alanYeni Əsr” şəhər yunanların əlinə keçdikdən sonra çətin günlər yaşamağa başla­dı. Ciddi təqiblərlə üzləşən qəzeti bağladılar və sahibi Əbdürrəhman Arifi həbs etdilər. Qəzet nəşrini 3 ay dayandır­malı oldu. Yunanlar bununla da kifayətlənməyib, 1924-cü ildə gecəyarısı qəzetin bina­sını yandırdılar. “Yeni Əsr”in fədakar işçiləri həbs və ölüm təhlükəsini göz altına ala­raq portativ çap maşını əldə edib qəzetin nəşrini davam etdirdilər. Onlar çap etdikləri nüsxələri həbs edilmək təhlükəsindən çəkinməyərək meydanlarda satdılar, əhaliyə payladılar və bu minvalla bir müddət qəzetin nəşrini davam etdirdilər.

 

Yunanların artan təzyiqlərinə dözmək çətin oldu­ğundan Türkiyəyə gəlməkdən başqa yol yox idi. Bu dövrdə Türkiyə Cümhuriyyətinin elan edilməsi tarixi bir nailiyyət oldu. 1924-cü ildə Salonikə bənzəyən və Türkiyənin göz bəbəyi olan İzmirə köç edildi. Əbdürrəhman Arif bəyin oğul­ları Şövkət və Behzat Bilgin qardaşları İzmirin Kəməraltı səmtində ikimərtəbəli bir bina kirayələyib qəzetin yayımını davam etdirdilər. Redaksiya daha sonra Qazi bulvarındakı binaya köçürüldü. Sonrakı yeri isə Alman Mədəniyyət Mərkəzinin yanında, o dövrdə İzmir Yanğınsöndürmə İdarəsinin arxasındakı binanın alt mərtəbəsi oldu. Nəhayət, redaksiyaYeni Əsr” adlı indiki müasir binaya köçürüldüuzun illərdir fəaliyyətimizi bura­da davam etdirməkdəyik.

 

– “Yeni Əsr” elə o dövrdən yeniliklərə pəncərə açan bir qəzet imicini qazanıb və bu nüfuzu uzun illərdir ki, qoruyub, yüksəldib.

 

–Qəzetin nəşr tarixinə diqqət edəndə görürük ki, “Yeni Əsr” Şövkət Bilginin oğlu Dinç Bilginin rəhbərliyi dövründə həyatının ən parlaq dövrünü yaşayıb. 1928-ci ildə Türkiyədə əlifba islaha­tını həyata keçirən ilk qəzet “Yeni Əsroldu, Atatürkdən tərifnamə aldı, ilklərin nəşr orqanı oldu. 1967-ci ildə “Yeni Əsr” Türkiyədə ofset çap texni­kasını ilk tətbiq edən, 1977-ci ildə isə Avropada kompüterdən ilk istifadə edən qəzet oldu. Tirajı 210 minə çatdı, bu rəqəm yerli qəzetlər üçün bir rekord idi. Qəzet 1998-ci ilin dekabrından rəqəmsal yayıma keçib, 127-ci ildir ki, Egeydən bütün Türkiyəyə yayılır və yerli mətbuatın flaqmanı kimi önəmli bir missiyanı əzmlə daşıyır.

 

Eyni zamanda, “Yeni Əsr” jurnalistikadaic­timai həyatda ilklərə imza atan bir qəzetdir. “Ən köhnə” olmasına baxmayaraq, Türkiyə mətbuatında yayılan yeniliklərin, demək olar ki, hamısı “Yeni Əsr”də də yer alır. Loqosunayenisözünü əlavə etdiyi gündən, adını da latın hərfləri ilə nəşr etdirərək, bununla əlifba inqilabını 20 il qabaqlayıb. Nəşr tarixində türk-yunan müharibəsinə, birin­ciikinci dünya savaşlarına, dünyada və Türkiyədə baş verən bütün dəyişikliklərə şa­hidlik edib. Yeni türk əlifbasının qəbulundan 6 ay əvvəl bu əlifba ilə çıxan ilk qəzet olub. “Yeni Əsr” daim demokratik həyatın, azad ticarətin, yurd birliyinin, Atatürk düşüncənin müdafiəçisi kimi çıxış edib.

 

–Qəzetin həyatında yad­daqalan hadisələr də olub yəqin...

