Xan qızı

 

Xurşidbanu Natəvan – 190

 

Bu il martın 14-də Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda deyilir: Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdır­mış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir”. Sərəncamda bu yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq təşkilatlara tapşırıq verilmişdir.

 

Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan îlub. Xan qızına öz anası Xurşid­banunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqla­rının sînuncu vərəsəsi îlduğu üçün înaDürrü yeêta” (Təê inci), el arasında isə “Xan qızı” deyiblər.

 

1897-ci ilin 1 oktyabrında həyatdan köçən Xan qızı Ağdamın İmarət qəbiristanlığında dəfn olunub. Onun Şuşadakı abidəsi ermənilər tərəfindən güllələnib, dəlmə-deşik edilmiş və dəmir tullantısı kimi Gürcüstana satılmışdır. Ulu öndərin göstərişi ilə abidə Gürcüstandan bir neçə il bundan əvvəl alınıb Bakıya gətirilmiş və R.Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılmışdı. 30 il sonra isə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Natəvanın büstü Şuşaya aparılıb və yenidən bərpa edilib. Şairin Şuşadakı evi XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Hazırda Natəvanın evi əsaslı şəkildə bərpa edilir.

 

Ağdam işğaldan azad olunandan sonra məlum olub ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılıb və qəbri təhqir olunub. Bu haqda Azərbaycan əsilli məşhur fransalı fotojurnalist Reza Deqqati də məlumat vermişdir. Mədəniyyət Nazirli­yibu faktı təsdiqləmişdir.

 

2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir. Adına küçə, klub, kitabxana və məktəb olan Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Xurşidbanu Natəvan əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.

 

Artıq yubiley tədbirlərinə start verilmiş­dir. Mədəniyyət ocaqlarında, məktəblərdə tədbirlər keçirilir. “Şuşa ili” çərçivəsində oktyabr-noyabr aylarında Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş şahmat turnirinin keçirilməsi nəzərdə tutulur. Avqust ayında isə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin silsilə tədbirlər keçirməsi planlaş­dırılır.

 

Yubiley münasibətilə iyunun 14-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində beynəlxalq elmi konfrans keçiriləcək.

 

Elmi konfransXurşidbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi”, “Azərbaycanda, Yaxın və Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi”, “Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi, ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi”, “Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri”, “Yaxın və Orta Şərq ədəbi-mədəni mühititarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri”, “Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xan­lıqları və Qarabağ xanlığı” mövzularını əhatə edir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti  2022.- 9 aprel.- S.10.