Oxu tar, səni kim unudar?
Azərbaycan Milli Konservatoriyası hər zaman olduğu kimi, bu dəfə də bir ilkə
imza atdı. Respublikamızda
məhz Azərbaycan Milli Konservatoriyasının
səhnəsində ilk “Tar festivalı” keçirildi,
lakin daha gürurverici başlıq
altında: “Şuşa
ili çərçivəsində
Tar festivalı!”
Öncə onu qeyd edim ki,
bu festivalın keçirilməsi bilavasitə
Azərbaycan Milli Konservatoriyasının rektoru,
Xalq artisti, professor Siyavuş Kəriminin təşəbbüsü ilə
ərsəyə gəlmişdir.
Ümumiyyətlə, Azərbaycan Milli
Konservatoriyasının yaradılması
ilə istər milli alətlərimiz, istərsə də xanəndəlik sənətimiz
yeni mərhələyə
qədəm qoydu.
Neçə-neçə istedadlı gəncimiz
ustad sənətkarların
bu musiqi ocağındakı yorulmaz
fəaliyyəti sayəsində
“ecazkar” musiqi sənətinin bütün
dərinliklərinə və
incəliklərinə yiyələnmiş
olur. Bu musiqi
məbədi indi neçə-neçə yaşlı
nəsil sənətkarlara
ruh verir, onların həyat eşqini artırır, çünki məhz bu ustad sənətkarlarımız
musiqi məbədi adlandırdığımız Azərbaycan Milli Konservatoriyasında gənclərə
öz ustadlarından
miras aldıqları sənəti ötürürlər.
Məhz elə bu amalla da
Siyavuş Kərimi növbəti missiyasını
həyata keçirərək
“Tar festivalı” adı
altında üç
nəsil tarzənləri
bir arada cəmlədi.
Dörd gün ərzində Azərbaycan Milli Konservatoriyasının səhnəsində
əsl bayram yaşandı. Bəli, əsl “Tar bayramı!”. İndi tarın səsi
də bir başqa cür səslənirdi, onu ifa edən tarzənin
ifası da bir başqa idi. Çünki illərdir, qəlbimizdə
daşıdığımız və tarın səsi ilə daha da köksümüzü
“deşən” o nisgil artıq yoxdur. Amma yenə də tar bizi kövrəltdi, sevinc göz yaşlarına qərq olduq.
Sanki bu dörd gündə Azərbaycanımızın istedadları
yarışırdı. Onların
sırasında hər
zaman fəxrlə adlarını çəkdiyimiz,
dünya şöhrətli
sənətkarlarımız Ağasəlim Abdullayev, Firuz Əliyev, Möhlət Müslümov,
Malik Mansurov, Elçin Həşimov kimi Xalq artistləri
öz çıxışları
ilə, sözün əsl mənasında, hər bir tamaşaçını
valeh etdilər. Bu sənətkarların ifasında biz nəinki hər zaman eşitməyə alışdığımız
ənənəvi xalq
mahnılarımızı və
dəstgahlarımızı, həmçinin onların
yeni ifadə vasitələri ilə uğurlu birləşmələrini
dinləmiş olduq.
Əməkdar artistlər
Vüsal İsgəndərzadə,
Səbuhi Cəfərov,
Şəhriyar İmanov,
habelə qeyri-adi istedad sahibi Arslan Növrəslinin ifalarında milliliyi qoruyub saxlamaqla, bu milliliyə “Avropa” ahəngi qatmış olmalarının
çox uğurlu və zövqlü nümayişini seyr etdik. Gənc olmalarına baxmayaraq,
tanınmış və
çox istedadlı tarzənlərimiz də bu festivala öz
töhfələrini vermiş
oldular. Onlardan Rövşən Qurbanov, Kamal Nuriyev, Əli Əsgər Məmmədov, Bəhruz Zeynal da müəllimlərinin
qarşısında ifaları
ilə bu alətə sevgi və ehtiramlarını sübut etdilər. Elman Sadıqov və
Ayaz İmanovun ifaları isə tamaşaçıları “füsnkar”
aləmə apardı.
Azərbaycan musiq mədəniyyəti tarixində əlamətdar
hadisə kimi qalacaq bu festival, xalqımızın dərin
kökləri, istedadı,
əzmkarlığının və milli dəyərlərə
bağlılığının gösrəricisidir. Ürəkdən
inanırıq ki, yaxın zamanlarda “Tar festivalı” hüdudları
aşaraq, beynəlxalq
status qazanmış olacaq!
Nakam şairimiz Mikayıl Müşfiqin bu misralardakı ürək çırpıntıları beynəlxalq
aləmdəki dostlarımızda
da xoş ovqat yaradacaq.
“Oxu,
tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir
qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş
kütlənin acısı,
şərbəti–
Alovlu sənəti!”
Cəmilə MIRZƏYEVA,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
Xalq qəzeti 2022.- 9 aprel.-
S.11.