 

–127 yaşlı bir qəzetin həyatında bu cür hadisələr o qədər çoxdur ki... Onun tarixinə bir çox uğurlu, bəzi hallarda isə uğursuz hadisələr də yazılıb. Redaksiya yan­ğınla, bəzi məqalələrə etiraz olaraq basqınlarla da üzləşib. “Yeni Əsr” İzmir Jurnalistlər Cəmiyyətinin yaranmasında böyük rol oynayıb. 1960-cı ildə o dövrün baş naziri Adnan Menderes seçki öncəsi İzmir bölgəsinə səfər etdison mitinqini bu şəhərdə keçirdi. Böyük izdiham var idi. Alsan­cakdan Karşıyakaya qədər gəmi və qayıqlardan dəniz görünmürmüş. Menderes izmirlilərin izdihamlı sevgi nümayişlərinin müşayiəti ilə valilik binasına qayıdır.

 

O zamanlar İzmir Jurnalistlər Cəmiyyətinin növbəli başkanları olan Əli Şövkət BilginNihat Kürşat valilikdə baş nazir Menderesi ziyarət edirlər. Qəbulda Men­deres onlardanbir probleminiz varmı?” deyə soruşur. BilginKürşat binalarının olma­dığını və bir otaqda ayaqüstü fəaliyyət göstərdiklərini söyləyirlər. Bu dəfə Men­deres “Yaxşı, yer təklifiniz varmı?” sualını verir. Cava­bındaXalq evi”nə məxsus olan, 1-ci Kordondakı binanı istəyirlər. Menderes yanındakı maliyyə naziri Həsən Polat­kanaHasan... Mən o binanı İzmirli jurnalistlərə verdimdeyir. Sonra dövrün tələblərinə uyğun olaraq, rəmzi 1000 lirə həcmində bir vəsait ödənilir bina Jurnalistlər Cəmiyyətinə verilir. Bu hadisə bu gün jurnalistlərə rəhmətlik Mende­resi xoş duyğularla xatırladır.

 

Bugünkü fəaliyyətiniz yerdədir?

 

Təbii ki, bütün dünya­da baş verən böhran qəzet nəşrindən jurnalistkadan da yan keçməyib. Sosial problemlər, bahalaşmalar, artan qiymət artımları sosial mühitdə ciddi gərginliklər ya­ratmaqdadır. 150 nəfərə qədər işçimiz var, tirajımız 50 mindir. Yeni Əsrbu gün İzmirdə nəşr olunaraq Türkiyəyə, o cümlədən Egey bölgəsinə şərəfli xidmətini davam etdirir. Regional qəzet olaraq öz yenilikləri prinsipləri ilə Türkiyə mətbuatında hər zaman olduğu kimi, bu gün öncüldür.

 

Təkcə bölgədə yayımla­nırsız, yoxsa...

 

Türkiyənin bir sıra iri şəhərlərində abunəçilərimiz var, bu say o qədər çox deyil. Qəzet, əsasən, hər gün 8 bölgə 140 şəhər daxil olmaqla Egey bölgəsinin bütün məntəqələrinə çatdırılır. Qü­rurla deyə bilərəm ki, bölgənin siyasi, iqtisadi sosial nəbziYeni Əsr”də döyünür. Təcrübəli gənc jurnalistlər tərəfindən ciddi bir işgüzarlıqla hazırlanmışYeni Əsr”in yetkin məzmunu, sayılıb-seçilən köşə yazıları, orijinal şərhləri olduqca zəngin geniş bir diapazon yaradır. Oxucu üçün maraqlı mövzular tapmaq çətin olsa da, az da deyil. Türkiyənin, eləcə Egey bölgəsinin İzmirin ictimai-siyasi həyatı belə mövzularla zəngindir. Sadəcə, axtarmaq, tapmaq lazımdır.

 

Gəlir mənbələriniz ya maliyyə qaynaqlarınız haqqında deyərdiniz?

 

–Təbii ki, satışdan və abunədən gələn maliyyə önəm daşıyır. Amma bu xərcləri bağlamır, olsa-olsa, bir hissənin ödənişlərinə kifayət edir. Qəzet 24 səhifə olmaqla gündəlik nəşr edilir, qiyməti 1,5 (təqribən, 20 qəpik) lirədir. Həftəsonu 8 səhifəlik bazar günü əlavəsi, bazar ertəsi 8 səhifəlik idman əlavəsi, hər cümə günü 16 səhifəlik bulma­ca əlavəsi çap olunur.

 

ReklamelanlarYeni Əsr”də real qazanc mənbəyidir. Əsasən, Mətbuat Elan Agentliyi tərəfindən mərkəzləşmiş qaydada verilən elanlar maliyyə qaynaqlarımızın önəmli hissəsidir. Hər bir egeyli hər zamanYeni Əsr”dən xəbərləri, sosial hadisələri, reklamları izləyir, istədiyi məhsulları ax­tarır, tapır və qəzeti əminliklə alır. Bu, illərdən bəri forma­laşmış bir vərdişdir. Yeni Əsr” böyük brendlərin məhsul və xidmətlərinin bölgədə daha çox tanınmasında və qəbul edilməsində, satış nöqtələrindən və rəflərdən sürətlə istehlakçılara çatdırıl­masında böyük rol oynayır. Dərc etdiyimiz belə reklamlar, eyni zamanda, redaksiya büdcəsinin artmasında və işçilərimizin qazancının artı­mında da real mənbədir.

 

–Əməkdaşların sosial vəziyyəti və məişət qayğıları haqqında nə deyərdiniz?

 

–Əslində, bu məsələ daim diqqət mərkəzindədir. Xüsusən, inflyasiyanın gücləndiyi bir vaxtda bu, daha önəmli olub. Bazarda bahalıq, qiymət artımları çox sürətlə irəliləyir. İşçilərin əməkhaqları minimum əməkhaqqından– 4200 lirədən xeyli yuxarıdır. Təbii ki, bunu Türkiyənin qanunları tələb edir. Hər bir əməkdaşın sosial sığortası var, mətbuat işçisi olduqları üçün mətbuat vəsiqələri var. Bunlar da onların təminatında müəyyən imkanlar yaradır, şəhər nəqliyyatından, metro­dan, gəmidən pulsuz istifadə üçün əsas verir. İşçilərin yeməklə təchizatı da redaksi­yanın hesabınadır.

 

2007-ci ildən Türkiyənin mediya sektorunda fəaliyyət göstərən Turkuvaz Mediya Qrupunun tərkibindəyik. Qeyd edim ki, buSabah”, “Təqvim”, “Fotomaç”, “Daily Sabahkimi məşhur qəzetlər, “ATV”, “ATV Avrupa”, “A Haber” də daxil olmaqla 10-dan çox televi­ziya kanalları da bu qrupun tərkibindədir.

 

–Nəhayət, Azərbaycan mediası ilə əlaqələriniz var­mı? Yeni əlaqələrin qurulma­sı haqqında nə düşünürsünüz?

 

–Açığını desəm, birba­şa əlaqələr yoxdur. Amma Azərbaycanda baş verənlər Türkiyə ictimaiyyətinin, eləcə də mediasının daim diqqət mərkəzindədir. İnformasiya agentliklərindən aldığımız xəbərləri böyük həvəslə çox­saylı oxucularımıza çatdırma­ğa çalışmışıq. Xüsusən, son dövrlərdəki uğurlar, torpaqların işğaldan azad edilməsi və 44 günlük müharibədən sonra qazanılan tarixi qələbə bizim üçünqürur mənbəyi oldu. Əlaqələrin qurulması lazımdır və bunun üçün bütün imkanlar da var, dövlətlərimiz də, xalqla­rımız da bunu istəyir. Sadəcə, bu barədə düşünmək lazımdır.

 

İzmirEgey bölgəsinin Azərbaycanda tanıdılması, bu­radakı istirahət məkanlarının, termal qaynaqların, sağ­lamlıq turizminin uğurlarının təqdimatında medianın əvəzsiz rolu ola bilər. Azərbaycanın, eləcə də işğaldan azad edilmiş Qarabağın tanıdılmasında isə birgə layihələrlə çıxış etmək olar. Bəli, bu barədə düşünmək olar və hər iki tərəf üçün faydalı olar. Sizin çalışdığınız “Xalq qəzeti”, ölkənizin nüfuzlu media quru­mu olan, peşəkar redaksiyaları birləşdirən Mətbuat Şurası ilə də əməkdaşlıq etmək müm­kündür. Bu yöndə hər bir təklifi məmnuniyyətlə müzakirə etməyə və dəstəkləməyə hazırıq.

 

–Maraqlı söhbətə görə sağ olun.

 

Namiq ƏHMƏDOV,

 

Xalq qəzeti”

 

İzmir – Bakı

 

Xalq qəzeti  2022.- 9 aprel.- S.9.